Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xudu İbrahimoğlu (tam adı: Xudu İbrahim oğlu Mustafayev; 1 yanvar 1939, Gülablı, Ağdam rayonu – 2006, Bakı) — filoloq, maarif xadimi, müəllim, publisist, şair.

Xudu İbrahimoğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Xudu İbrahimoğlu

Xudu İbrahimoğlu (tam adı: Xudu İbrahim oğlu Mustafayev; 1 yanvar 1939, Gülablı, Ağdam rayonu – 2006, Bakı) — filoloq, maarif xadimi, müəllim, publisist, şair.

Xudu İbrahimoğlu
Xudu İbrahim oğlu Mustafayev
Təxəllüsü "Sadiq"
Doğum tarixi 1 yanvar 1939
Doğum yeri
  • Gülablı, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 30 oktyabr 2006 (67 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Təhsili Bakı Dövlət Universiteti
İxtisası filoloq
Fəaliyyəti jurnalist
Fəaliyyət illəri 1964-2006
Əsərlərinin dili Azərbaycanca
Janr satira
Tanınmış əsərləri "Güldürmə məni", "Gülə bilmirəm, ölə bilmirəm", "Xəzanbilməz baharım var", "Can, Vətən! Can, Qarabağ!"

Həyatı

Xudu İbrahimoğlu 1 yanvar 1939-cu ildə Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdur. O, 1949-cu ildə Ağdam şəhər yeddiilik məktəbin I sinfinə daxil olmuş, 1959-cu ildə 2 nömrəli beynəlmiləl orta məktəbi Qızıl medalla bitirmişdir. 1959–1964 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin dil-ədəbiyyat şöbəsində ali təhsil almış, fərqlənmə diploma ilə başa vurmuşdur.

Xudu İbrahimoğlu Ağdamda müəllim (1964–66), "Lenin yolu" (indiki "Ağdam" qəzeti) qəzetində ədəbi işçi (1966–69), Respublika Kənd Təsərrüfatı Nazirliyi nəşriyyat şöbəsində redaktor (1969–73), Az. KPMK "Təşviqatçı" jurnalında baş ədəbi işçi (1971–79), Abşeron RPK-də şöbə müdiri (1979–84), həmin rayonun Xırdalan qəsəbə 3 saylı tam orta məktəbin direktoru (1984–87), "Abşeron" qəzetində redaktor müavini (1987–89), 1989-cu ildən Abşeron RPK-də partiya komitəsinin sədri vəzifəsində işləmiş, 1990-cı ilin 20 Yanvar hadisələrində sovet ordusunun vəhşi və qaniçən hərəkətlərinə etiraz olaraq vəzifəsindən və partiya biletindən imtina etmişdir. Bakı Şəhər İcra Hakimiyyətində tərcümə bölməsinin müdiri vəzifələrində işləmişdir.

Xudu İbrahimoğlu 30 oktyabr 2006-cı ildə Bakıda vəfat etmişdir.

Yaradıcılığı

Xudu İbrahimoğlu 100-dən çox elmi və publisist məqalənin, kitabların müəllifidir: "Dünya şöhrətli həmvətənimiz" (M. F. Axundov haqqında), "Qüdrətli jurnalist" (C. Məmmədquluzadə haqqında), "Unudulmaz sənətkar" (H. Cavid haqqında), "Şairin həyat fəlsəfəsi" (S. Vurğun haqqında) və s.

Xudu İbrahimoğlu istedadlı şair kimi tanınmış, orta məktəb illərində rayon qəzetində, sonralar respublikanın müxtəlif mətbuat orqanlarında "Xudu Mustafayev", "Xudu Sadiq", "Xudu İbrahimoğlu" imzaları ilə şeirlər dərc etdirmişdir. Orta məktəbdə təhsil aldığı illərdə "Bizim yaxşı nənəmiz" adlı birpərdəli pyesi məktəb dramsevərləri tərəfindən tamaşaya qoyulmuşdur.

Xudu İbrahimoğlunun 2000-ci ildə "Gülə bilmirəm, ölə bilmirəm" şeirlər və poemalar kitabı çapdan çıxmışdır. Çap edilməmiş "Güldürmə məni", "Yaralı düşüncələr", "Arzumuzun məbədi", "Rüşvət virusu", "Kişi sözü", "Ömürdən qalan anlar", "Köhnə havalar təzə ifada", "Aşıqsayağı" adlı şeir topluları, "Balabacı firması", "Kim yatmış, kim oyaq", "Kişi adamlar", "Ailə əhvalatı", "Yeniyetmələr" və b. pyesləri vardır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xudu İbrahimoğlu haqqında məlumat. Xudu İbrahimoğlu nədir? Xudu İbrahimoğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Ekzabayt

  • Fevral 25, 2026

    Məməlilər

  • Fevral 27, 2026

    Konstantin Siolkovski

  • Fevral 27, 2026

    Kitabə

  • Fevral 27, 2026

    İbrahim Rəisi

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst