Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Samir Rafiq oğlu Nuriyev (9 mart 1975, Bakı) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri (2019-cu ildən), həqiqi dövlət müşaviri.

Samir Nuriyev

  • Ana Səhifə
  • Vikipediya
  • Samir Nuriyev

Samir Rafiq oğlu Nuriyev (9 mart 1975, Bakı) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri (2019-cu ildən), həqiqi dövlət müşaviri.

Samir Nuriyev
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Vəzifədədir
1 noyabr 2019-cu ildən
    ƏvvəlkiRamiz Mehdiyev
    Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
    21 aprel 2018 – 1 noyabr 2019
    ƏvvəlkiAbbas Ələsgərov
    SonrakıAnar Quliyev
    Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri
    14 fevral 2018 – 21 aprel 2018
    Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru
    12 aprel 2016 – 14 fevral 2018
    "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
    24 may 2013 – 12 aprel 2016
    SonrakıƏsgər Ələkbərov
    "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini
    17 noyabr 2009 – 24 may 2013
    Şəxsi məlumatlar
    Doğum tarixi 9 mart 1975(1975-03-09) (50 yaş)
    Doğum yeri
    • Bakı, Azərbaycan SSR, SSRİ
    Partiya
    • Yeni Azərbaycan Partiyası
    Təhsili
    • Azərbaycan Texniki Universiteti,
    • Dyuk Universiteti
    Fəaliyyəti siyasətçi
    Rütbəsi Həqiqi dövlət müşaviri

    Mündəricat

    Həyatı

    Samir Nuriyev 1975-ci il martın 9-da Bakı şəhərində anadan olub. İlk təhsilini 1981–1991-ci illərdə Bakı şəhərindəki 225 saylı orta məktəbdə alıb. 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2003–2005-ci illərdə Amerika Birləşmiş Ştatlarının Dyuk Universitetində təhsil alıb və beynəlxalq inkişaf siyasəti ixtisası üzrə magistr dərəcəsi alıb.

    Evlidir. Üç övladı var.

    Əmək fəaliyyəti

    Samir Nuriyev 1996–2003-cü illərdə müxtəlif özəl şirkətlərdə çalışıb, həmçinin 2000–2001-ci illərdə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyində "Azərbaycanda kiçik və orta özəl müəssisələrin inkişafına yardım" layihəsi üzrə məsləhətçi olub. 2006-cı ildən 2009-cu ilədək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində çalışıb, əvvəlcə Sahibkarlığın İnkişafı Departamentinin direktor müavini, direktoru, daha sonra isə nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri vəzifələrində işləyib.

    Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Samir Nuriyev 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini təyin edilib.

    Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2013-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

    Ölkə başçısının 12 aprel 2016-cı il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilib.

    Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

    Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.

    Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.

    Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə həqiqi dövlət müşaviri ixtisas dərəcəsi verilib.

    2024-cü il yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında" Sərəncamı ilə Samir Nuriyev Təşkilat Komitəsinin sədri təyin edilib.

    İctimai fəaliyyəti

    2015-ci ildən Azərbaycan Memarlar İttifaqının fəxri üzvüdür.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Samir Nuriyev haqqında məlumat. Samir Nuriyev nədir? Samir Nuriyev nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 24, 2026

      Adobe Systems

    • Fevral 23, 2026

      İudaizm

    • Fevral 24, 2026

      Günəşin batması

    • Fevral 23, 2026

      Beyin

    • Fevral 24, 2026

      28 mart

    Trend Mahnılar
    • Fevral 24, 2026

      Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

    • Fevral 17, 2026

      Xumar Qedimova - Dünya

    • Fevral 20, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst