Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bazarçay və ya Bərgüşad (Ermənistan ərazisində Vorotan adlanır) — Qafqazda çay. Ermənistandan və Azərbaycanın Qubadlı rayonundan keçir.

Bazarçay

  • Ana Səhifə
  • Vikipediya
  • Bazarçay

Bazarçay və ya Bərgüşad (Ermənistan ərazisində Vorotan adlanır) — Qafqazda çay. Ermənistandan və Azərbaycanın Qubadlı rayonundan keçir.

Bazarçay
Bərgüşad
Xəritə
Ölkələr
  •  Azərbaycan
  •  Ermənistan
Rayon
  • Qubadlı
Mənbəyi Zalxa gölü, Ərikli dağı
 • Yüksəkliyi 3040 m
Mənsəbi Həkəri
 • Yüksəkliyi 270 m
Uzunluğu 178 km
Su sərfi 19 m³/san
Su sistemi Araz
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 2711 km²
Bazarçay (Azərbaycan)
Nöqtə
mənbəyi
Nöqtə
mənsəbi
Bazarçay Qafqazın fiziki xəritəsində:

39°51′ şm. e. 45°51′ ş. u.HGYO

39°12′ şm. e. 46°43′ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uzunluğu 178 km, hövzəsinin sahəsi 2711 km²-dir. Başlanğıcını Zəngəzur silsiləsinin şimal yamacından, 3040 m yüksəklikdə yerləşən Zalxa gölündən götürür. Həkəriçaya qovuşandan sonra nisbətən düzənlik sahə ilə axaraq bir sıra qollara ayrılır. İllik axımını yeraltı (55%), qar (35%) və yağış (10%) suları təşkil edir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir.

Orta illik su sərfi 19,0 m³/san-dir. Bunun 45%-i yazda, 25%-i yayda, 18%-i payızda, 12%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 3,63 kq/san, lillənməsi isə 200 q/m³-dir.

Suvarmada istifadə edilir.

Bərgüşadçayın mənbəyi Ərikli dağlarından başlanır. O, Urud kəndinə qədər Bazarçay adlanır. Dəli çay, Şəki çayı, Sisyançay, Taxtakörpü çayı, Daşlı dərə çayı, Bəxtiyarlı çayı, Ağa çayı adlı qolları var. Bərgüşad çayı Qaralar kəndi yaxınlığında Həkəri çayı ilə birləşib Araza tökülür.

Çayda su anbarları tikilib, Vorotan kaskadının üç su elektrik stansiyası işləyir. Gölün səviyyəsini yüksəltmək üçün suyun Vorotandan Sevana daşınması üçün 22 kilometrlik tunel tikilib. Vorotanın mənbəyi Ermənistandan kənarda, Azərbaycanın Kəlbəcər rayonunda yerləşir. Bəzi erməni ekspertlər Azərbaycanın bu ərazilərə nəzarəti bərpa etməsi ilə Ermənistanın su ehtiyatlarının 80%-nə nəzarət etməsindən narahatdırlar ki, bu da Ermənistana təzyiq göstərmək üçün istifadə oluna bilər.

Həmçinin bax

  • Qubadlı rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bazarçay haqqında məlumat. Bazarçay nədir? Bazarçay nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Trento

  • Fevral 27, 2026

    Bovilla gölü

  • Fevral 27, 2026

    Smaylik

  • Fevral 27, 2026

    Orqanizmlərin koloniyası

  • Fevral 25, 2026

    Britaniya muzeyi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst