Danimarka-Norveç — hazırkı Danimarka və Norveç torpaqlarında qurulmuş uniya. Həmçinin İslandiya, Qrenlandiya və Farer adalarını da əhatə edirdi. 1536-cı ildə qurulmuş, 1814-cü ilə qədər davam etmişdir. Bu tarixdən sonra Norveç,İsveçin bir parçası olmuş; İslandiya, Qrenlandiya və Farer adaları isə Danimarkaya bağlı qalmağa davam etmişdir.
| Parçalanmış | |||||
| Danimarka-Norveç | |||||
|---|---|---|---|---|---|
| Danmark-Norge | |||||
| |||||
| «Guds hjælp, Folkets kærlighed, Danmarks styrke» | |||||
![]() 1700-cü illərdə Danimarka torpaqları | |||||
| 1536 — 1814 | |||||
| Paytaxt | Kopenhagen | ||||
| Ən böyük şəhər | Kopenhagen, Oslo | ||||
| Dil | Norveç dili, Dan dili | ||||
| Rəsmi dilləri | Danimarka dili və Alman dili | ||||
| Din | Lüteranizm | ||||
| Ərazisi | 487,476 km2 | ||||
| Əhalisi | 1,859,000 | ||||
| İdarəetmə forması | Monarxiya | ||||
| Sülalə | Oldenburqlar | ||||
| Kral | |||||
| • 1524–1533 | I Frederik | ||||
| • 1588–1648 | IV Kristian | ||||
| • 1808–1839 | VI Frederik | ||||
Quruluş
Danimarka-Norveç əslində Kalmar Birliyinin qanuni varisi idi. Lakin İsveçdə baş verən üsyan Qustav Vazanın hakimiyyətə gəlməsinə və İsveçin ayrı bir dövlət yaratmasına təkan verdi. Bundan sonra dövlət Danimarka-Norveç adlanmağa başladı.
Yeddi illik Şimal müharibəsi
İsveç'in dövlətdən ayrılmasını qəbul edə bilməyən Kral III Kristian özünü hələ də İsveçin hökmdarı kimi görürdü. İsveçlə mütəmadi olaraq müharibə aparan dövlət 7 ildən sonra Stettin sülhünü imzaladı.
Koloniyaların yaranması
Böyük coğrafi kəşflər dövründə Danimarkanın da əsas maraqlarından biri Amerika və Hindistan oldu. Kral IV Kristian Danimarka Ost Hind Şirkətinin əsasını 1616-cı ildə qoydu.
Otuzillik müharibə
1618-ci ildə Avropada Katolik dövlətlərlə Protestant dövlətlər arasında müharibə başladı. Əsasən Skandinav ölkələri və Müqəddəs Roma imperiyası arasında keçən bu müharibədə məğlub tərəf olan Danimarka-Norveç protestant alman dövlətləri üzərindəki hegemonluq ümidini itirdi.
Norveçin ayrılması
Napoleon müharibələri dövründə Danimarka'nın məğlubiyyəti 1814-cü ildə Norveçin İsveçə verilməsi ilə nəticələndi. Bu dövrDanimarka-Norveçin hərbi olaraq ən zəif, elmi olaraq isə Qızıl əsri adlanır. Belə ki, Hans Kristian Andersen və Kyerkeqor kimi dahilər məhz bu illər yetişmişdi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Danimarka-Norveç haqqında məlumat. Danimarka-Norveç nədir? Danimarka-Norveç nə deməkdir?


