Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Eusebius kilsəsi və ya Eusebiuskerk. həmçinin Krout kerk, (nid. Sint-Eusebius Kerk, Eusebiuskerk — Arnem şəhərində kilsə. O, 93 metr hündürlüyü ilə Arnhem şəhər

Eusebius kilsəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Eusebius kilsəsi

Eusebius kilsəsi və ya Eusebiuskerk. həmçinin Krout kerk, (nid. Sint-Eusebius Kerk, Eusebiuskerk — Arnem şəhərində kilsə. O, 93 metr hündürlüyü ilə Arnhem şəhərindəki ən böyük kilsə və ən hündür bina olaraq tanınır.

protestantlıq
Eusebius kilsəsi
Xəritə
Ölkə
  •  Niderland
Üslubu qotika
Hündürlüyü 93 m
eusebius.nl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kilsənin diqqətçəkən xüsusiyyətlərindən biri, 1994-cü ildə əlavə edilən liftdir. Bu lift ziyarətçilərin kilsənin ən yüksək nöqtəsinə qalxaraq Arnhem şəhərinin mənzərəsini seyr etməsinə imkan yaradır. Daha maraqlısı isə, ziyarətçilər kilsənin arxa hissəsində yerləşən türbəyə daxil olaraq, qaranlıq türbədə səliqə ilə düzülmüş bir neçə skeleti görə bilirlər.

Mündəricat

Tarixi

Hazırkı binanın yerində əvvəllər Müqəddəs Martinə həsr olunmuş kilsə olub. Lakin XV əsrin əvvəllərində Müqəddəs Eusebiusun əşyaları şəhərə gətirildikdən sonra, köhnə kilsənin yerində bu müqəddəsə həsr olunmuş yeni bir kilsə tikmək qərara alındı. Tikintiyə 1452-ci ildə Eqmond Hersoqu Arnoldun birinci daşı qoyması ilə başlanıldı və növbəti əsr boyunca köhnə bina tədricən yeni kilsə ilə əvəz olundu.

Kilsə 1944-cü ildə "Market Garden" əməliyyatı zamanı İkinci Dünya müharibəsi dövründə ciddi zərər gördü. Reyn çayı üzərindəki körpü uğrunda Britaniya leytenant-polkovnik Con Dutton Frostun komandanlığı altında olan paraşütçülər və almanlar arasında baş verən döyüş zamanı kilsə tamamilə yandırıldı. Daha sonra yanğın nəticəsində zəifləyən qüllə tamamilə uçdu.

Yenidən qurulması

Müharibədən sonra kilsə 1946-1961-ci illər arasında Amsterdam Memarlıq Məktəbinin üzvü və Kalvinist kilsə binaları tikməsi ilə tanınan holland memarı Berend Tobia Boeyinqanın rəhbərliyi altında bərpa edildi. Kilsə indi əsasən turistik məkan kimi istifadə olunur və müəyyən dini mərasimlər üçün istifadə edilir. Xüsusilə Alman qüvvələrini təcrid etmək üçün Nederreyndəki körpünü ələ keçirməyə çalışan Müttəfiq qüvvələrin paraşütçülərinin igidliyini xatırlayır.

1994-cü ildə Arnhem bələdiyyəsi kilsə qülləsinə lift quraşdırılmasını sifariş etdi. Ziyarətçilər kiçik bir ödəniş ödəyərək liftlə qalxıb kilsənin zəngləri arasından keçərək kilsənin çardaq hissəsinə çıxa bilirlər. Buradan turist durbinləri və ya sadəcə gözlə 360 dərəcəlik şəhər mənzərəsini seyr etmək mümkündür. Ziyarətçilər həmçinin qüllənin ən ucqar nöqtəsinə çıxmaq üçün son bir neçə pilləni də qalxa bilirlər. Kilsənin orqanı hələ də fəaliyyətdədir və yaxşı vəziyyətdədir. Kilsənin özü isə bir sıra maraqlı əşyalar və xatirə əşyaları ilə zəngindir.

Qalereya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Eusebius kilsəsi haqqında məlumat. Eusebius kilsəsi nədir? Eusebius kilsəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Teodor Hertsl

  • Fevral 27, 2026

    Oğul

  • Fevral 27, 2026

    Homindan

  • Fevral 27, 2026

    Ənənəvi animasiya

  • Fevral 27, 2026

    Kimyəvi silahlar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst