Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xilmilli, Hilmilli — Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kənd inzibati ərazi dairəsində kənd.

Xilmilli

  • Ana Səhifə
  • Vikipediya
  • Xilmilli

Xilmilli, Hilmilli — Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kənd inzibati ərazi dairəsində kənd.

Xilmilli
40°41′31″ şm. e. 48°51′49″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1840
Mərkəzin hündürlüyü 857 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 1.681 nəf. (2009)
Xəritəni göstər/gizlə
Xilmilli xəritədə
Xilmilli
Xilmilli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Keçmişdə Qozluçay da adlandırılmışrdır. Oykonim xil (xıl//hil Azərbaycan dilinin dialektlərində "dəstə, sürü, qrup" mənalarında işlənir) və milli (etn.) komponentlərindən düzəlib, "milli tayfası" mənasındadır. Görünür, millilər bu kəndin ilk sakinləri olmuşlar. Ərazidə onların adlarını əks etdirən mineral bulaq da var. Kənd Hilmilli variantında da qeydə alınmışdır.

Xilmilli kəndinin əsası 1840-cı ildə Altıağac kəndindən bura köçən malakan mühacirlər tərəfindən qoyulub. Lakin digər mənbədə 1901-ci ildə imperator Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinin qeydlərində pristav Deminski bu malakanların əslən Rusiya İmperiyasının Vladimir quberniyasından gəldiklərini yazıb. 1910-cu ildə kənd 570 həyətdən ibarət idi və burada iki Malakan ibadət evi və bir məktəb var idi. Malakanlardan başqa kənd əhalisinin bir hissəsi Nazarei təriqətinin tərəfdarları idi. 1885-ci ildə dərc olunmuş Qafqaz Arxeologiya Komissiyasının Aktlarında kəndin ərazisi əvvəllər tam meşəlik ərazi olduğu yazılıb. Kəndə köçmüş malakanlar ilkin olaraq əsasən bişməmiş kərpicdən tikilmiş evlərdə yaşayırdılar, bu da həmin dövr üçün keyfiyyətsiz sayılırdı.

Coğrafiyası və iqlimi

Qozluçayın sahilində, dağətəyi ərazidə qərar tutur.

Xilmilli kəndinin giriş hissəsi

Əhalisi

1910-cu ildə kənddə 3636 nəfər (1813 kişi və 1823 qadın) yaşayırdı, əhalisinin əksəriyyəti rus malakanlar idi.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1681 nəfər əhali yaşayır.

2016-cı ildə Xilmilli kəndində təsərrüfat sayı 342, əhalinin sayı 1976 nəfər, faktiki yaşayanlar 1500 nəfər olub. Kəndin əksəriyyəti azərbaycanlıdır, kənddə həmçinin 38 nəfər malakan yaşayır.

İqtisadiyyatı

Kəndin ərazisi 18280.64 ha-dır. 2016-cı il üçün burada bələdiyyə torpaqları 12588,50 ha, dövlət torpaqları 658,08 ha, əkinə yararlı 5195,86 ha olub, onlardan xüsusi mülk 4936,06 ha, BEF sahəsi 259,80 ha, həyətyanı sahələr 98.00 ha, KİP sahələri 47.30ha-dır. Xilmillidə 1 həkim ambulatoriyası, 1 mədəniyyət evi, 1 kitabxana, 1 poçt şöbəsi, 1 uşaq bağçası, 1 tam orta məktəb vardır. Kənd ərazisində şəxsi təsərrüfatlarda 2.107 baş iri buynuzlu mal-qara, 12.104 baş baş xırda buynuzlu davar, 7.642 ev quşu, 44 baş at, 200 arı ailəsi mövcuddur.

Din

Kənddə "Molokan ruhani-xristian" dini icması fəaliyyət göstərir.

Həmçinin bax

  • Qobustan rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xilmilli haqqında məlumat. Xilmilli nədir? Xilmilli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zahid

  • Fevral 27, 2026

    HSBC

  • Fevral 27, 2026

    Malvids

  • Fevral 27, 2026

    Onir (mifologiya)

  • Fevral 27, 2026

    Tale Heydərov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst