Əli Hidayət oğlu Əsədov (30 noyabr 1956, Bakı) — Azərbaycan Respublikasının 10-cu Baş naziri, Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi (1998–2012), Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini (2012–2019).
| Əli Əsədov | |
|---|---|
| |
Vəzifədədir | |
| 8 oktyabr 2019-cu ildən | |
| Prezident | İlham Əliyev |
| Əvvəlki | Novruz Məmmədov |
| 14 iyun 2017 – 24 oktyabr 2019 | |
| 30 noyabr 2012 – 14 iyun 2017 | |
| 18 aprel 1998 – 24 oktyabr 2019 | |
| 24 noyabr 1995 – 12 noyabr 2000 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 30 noyabr 1956 (69 yaş) |
| Doğum yeri | |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| Uşağı | 2 |
| | |
| Təltifləri | |
Həyatı
Əli Əsədov 1956-cı il noyabrın 30-da Bakı şəhərində anadan olmuşdur. 1964–1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi başlamışdır. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur.
1980–1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989–1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışmışdır.
1995–2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
1993-cü ilin fevralında Yeni Azərbaycan Partiyasına daxil olub, YAP-ın Siyasi Şurasının üzvüdür.
Fəaliyyəti
1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində Yeni Azərbaycan Partiyasının siyahısı üzrə 18-ci sırada olan Əli Əsədov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Əli Əsədov Milli Məclisin İqtisadi siyasət Daimi Komissiyasının və Azərbaycan—Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
1998-ci il aprelin 18-də Əli Əsədov Azərbaycan Prezidenti Heydər Əliyevin 786 nömrəli Sərəncamı ilə Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə yardımçısı vəzifəsinə təyin edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 10 avqust 2004-cü il tarixli 349 nömrəli Sərəncamı ilə Əli Əsədova 1-ci dərəcəli dövlət müşaviri dərəcəsi verilib.
Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyun 2012-ci il tarixli 2302 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
2012-ci il noyabrın 30-da Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 2574 nömrəli Sərəncamı ilə Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavini vəzifəsinə təyin edilib.
Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 30 noyabr 2016-cı il tarixli 2132 nömrəli Sərəncamı ilə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
2019-cu il oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsi məsələsi Milli Məclisdə 105 nəfərin lehinə səsverməsi ilə onun Azərbaycanın 10-cu Baş naziri təyin edilməsinə razılıq verildi. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən Əli Əsədov Baş nazir vəzifəsinə təyin edilib.
2024-cü ilin fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərindən sonra, fevralın 14-də Konstitusiyanın 116-cı maddəsinə uyğun olaraq Nazirlər Kabineti tam tərkibdə istefaya gedib. 16 fevral 2024-cü ildə Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Milli Məclis tərəfindən 105 nəfərin lehinə səsverməsi ilə Əli Əsədovun yenidən Azərbaycan Respublikasının Baş naziri olmasına razılıq verilib. 16 fevral 2024-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Əli Əsədov Baş nazir təyin edilib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əli Əsədov haqqında məlumat. Əli Əsədov nədir? Əli Əsədov nə deməkdir?
