Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Demoqrafiya (q.yun. δῆμος — xalq, q.yun. γράφω — yazıram) — əhali artımının qanunauyğunluqları, onun sosial-iqtisadi şəraitdən, təbii amillərdən asılılığını, mi

Demoqrafiya

  • Ana Səhifə
  • Vikipediya
  • Demoqrafiya

Demoqrafiya (q.yun. δῆμος — xalq, q.yun. γράφω — yazıram) — əhali artımının qanunauyğunluqları, onun sosial-iqtisadi şəraitdən, təbii amillərdən asılılığını, miqrasiyanı, əhali sıxlığını və onun paylanmasını öyrənən elm.

Dünya əhalisinin demoqrafiyası heç bir tarixi dövrdə sabit qalmamış, hər zaman dəyişikliyə məruz qalmışdır. Kapitalizmdən əvvəlki dövrdə dünya əhalisinin sayı çox yavaş artırdı. Bu hadisə daha çox aramsız müharibələr, epidemiyalar, insanların həyat səviyyəsinin aşağı olması ilə əlaqədardır. 1900-cü ildə dünya əhalisi 1.6 mlrd., 1960-cı ildə 3 mlrd., 2000-cı ildə 6 mlrd. olmuşdur. Demoqrafların hesablamalarına görə dünya əhalisi bu sürətlə artmağa davam etsə 2040-cı ildə dünyada 10 mlrd. insan yaşayacaq. 2009-cu ilı görə dünya əhalisi 6 milyard 802 milyondur. Dünyada ən sürətli təbii artım 1950–1970-ci illərində müşahidə olunmuşdur. Bu zaman təbii artım 1,8 %-in üstündə olmuşdur. Ən çox təbii artım 1963-cü ildə olmuşdur. Bu zaman dünyanın təbii artımı 2,2% təşkil edib.

Mündəricat

Əhalinin təbii artımının yaratdığı problemlər

Əhalinin yüksək təbii artımı müşahidə olunan ölkələrdə aşağıdakı problemlər yaranır:

  • Məşğulluq problemi;
  • Yoxsulluq;
  • Aclıq;
  • Müharibələr;
  • Kütləvi savadsızlıq;
  • Tibbi xidmətin keyfiyyətinin aşağı olması, xəstəliklərin yayılması;
  • Ekoloji problemlər (su qıtlığı, zibilliklərin artması, tıxac və s. ).

Əhalinin aşağı təbii artımı müşahidə olunan ölkələrdə aşağıdakı problemlər yaranır:

  • Yaşlı əhalinin xüsusi çəkisinin artması;
  • Əmək çatışmazlığının yaranması;
  • Təqaüd yaşının artması;
  • İmmiqrasiyanın artması.

Demoqrafik böhran

Əhalinin təbii azalması. Təkrar artımın müasir tipinə (I tip) aid olan ölkələrdə ölüm hallarının sabitləşməsi şəraitində doğumun azalması təmayülü aydın nəzərə çarpır və bu da müntəzəm olaraq əhalinin təbii artımının azalmasına səbəb olur.Digər tərəfdən əhali arasında yaşlıların artması və uşaqların azalması, bununla yanaşı, bu prosesdə iqtisadi və sosial amillər də əsas rol oynayır: Urbanizasiya prosesinin sürətli inkişafı, şəhər həyat tərzinin geniş yayılması, qadınların ictimai istehsala cəlb olunması, əhalinin mədəni məişət və s. təlabatının kəskin şəkildə artması, gec evlənmə, boşanma hallarının artması və uşağın böyüməsi üçün zəruri olan ümumi "xərcin" artması və s. Demoqrafik böhrana səbəb olan başlıca amillərdir.

Həmçinin bax

  • Tarixi demoqrafiya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Demoqrafiya haqqında məlumat. Demoqrafiya nədir? Demoqrafiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Frederik Bazil

  • Fevral 27, 2026

    Aleut adaları

  • Fevral 25, 2026

    II Osman

  • Fevral 27, 2026

    Propin

  • Fevral 27, 2026

    Sulut qalası

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst