Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gender — fizioloji cinsdən fərqli olaraq, sosial-mədəni konstruksiya kimi formalaşan, cəmiyyət tərəfindən kişi və qadınlara aid edilən sosial rolları, davranış

Gender

  • Ana Səhifə
  • Vikipediya
  • Gender

Gender — fizioloji cinsdən fərqli olaraq, sosial-mədəni konstruksiya kimi formalaşan, cəmiyyət tərəfindən kişi və qadınlara aid edilən sosial rolları, davranış modellərini, məsuliyyətləri və gözləntiləri əhatə edən anlayış.

Kontekstdən asılı olaraq, bu xüsusiyyətlərə bioloji gender (qadın və ya kişi) xüsusiyyətləri, gender əsaslı sosial quruluşlar və gender kimliyi daxil ola bilər. Bir çox mədəniyyətdə insanların sadəcə iki cinsə (qadın və ya kişi) sahib ola biləcəyini nəzərdə tutan bir bipolyar gender sistemi istifadə olunur (gender binarizmi). Bipolyar gender sisteminin xaricində yaşayan insanlar "non-bayneri" və ya "kvir" hesab olunur.

Gender siyasət, iqtisadiyyat, hüquq, ideologiya, mədəniyyət, təhsil, elm və səhiyyə də daxil olmaqla həyatın bütün sahələrində ifadə oluna bilər.

Mündəricat

Cins

Cins sözü şəxsin kişi və ya qadın cinsinə mənsubiyyətini müəyyənləşdirmək üçün fizioloji xüsusiyyətlərə şamil olunur:

  • Genital orqanların növü (penis, yumurtalıq, vagina, uşaqlıq, döş)
  • Orqanizimdə dövriyyə edən dominant hormonların növü (estrogen, testosteron)
  • Sperma və ya toxum hüceyrəsi ifraz etmək bacarığı
  • Dünyaya uşaq gətirmək və onu döşlə yedizdirmək bacarığı
  • Gender sözü qadınlar və kişilərlə əlaqədar geniş yayılmış xəyali obraz və gözlənilənlərə şamil olunur. Bu səciyyəvi xəyali obraza qadına xas olan və ya qadın və kişiyə xas olan, yaxud kişi xüsusiyyət bacarıqlarına, həmçinin qadın və kişilərin müxtəlif vəziyyətlərdə necə hərəkət etməsinə aid geniş yayılmış ümidlər daxildir. Bu xəyali obraz və ümidlər ailə, dostlar, liderlər, dini və mədəni təsisatlar, məktəblər, iş yerləri, reklamlar və mediadan öyrənilir. Bu xəyali obrazlar qadın və kişilərin cəmiyyətdəki müxtəlif rollarını, sosial statusunu, iqtisadi və siyasi gücünü əks etdirərək həmin göstəricilərə təsir edir.

Gender kimliyi

Gender kimliyi şəxslərin aid olduqlarını hiss etdikləri genderə istinad edir, həmin gender onların anadangəlmə cinsi ilə eyni ola və ya olmaya bilər. Buraya genderin hiss edilən daxili və fərdi təcrübəsi, bədənin şəxsi hissiyyatı və digər ifadəetmə yolları, məsələn, geyim, nitq və adətlər daxildir.

Transgender

İdentikliyin və təcrübənin geniş diapozonunu təsvir etmək üçün çox zaman istifadə edilən ümumi bir termindir. Bu termin adətən gender kimliyi doğum zamanı təyin edilmiş cinsdən fərqli olanlara və gender kimliyini doğum zamanı təyin olunan cinsdən fərqli şəkildə göstərmək istəyən şəxslərə aiddir.

Cinsi oriyentasiya

Kişilərə, qadınlara, və ya heç birinə göstərilən emosional və cinsi marağı təsvir edir. Cinsi oriyentasiya gender kimliyi ilə əlaqəli deyil.

Gender əsaslı zorakılıq

Zorakılıq insana psixoloji, sosial və iqtisadi təzyiqin tətbiq olunması və ya fiziki zərərin vurulmasından ibarət nəzarət və əziyyət vasitəsidir. Azərbaycan kontekstində qızlar və qadınlara qarşı törədilən zorakılıq halları nəzərdə tutulur. Ümumiyyətlə gender əsaslı zorakılıq qadının cəmiyyətdəki tabe olunmuş mövqeyini təsdiqləmək üçün istifadə edilən vasitədir. Gender əsaslı zorakılıq yalnız qadınları narahat edən bir mövzu deyil, eyni zamanda kişilər də gender əsaslı zorakılıqdan əziyyət çəkir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gender haqqında məlumat. Gender nədir? Gender nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Əbdülkərim xan

  • Fevral 27, 2026

    Azərbaycan türkü

  • Fevral 27, 2026

    Kosmos

  • Fevral 27, 2026

    Azad Novruzov

  • Fevral 27, 2026

    E.ə. 145

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst