Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Laos bayrağı — Laos dövlətinin rəsmi dövlət bayrağı. 2 dekabr 1975-ci ildə qəbul olunmuşdur. Bundan əvvəl qısa müddətliyinə Lao İssara hökuməti və Patet Lao tər

Laos bayrağı

  • Ana Səhifə
  • Vikipediya
  • Laos bayrağı

Laos bayrağı — Laos dövlətinin rəsmi dövlət bayrağı. 2 dekabr 1975-ci ildə qəbul olunmuşdur. Bundan əvvəl qısa müddətliyinə Lao İssara hökuməti və Patet Lao tərəfindən istifadə olunmuşdur.

Laos bayrağı
Təfərrüatlar
Proporsiya 2:3
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Simvolizm

Bayraq 3 horizontal zolaqdan ibarətdir: ortada göy zolaq, yuxarı və aşağıda qırmızı zolaqlar. Bu göy zolağın içində onun hündürlüyünün 8/10-nu təşkil edən ağ disk təsvir olunmuşdur. Bayrağın proporsiyası 2:3 şəklindədir. Bu bayraq ölkə xalq respublikasına çevriləndə qəbul olunmuşdur. Bu bayraq dünyada beşguşəli ulduz təsvir olunmayan yeganə sosialist bayraqdır.

Laos krallığının bayrağı (1952–1975)

Bu bayraqdan əvvəl qırmızı fonda çətirin altında, oturacağın üzərində dayanan üçbaşlı fil təsvir olunan bayraqdan istifadə olunmuşdur. Bu ölkənin XIX əsrdə ölkənin qədim adını ifadə edirdi: "Milyon fillər ölkəsi". 1953-cü ildə kral hökuməti indiki bayraqdan istifadə edən Patat Lao ilə mübarizə aparmağa başlamışdı.

1973-75-ci illərdə yeni hökumət formalaşanda indiki yeni bayraq qəbul olunmuşdur. Ortadakı ağ disk Laos Xalq İnqilab Partiyası altında toplaşan insanları və ölkənin parlaq gələcəyini simvolizə edir. Bu dairə həm də Mekonq çayında ayın əksini ifadə edir. İki qırmızı zolaq insanların azadlıq mübarizəsi uğrunda tökdükləri qanları, göy zolaq isə firavanlığı göstərir.

Tarixi

1952–1975-ci illərdə kral hakimiyyətinin sonuna qədər qırmızı fon üzərində üçbaşlı fil — Ayravata təsvir olunmuş bayraqdan istifadə olunmuşdur. Bu fil 9 qatlı çətirin altında 5 mərtəbəli oturacaqda dayanır. Ağ fil cənub-şərqi Asiyada kral hakimiyyətinin rəmzi olmuşdur. Üç baş isə ölkəni formalaşdıran 3 krallığı — Vyetnay, Luanqprabanq və Çampasak krallıqlarını simvolizə edir.

9 qatlı çətir də kral simvolu olub mənşəyi Buddist astrologiyasındakı Sumeri dünyasından qaynaqlanır. 5 mərtəbəli oturacaq ölkənin söykəndiyi qanunları ifadə edir.

Oxşar bayraqlar

  • Kamboca Kamboca bayrağı
  • Şimali Koreya Şimali Koreya bayrağı
  • Banqladeş Banqladeş bayrağı
  • Yaponiya Yaponiya bayrağı
  • Palau Palau bayrağı

Qalereya

  • Fransa Laosunun bayrağı.
    Fransa Laosunun bayrağı.
  • Laos Xalq İnqilab Partiyasının bayrağı
    Laos Xalq İnqilab Partiyasının bayrağı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Laos bayrağı haqqında məlumat. Laos bayrağı nədir? Laos bayrağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Savalan

  • Fevral 27, 2026

    Qaralar (Qubadlı)

  • Fevral 23, 2026

    29 noyabr

  • Fevral 27, 2026

    Ayxan Tağızadə

  • Fevral 27, 2026

    Warner Records

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst