Üçoğlan — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd.
| Üçoğlan | |
|---|---|
| 40°03′ şm. e. 47°06′ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Ağdam rayonu |
| Bələdiyyə | Üçoğlan-Alıbəyli bələdiyyəsi |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 150 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ0246 |
| Nəqliyyat kodu | 02 |
![]() Üçoğlan | |
Tarixi
Kənd ərazisində aşağıdakı tarixi obyektlər yerləşir:
- neolit dövrünə aid edilən Bəşirtəpə və Kərimtəpə (Üçoğlandan şimali-şərqə) yaşayış yerləri;
- Qədim qəbiristanlıq təpəsi, kurqan, Böyüktəpə və Qaçaytəpə yaşayış məntəqələri, tunc dövrünə aid nekropol;
- orta əsrə aid Abıştəpə yaşayış məntəqəsi.
07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna əsasən Kənddə Ağdam rayonunun Üçoğlan bələdiyyəsi təşkil edilmişdir.
7 avqust 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi məqsədilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə, 3,2 milyon manat ayrılmışdır.
18.11.2025-ci il tarxili 50-VIIQ nömrəli Qanunun 7.1-ci bəndinə əsasən: "Alıbəyli və Üçoğlan bələdiyyələrinin əhatə etdiyi Birinci Alıbəyli, Birinci Baharlı, İkinci Alıbəyli, İkinci Baharlı, Səfərli qəsəbələrində və Alıbəyli, Ballar, Böyükbəyli, Gül Baharlı, Kiçikli, Orta Qışlaq, Üçoğlan, Yusifli kəndlərində Üçoğlan-Alıbəyli bələdiyyəsi" yaradılmışdır (Qanun 25.11.2024-cü il tarixlindən qüvvədədir). Həmin Bələdiyyənin mərkəzi Üçoğlan kəndidir.
Həmçinin bax
Ağdam rayonunun Üçoğlan-Alıbəyli bələdiyyəsi
Ağdam rayonunun Üçoğlan bələdiyyəsi
Şəxsiyyətləri
- Səlim bəy Behbudov — ziyalı, tərcüməçi.
- Cəfərov Elçin Lənkəran oğlu — “Şöhrət” ordenli, Prezidentin fərdi təqaüdçüsü.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Üçoğlan haqqında məlumat. Üçoğlan nədir? Üçoğlan nə deməkdir?
