Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sintaksis (yun. syntaxis) — qrammatikanın bir şöbəsidir. Sintaksis söz birləşmələri, cümlə və mətni öyrənir.

Sintaksis

  • Ana Səhifə
  • Vikipediya
  • Sintaksis

Sintaksis (yun. syntaxis) — qrammatikanın bir şöbəsidir. Sintaksis söz birləşmələri, cümlə və mətni öyrənir.

Mündəricat

Etimologiyası

Sintaksis sözü Qədim Yunan dilində σῠ́ντᾰξῐς (súntaxis) birləşmə, tərtibat deməkdir. Sintaksis sözü dilin sintaktik quruluşu və dilin sintaktik quruluşundan bəhs edən elm mənalarında işlənir.

Tarixi

Dilçilik tarixində Sintaksisə aid ilk məlumatlara Qədim Hind dilçiliyində rast gəlmək olar. Hind qrammatikalarında sintaksisə müəyyən yer verilmişdir. Bu bölmədə hal, zaman və şəkil formalarının işlənmə qaydaları göstərilmişdir. Antik dilçiliyin ikinci qolunu təşkil edən İskəndəriyyə qrammatikası məktəbinin nümayəndələri sintaksis məsələləri ilə məşğul olmuşlar. Frakiyalı Dionisinin cümləyə verdiyi tərif 2000 ildən artıqdır ki, kiçik dəyişikliklərlə normativ qrammatikalarda yaşamaqdadır.

Dilçilik elmində sintaksis məsələlərinə ilk dəfə XVII-XVIII əsrlərdə Fransada formalaşmış Por-Royal qrammatikası məktəbi nümayəndələri toxunmuşlar. Por-Royal monastrının rahibləri olan A.Arno məntiqçi, Lanslo isə dilçi idi. Onların 1660-cı ildə nəşr etdirdikləri “Ümumi rasional qrammatika” kitabı fonetika və qrammatika hissələrindən, qrammatika isə öz növbəsində, morfologiya və sintaksis bölmələrindən ibarətdir. Sintaksis bəhsində ikiüzvlü və üçüzvlü vahidlərdən danışılır.

1871-1888-ci illərdə Gənc qrammatiklər məktəbinin nümayəndəsi Bertold Delbryuk və F. Vindşin birlikdə yazdığı beşcildlik “Sintaktik tədqiqatlar” əsərində Sintaksis məsələlərinə gəniş yer verilmişdir.

Azərbaycan dilçiliyində isə K. Abdullayevin “Azərbaycan dili sintaksisinin nəzəri problemləri”, Q. Kazımovun “Müasir Azərbaycan dili. Sintaksis”, B. Xəlilovun “Müasir Azərbaycan dili (Sintaksis)” Ə. Abdullayev, Y. Seyidov və A. Həsənovun birgə yazdığı “Müasir Azərbaycan dili. Sintaksis” kitablarında və digər müəlliflərin əsərlərində, müxtəlif namizədlik dissertasiyalarında, müasir elmi ədəbiyyatda çap olunan məqalələrdə Sintaksis məsələlərinə aydınlıq gətirilmişdir .

Haqqında

Sintaksis dilin qrammatik quruluşu haqqında elm olub sintaktik vahidlər sistemini (söz birləşmələri, cümlələr, mürəkkəb sintaktik bütövlər) sintaktik vahidlərin qurulması və bağlanma vasitələrini öyrənir.

Sintaksis sözünün dilin sintaktik quruluşu mənası dedikdə söz birləşmələrinin və cümlələrin quruluşu başa düşülür. Son dövrlərdə mətn dilçiliyinin yaranması ilə bağlı olaraq mətn də sintaksisdə öyrənilir. Dilin sintaktik quruluşu dedikdə söz birləşməsi, cümlə ilə yanaşı, mətnin quruluşu da bura daxildir. Mətn cümlələrin bir-biri ilə əlaqələnməsi ilə yaranır. Sintaksis sözünün dilin sintaktik quruluşundan bəhs edən elm mənası dedikdə isə dilin sintaktik quruluşunu öyrənən dilçilik şöbəsi nəzərdə tutulur. Qrammatikanın bir şöbəsi olan sintaksis isə sözlərin söz birləşməsi və cümlə, cümlələrin mətn şəklində əlaqələnməsi qaydalarından bəhs edən elmdir.

Qeyd: Mətn sintaktik-semantik cəhətdən birləşən cümlələrin birliyidir. Mətnlər makro və mikro olmaqla iki yerə ayrılır. Mikromətnlərə sintaktik bütövlər də deyilir. Ümumiyyətlə, cümlələr sintaktik-semantik cəhətdən birləşərək mikromətnləri, yəni sintaktik bütövləri əmələ gətirir.

Söz birləşmələri - iki və daha atıq leksik mənalı sözün məna və qrammatik cəhətdən birləşməsinə deyilir. Köməkçi nitq hissələri də söz birləşməsində iştirak edə bilər, lakin söz birəşməsinin tərəfi ola bilməz.

Ayrı-ayrı sözlər kimi, söz birləşmələri də əşya və hadisələri adlandırır. Sintaksisi söz birləşmələrinin quruluş modelləri, növləri, qrammatik əlamətləri, mürəkkəb söz və cümlə yaradıcılığında rolu ətraflı nəzərdən keçirilir.

Sintaktik əlaqələr – qrammatik vasitələrin ilkin istifadəsi dövründə sözlərin sıralanması, bir-birinə yanaşması üsullarından istifadə olunmuşdur. Daha sonralar əlaqə üsulları təkmilləşmiş və qoşulma, uzlaşma, idarə əlaqələri meydana çıxmışdır. Lüğət tərkibi zənginləşdikcə sözlər arasındakı qrammatik əlaqələnmə üsulları da inkişaf etmişdir. Beləliklə, zəngin qrammatik əlaqələr sayəsində dildə müxtəlif söz birləşmələri və cümlələr formalaşmışdır. Söz birləşməsi və cümlələr iki cür əlaqə ilə əlaqələnir.

  • Məna əlaqəsi
  • Sintaktik əlaqə

Sintaktik əlaqələrin də iki növü var: tabesizlik əlaqəsi və tabelilik əlaqəsi .

Cümlə - bitmiş fikir ifadə edən söz və ya söz birləşməsinə deyilir .

İntonasiyasına görə cümlənin 4 növü var: Nəqli, Sual, Əmr, Nida cümlələri.

Cümləni təşkil edən sözlər müəyyən cümlə üzvü olur. Mübtəda və Xəbər cümlənin baş üzvləri, Təyin, Tamamlıq, Zərflik isə cümlənin ikinci dərəcəli üzvləridir. Mübtəda və Xəbər cümlənin qrammatik əsasını təşkil edir.

Cümlə quruluşuna görə sadə və mürəkkəb ola bilər. Mürəkkəb cümlələr də tabeli və tabesiz mürəkkəb cümlələrə ayrılır. Sadə cümlənin bir qrammatik əsası olur. Mürəkkəb cümlənin iki və daha artıq qrammatik əsası ola bilər .

Həmçinin bax

  • cümlə
  • söz birləşmələri
  • sintaktik əlaqələr

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sintaksis haqqında məlumat. Sintaksis nədir? Sintaksis nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Entelexiya

  • Fevral 27, 2026

    Aleksandr Qriboyedov

  • Fevral 27, 2026

    Radamist

  • Fevral 27, 2026

    45 (ədəd)

  • Fevral 27, 2026

    Xətti proqramlaşdırma

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst