Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sultanım Bəyim və ya Qədəmli Sultan Xanım (1516 – 1593, Qəzvin) — ikinci Səfəvi hökmdarı olan Şah Təhmasibin birinci arvadı və Şahbanusu. O, Şah Təhmasibin vari

Sultanum Bəyim

  • Ana Səhifə
  • Vikipediya
  • Sultanum Bəyim

Sultanım Bəyim və ya Qədəmli Sultan Xanım (1516 – 1593, Qəzvin) — ikinci Səfəvi hökmdarı olan Şah Təhmasibin birinci arvadı və Şahbanusu. O, Şah Təhmasibin varisi olan II Şah İsmayılın, 1578-ci ildən 1587-ci ilə qədər hökmranlıq edən Şah Məhəmməd Xudabəndənin və Gövhər Sultanın anasıdır.

Sultanum Bəyim
fars. سلطانم بیگم‎
Səfəvilər Dövlətinin Şahbanusu
23 may 1524 – 25 may 1576
Şəxsi məlumatlar
Doğum tarixi 1516
Vəfat tarixi 1593 (76–77 yaşında)
Vəfat yeri Qəzvin, Səfəvi imperiyası
Dəfn yeri İmam Rza Məqbərəsi, Məşhəd
Atası İsa bəy Mosullu
Həyat yoldaşı Şah Təhmasib
Uşaqları oğlanları:
II İsmayıl, Məhəmməd Xudabəndə
Ailəsi Səfəvilər
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Sultanım Bəyimin atası Ağqoyunlulardan olan İsa bəy Mosullu idi. Şah Təhmasibin anası Taclı Bəyim kimi Sultanım Bəyim də Mosullu tayfasına aid idi və öz ərinin qohumu idi. Azərbaycan bəylərbəyiliyinin bəylərbəyisi olan Musa Sultan Mosullu onun qardaşı idi. Təhmasiblə Şah I İsmayılın hakimiyyətinin son illərində evləndiyi düşünülür. Bu evlilikdən sonra o yeni şahın əsas arvadı oldu və iki oğul dünyaya gətirdi. Bu dövrdə Təhmasibin azyaşlı olmasına görə taxt-tac üzərində Şamlı-Ustaclı naibliyi mövcud idi. Bu naiblik müddətinin əvvəllərində, yəni ərinin hələ 18 yaşı olarkən ilk oğlanları olan Məhəmməd Xudabəndə dünyaya gəldi. 1537-ci ildə isə İsmayıl Mirzə doğuldu.

Sultanım Bəyim Taclı Bəyimin 1540-cı ildə Şiraza göndərilməsindən sonra hərəmin hakimi oldu. Onun ayrıca sarayı və şəxsi vəziri (Xacə İbrahim Xəlil) var idi. Bundan əlavə, Sultanım Bəyim həmçinin fəxri titul hesab edilən Məhdi Ülya tituluna sahib idi. Qərbi Xorasanda Sultanım Bəyimə məxsus olan böyük torpaq sahələri mövcud idi. Bu torpaqlar tiyul və müqərəriyat formasında idi.

O, oğlu II Şah İsmayılın hakimiyyəti dövründə öz gücünü qoruyub saxlamağı bacardı. Həmçinin, onun tayfası olan Mosullular da hakimiyyəti dəstəkləyirdilər. Sultanım Bəyim Məhəmməd Xudabəndə və Şah Abbas dövrlərində də yaşamışdır.

Həmçinin bax

  • Səfəvi şahlarının analarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sultanum Bəyim haqqında məlumat. Sultanum Bəyim nədir? Sultanum Bəyim nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Turacı

  • Fevral 27, 2026

    Kiyev şəhəri

  • Fevral 27, 2026

    Mürtəza Mütəhhəri

  • Fevral 27, 2026

    Henri Fonda

  • Fevral 27, 2026

    Şərqi Berlin

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst