Mirəşelli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əhmədağalı kənd inzibati ərazi dairəsində kənd. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 29 noyabr 2002-ci il tarixli 384-IIQ nömrəli Qanun ilə Ağdam rayonunun Əhmədağalı, Çıraxlı, Mirəşelli və Kolqışlaq kəndləri Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Əhmədağalı kəndi mərkəz olmaqla, Əhmədağalı kənd inzibati ərazi dairəsi yaradılmışdır.
| Mirəşelli | |
|---|---|
| 40°08′18″ şm. e. 47°02′51″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Ağdam rayonu |
| Bələdiyyə | Əhmədağalı bələdiyyəsi |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ0218 |
![]() Mirəşelli | |
Bu kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinin ərazisinə aid edilib.
Toponimikası
Tarixi
Birinci Qarabağ müharibəsindən sonra Ağdam rayonunun Mirəşelli kənd qəbristanlığına ziyarətə gedən kənd sakinləri Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altında olan Baş Qərvənd kəndi ərazisindən tez-tez avtomatlardan atəşə tutulurdular. Mirəşelli kəndinin qəbiristanlığı qoşunların təmas xəttinin 100–150 metrliyində yerləşirdi. Yerli sakinlər dəfn mərasimlərinə və ziyarətə getmək üçün səngərdən istifadə edirdilər.
İqtisadiyyatı
Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin sentyabr ayında kəndə ilk dəfə içməli su verilməsinə başlanılıb.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mirəşelli haqqında məlumat. Mirəşelli nədir? Mirəşelli nə deməkdir?
