Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Adilə Sultan (23 may 1826, İstanbul – 12 fevral 1899, İstanbul) — 30-cu Osmanlı sultanı II Mahmudun qızı.

Adilə Sultan

  • Ana Səhifə
  • Vikipediya
  • Adilə Sultan

Adilə Sultan (23 may 1826, İstanbul – 12 fevral 1899, İstanbul) — 30-cu Osmanlı sultanı II Mahmudun qızı.

Adilə Sultan
عادل سلطان
Şəxsi məlumatlar
Doğum tarixi 23 may 1826(1826-05-23)
Doğum yeri İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 12 fevral 1899(1899-02-12) (72 yaşında)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Dəfn yeri Adilə Sultan türbəsi
Fəaliyyəti şair, yazıçı
Atası II Mahmud
Anası Zərnigar Sultan
Həyat yoldaşı Kürəkən Mehmed Əli Paşa
Uşaqları Xeyriyyə xanım Sultan
Siddiqə xanım Sultan
Aliyə xanım Sultan
Sultanzadə İsmayıl bəy
Ailəsi Osmanlı xanədanı
Dini İslam

Həyatı

23 may 1826 tarixində İstanbulda dünyaya gələn Adilə Sultanın anası Zərnigar Sultandır. Adil ləqəbi ilə şeirlər yazan atası II Mahmud yeni dünya gələn qızına öz ləqəbinə uyğun ad qoydu. Hələ 4 yaşındaykən anası vəfat etmiş, sonrakı illərdə atasının bir digər xanımı olan Nevfidan Sultanın himayəsində böyümüşdür. 13 yaşında isə atası vəfat etmiş, təhsil və tərbiyəsi ilə böyük qardaşı Sultan Əbdülməcid maraqlanmışdır. 28 aprel 1845 tarixində gələcəkdə sədrəzəmliyə qədər yüksələn Mehmed Əli Paşa ilə nikahlandı və ertəsi ilin fevral ayında bir həftə davam edən möhtəşəm bir toy mərasimi ilə evləndi. Adilə Sultanın toy mərasimi XIX əsrdə Osmanlı sarayında yaşanan ən maraqlı hadisələrdən biri oldu. Belə ki, Osmanlı tarixində ilk dəfə möhtəşəm hava balonları uçuruldu. Hal-hazırda Memar Sənan Universitetinin yerləşdiyi Beyoğlu səmtindəki Neşətabad Sarayı, evləndikdən sonra Adilə Sultana hədiyyə edildi.

Nikahın ardından cütlüyün ard-arda 4 övladı dünyaya gəldi: Xeyriyyə, Siddiqə, Aliyə və İsmayıl. Ancaq bunlardan üçü körpə yaşında bilinməyən səbəblərlə vəfat etdi. Ardından bütün ömrünü böyük qızı Xeyriyyəyə və dinə yönəldən Adilə Sultan 1865-ci ildə qızını Paşazadə Rza bəylə evləndirdi. Ancaq çox keçmədən 1869-cu ildə əri Mehmed Əli Paşanı, ardından yeganə övladını itirdi. Ömrünün sonuna qədər təqribən 30 il boyunca hər Ramazan ayında Əyyub Sultan türbəsinə qapanan Adilə Sultanın Bəyoğlundakı sarayı dövrün din xadimləri və alimlərinin görüş yerinə çevrilmişdi.

II Əbdülhəmidin qızı Ayşə Sultan öz xatirələrində qeyd edir ki, "Böyük bibimiz Adilə Sultan tez-tez Ulduz sarayını ziyarət edər, atam Sultan Əbdülhəmid bibisini sarayın qapısında qarşılayardı. Onu qəbul otağındakı öz taxtına əyləşdirər, özü isə yandakı kiçik taxcada oturardı. O illərdə ailənin ən yaşlı üzvü olan bibisinin qəhvəsini şəxsən özü təqdim edərdi. Ardından mən və qardaş-bacılarım sırayla otağa çağırılar və bir-bir yaşlı Adilə Sultanın əlini öpərdik. Bir neçə saat davam edən ziyarətin ardından Sultan Əbdülhəmid bibisini arabasına qədər müşayiət edib yola salardı."

Qalata Mevlevihanesinin həyətindəki Adilə Sultan şadırvanı və kitabəsi.

Ömrünün son Ramazan ayında da yenə Əyyub Sultan türbəsinə qapanan Adilə Sultan sonuncu gün köşkünə gəldi. Ancaq ertəsi gün Ramazan bayramının ilk günü otağından çıxmadığını görən xidmətçiləri otağa daxil oldular və yaşlı sultanın vəfat etdiyini gördülər (12 fevral 1899). Ardından cənazəsi yoldaşının və övladlarının da dəfn edildiyi Əyyub Sultan məscidi yaxınlığındakı ailə türbəsində torpağa verildi.

Adilə Sultanın dini mövzuda yazdığı şeirləri minacat, nət, mərsiyə və böyük din xadimlərinə yazdığı məthiyələrdən ibarətdir. Bundan başqa atası, əri, qızı və qardaşları üçün yazdığı mənzum şeirlərdən ibarət bir divanı da var. Bundan başqa bir çox xeyir işləri də görmüşdü: Qalata Mevlevihanesində və Ərəb məscidində şadırvan, Gül məscid yaxınlığında məktəb, uzun illər qız məktəbi olaraq fəaliyyət göstərən Kadilli sarayı, Haliç sahillərindəki Qadınlar kitabxanası və bu kimi başqa əsərlər ona aiddir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Adilə Sultan haqqında məlumat. Adilə Sultan nədir? Adilə Sultan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pirey

  • Fevral 27, 2026

    Pop rok

  • Fevral 27, 2026

    Ülvi Quliyev

  • Fevral 28, 2026

    I Stefan

  • Fevral 27, 2026

    Eak

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst