Cavanşir qəzası (rus. Джеванширский уезд) — Yelizavetpol quberniyasının bölgələrindən biridir. Cavanşir qəzasının inzibati mərkəzi Yelizavetapol — Şuşa şəhərləri arsındakı Tərtər poçt stansiyası hesab olunurdu; Yelizavetapoldan 681/6 vers. məsafədə Tərtər çayının üzərində Bərdə kəndi yerləşmişdir. Bərdə Qafqaz Albaniyasının paytaxtı olmuş, VII əsrdə ərəb istilalarına, 943 ildə Xəzərdən Kür çayı ilə keçərək gəlmiş ruslların, XIV əsrdə isə Teymurləngin dağıdıcı hücumları nəticəsində viran qoyulmuşdur. Şəhərdən yarı dağılmış qala divarları qalmışdır. Qəza 213 kəndi əhatə edirdi. Əhalinin əksəriyyəti əkinçilik və madarlıqla məşğul idi. Orta və düzən sahələrdə bağçılıq və ipəkçilik mühüm yer tuturdu. Əkin sahələrində əsasən buğda, arpa əkilirdi. Xüsusən düzən yerlərdə düyü və pampıqda əkilirdi. Əhalisinin əksəriyyətini yerli azərbaycanlılar (rusların adlandırdığı tatarlar) (52041 nəfər), rusların gəlişindən sonra köçürülmə siyasəti nəticəsində az miqdarda ermənilər və ruslar təçkil etmişdir.
| Cavanşir qəzası | |||
|---|---|---|---|
| |||
| Ölkə | | ||
| Quberniya | Yelizavetpol quberniyası | ||
| Mərkəzi | Tərtər | ||
| Yaradılıb | 1869 | ||
| Ləğv edilib | 7 iyul 1923 | ||
| Sahəsi | 4 818,4 verst² | ||
| Əhalisi | 72 719 nəfər (1897) | ||
| Xəritə | |||
![]() | |||
| |||

Qəzanın tarixi
Qəza 1867-ci ildə Şuşa qəzasının Cavanşir sahəsinin ərazisində yaradıldı. Cavanşir qəzası Cəbrayıl qəzası kimi əvvəllər Qarabağ xanlığının tərkibinə daxil idi; 1869-cu ildə o, Şuşa qəzasından ayrılmışdır. Sonra bu qəzaya köhnə Çiləbörd sahəsinin ərazisi də əlavə edildi.
Əhalisi
Əhalisinin sayı 72 719 nəfər (1897) olmuşdur.
Cavanşir qəzasının milli tərkibi (1897) azərbaycanlılar (71,6 %) ermənilər (26,9 %) qalanları (1,5 %)
Əhatə etdiyi ərazilər
- Tərtər rayonu
- Bərdə rayonu
- Kəlbəcər rayonu
- Ağdərə rayonu
Qəzanın nahiyələri
Bərdə nahiyəsi
- Mirzalıbəyli
- I Əyricə
- Qafarlı
- Hacıbəyli
- Qaraqoyunlu
- Əhmədbəyli
- Ləkili (Cumalar)
- Şəmşilər
- Türkmən-Qayabaşı
- Güloğlular
- İmamqulubəyli
- Zümürxaç
- Bərdə
- Mollagülülər
- II Əyricə
Kəranə nahiyəsi
1.Cəyirli 2.Şatırlı 3.Mirzəcəfərli 4.Qaradağlı-Kərimağa 5.1-ci Hacıəlili 6.Divanlı 7.Dilənçilər 8.Kürd Bоraki 9.Nəzirli 10.Kəranə 11.Saatlı 12.Məşədiimamqulular 13.Mirzəməmmədqulular 14.Bayramalılar 15.Bəhmənlər 16.Qaraqоyunlu-Salvar 17.Quşçular 18.1-Qarahacı 19.Həsənqaya 20.Mincivanlı 21.Cilоvdarlı 22.Çullu
- Həsənriz
Bu inzibati ərazi bölgüsü Qarabağ regionunun qəzalarında 1910-cu ildə yenidən həyata keçirilməyə başladı. 1910-cu ildə Cavanşir qəzasında 3 kənd şöbəsi yaradıldı.
- Birinci şöbəyə bu kənd cəmiyyətləri
Bərdə, Qeranin, Dorbatli, Ayridcin, Xoruzlu, Qaramanlı, Yevlağ, Qaradağlı, Borsunlu, Sarov, Talış,
- ikinci şöbəyə bu kənd cəmiyyətləri Ağəli, Alpaut, Xan-Ərəb, Köçərli,
Nəmirli, Xan-Qaraqoyunlu, Səhləbad, Ləki, Şirvanlı, Marağalı, Mamırlı, Qılıçlı,
- üçüncü şöbəyə bu kənd cəmiyyətləri Can-Yataq, Kasapet, Həsən-Riz, Dovşanlı, Kiçik-Qarabəy, Orlovo-Denisov, Minqrel, Boy-Əhmədli, Sırxavənd, Çırağlı, İmarət-Qərvənd,
Avaryan, Ayrım, Keşdağ, Asrik və Qoturlu daxil edildi (11, s.4)
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cavanşir qəzası haqqında məlumat. Cavanşir qəzası nədir? Cavanşir qəzası nə deməkdir?


