Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həsənriz (əvvəlki adı: Aterk və ya Ater) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Həsənriz kənd inzibati ərazi dairəsində kənd.

Həsənriz

  • Ana Səhifə
  • Vikipediya
  • Həsənriz

Həsənriz (əvvəlki adı: Aterk və ya Ater) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Həsənriz kənd inzibati ərazi dairəsində kənd.

Həsənriz
Ağdərə rayonunun Həsənriz kəndi, 2025-ci ilin mart ayı
Ağdərə rayonunun Həsənriz kəndi, 2025-ci ilin mart ayı
40°09′47″ şm. e. 46°31′04″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdərə rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.120 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 91 nəf. (2025)
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 26
Poçt indeksi AZ5900
Nəqliyyat kodu 32
Xəritəni göstər/gizlə
Həsənriz xəritədə
Həsənriz
Həsənriz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Cavanşir qəzası 1 Yanvar 1903-ci illər xəritəsi. Həsənriz

Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Aterk kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Aterk kəndi Həsənriz kəndi adlandırılmışdır. Kənd 1993-cü ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altında idi. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Həsənriz kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.

Mündəricat

Toponimikası

Keçmış adı Aterk/Ater qalası olmuşdur. Tədqiqatçıların ehtimalına görə, aterk türk dillərindəki atrak (çayın mənsəbə töküldüyü yer) sözünun fonetik variantıdır. XIII əsrdən sonra Xaçın knyazı Həsən Cəlalın adı ilə Həsənriz adlanmışdır. 1992-ci ildə kəndin adı Həsənriz kimi rəsmiləşdirilmişdir.

Tarixi

Kəndin adı Osmanlı qaynaqlarında 1727-ci ildə Çalaberd nahiyəsinin kəndi olaraq keçir.

Qədim dövrdə Qafqaz Albaniyası ərazisində yerləşən Həsənriz kəndinin inkişafının əsası təxminən XV əsrdə Cənubi Azərbaycandan köçmüş türk tayfaları tərəfindən qoyulmuşdur. Lakin Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra bu kəndin ərazisinə İrandan çoxlu sayda erməni ailəsi köçürülməyə başlanmışdır. Qısa bir müddət ərzində kənddəki ermənilərin sayı azərbaycanlıların sayını ötməyə başladı və bundan sonra ermənilər buranı "qədim erməni ərazisi" kimi adlandırmağa başladılar. Bu kəndin erməni əhalisi hələ 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımda fəal şəkildə iştirak etmişdilər. Sovet dövründə kəndin adı ermənilərin tələbi ilə dəyişdirilərək Aterk qoyulmuşdur. Lakin Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə kəndin adı dəyişdirilərək öz tarixi adına qaytarılmışdır.

Həsənriz kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Həsənriz kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Qarabağ müharibəsinin başlanğıcında erməni quldur dəstələri rus ordusunun köməyi ilə kənddə nəzarəti ələ keçirdilər.

Lakin 1992-ci ilin yayında Azərbaycan ordusunun hücumu nəticəsində həmin ilin 4 iyulunda kənd Azərbaycanın nəzarətinə keçmişdir.

Lakin 1993-cü ilin əvvəlində erməni işğalçıları hücuma keçərək kəndi yenidən ələ keçirdilər. Hazırda Həsənriz kəndi İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən Rusiya sülhməramlı kontingentinin nəzarətindədir.

2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Həsənriz kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.

Bu ərazidə nüvə terrorizmi üzrə qruplar fəaliyyət göstərirdi.

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.

18 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Həsənriz kəndində oraya köçən sakinlərlə görüş keçirmiş, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olmuşdu.

Tarixi abidələri

Həsənriz kəndində təxminən 500-cü ildə tikilmiş Alban məbədi yerləşir.

Coğrafiyası və iqlimi

Kənd Tərtərçayın sol tərəfində, Həsənriz çökəkliyində yerləşir.

Əhalisi

Ermənistan işğalı dövründə Həsənrizdə 1500 nəfərə yaxın erməni yaşayırdı. Kənddə işsizlik hökm sürürdü. Kəndin inkişafı üçün Fransa bura çoxlu yardımlar etmiş, burada kənd məktəbi və başqa binaları tikmişdir.

2025-ci il martın 3-də Ağdərə rayonunun Həsənriz kəndinə ilk köç karvanı çərçivəsində 25 ailədən ibarət, ümumilikdə 91 nəfərlik birinci sakin qrupu köçürülmüşdür.. İlk mərhələdə kəndə köçənlər Azərbaycanın müxtəlif bölgələrində müvəqqəti olaraq yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda məskunlaşmış keçmiş məcburi köçkün ailələri olmuşdur. 2025-ci il martın 6-da Həsənriz kəndinə daha 75 nəfərdən ibarət 25 ailə köçürülmüşdür. Onlar kənddə yeni inşa edilmiş fərdi yaşayış evlərinə yerləşdirilmişlər. 2025-ci ilin mart ayına olan məlumata görə, ümumilikdə kəndə 166 nəfərdən ibarət 50 ailə köçürülmüşdür.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həsənriz haqqında məlumat. Həsənriz nədir? Həsənriz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qarağat

  • Fevral 27, 2026

    İmam Hüseyn

  • Fevral 27, 2026

    Robert Fişer

  • Fevral 27, 2026

    III Dara

  • Fevral 12, 2026

    İngilis dili

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst