Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bəzmialəm Sultan (1807, Qafqaz – 2 may 1853, Dolmabağça sarayı, İstanbul ili) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımı və Sultan Əbdülməcidin anası, Validə su

Bəzmialəm Sultan

  • Ana Səhifə
  • Vikipediya
  • Bəzmialəm Sultan

Bəzmialəm Sultan (1807, Qafqaz – 2 may 1853, Dolmabağça sarayı, İstanbul ili) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımı və Sultan Əbdülməcidin anası, Validə sultan.

Bəzmialəm Sultan
türk. Devletlu İsmetlu Bezmiâlem Valide Sultan Aliyyetü'ş-Şân Hazretleri
osman. بزم عالم سلطان
Bəzmialəm Sultanın istifadə etdiyi möhür
Bəzmialəm Sultanın istifadə etdiyi möhür
Validə sultan
1 iyul 1839 – 3 may 1853
ƏvvəlkiNəqşidil Sultan
SonrakıPərtəvniyal Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 1807(1807)
Doğum yeri
  • Qafqaz
Vəfat tarixi 2 may 1853(1853-05-02) (45–46 yaşında)
Vəfat yeri
  • Dolmabağça sarayı, Beşiktaş, İstanbul ili, Türkiyə
Dəfn yeri Sultan Mahmud türbəsi, İstanbul
Fəaliyyəti Validə Sultan
Həyat yoldaşı
  • II Mahmud
Uşağı Sultan Əbdülməcid
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

İlk illəri

Həyatı haqqında çox az məlumat var. Doğum tarixi təxminən 1807-ci il olaraq qəbul edilir. Əslən gürcü olub, kiçik yaşlarında saraya alındığı və Sultan Mahmudun bacısı Əsma Sultanın himayəsində təlim-tərbiyə edildiyi məlumdur. Təlimini tamamladıqdan sonra adı “Dünya məclisi” mənasını verən Bəzmialəm olaraq dəyişdirildi və Sultan Mahmuda təqdim edildi. Ardından yeganə övladı olan Şahzadə Əbdülməcidi 25 aprel 1823-cü ildə dünyaya gətirməklə Sultan Mahmudun ikinci qadınəfəndiliyinə yüksəldi. Səhhəti ağırlaşdığı üçün təmiz hava alması məqsədilə Çamlıcadakı köşkə daşınan Sultan Mahmud 26 iyun 1839-cu ildə yanında olan oğlu Şahzadə Əbdülməcid, xanımı Bəzmialəm Sultan, kürəkəni Xəlil Paşa və məclis üzvü Xosrov Paşa ilə vədalaşdıqdan və oğluna reformasiyalarla bağlı məsləhətlər verdikdən sonra komaya girdi. 2 gün sonra – 28 iyun 1839-cu ildə burada vəfat etdi. Şəhərdə baş verə biləcək hər hansı bir ayaqlanmaya qarşı padşahın ölümü 2 gün boyunca gizli tutuldu. 1 iyulda cənazəsi Topqapı sarayına gətirildi və günorta saatlarında cənazə mərasimi keçirildi. Hələ 16 yaşında olan oğlu Sultan Əbdülməcid taxta çıxmış, beləcə Bəzmialəm Sultan “Məhdi Ülya” ünvanıyla validə sultan oldu.

Validə sultan illəri

Taxta çıxdığı əsnada Sultan Əbdülməcidin yaşının az olması və dövlət təcrübəsinin olmaması, ilk illərdə Bəzmialəm Sultanın dövlət məsələlərinə qarışmasına və dövləti şəxsən idarə etməsinə səbəb oldu. Belə ki, oğlunun ölkə daxilindəki səyahətləri əsnasında saray və dövlət işləriylə məşğul olmuşdur. Sultan Əbdülməcid 1842-ci ildə anası Bəzmialəm Sultan üçün Dilquşə qəsri adlı yeni bir qəsr inşa etdirmişdir. Hal-hazırda bu qəsr Validə sultan köşkü olaraq tanınır. 1838-ci ildə qurulan Maliyyə nazirliyi dövlətin bütün gəlir və xərclərini nizamlamaq məqsədilə validə sultanların da gəlirlərini sabitlədi. Belə ki, Sultan Əbdülməcidin anası Bəzmialəm Sultanın maaşı 1839-cu ildə 2500, 1840-cı ildə 3500 lirəyə yüksəldildi. Validə Bəzmialəm Sultan vərəm xəstəliyinə tutuldu və 3 may 1853-cü ildə Çırağan sarayında vəfat etdi və həmin gün Sultan Mahmud türbəsinə dəfn edildi.

Xeyriyyə işləri

Bəzmialəm Sultan ağıllı, tədbirli, şəfqətli və alicənab bir qadın olmuş, oğlunu və digər saray əhlini göstərişdən uzaq tutmağa çalışmışdır. Dövlət idarəsində qazandığı nüfuza baxmayaraq rüşvət və iltimasdan uzaq durmuşdur. Ancaq vəfatından sonra da oğlu üzərindəki nüfuzu azalmadı. Belə ki, ölümündən illər sonra sədrəzəm Mehmed Əmin Paşa davam edən maliyyə böhranının səbəbi olaraq mərhum validə sultanın israf və rüşvətə meyilliliyini göstərmiş, bu səbəblə sədrəzəm dərhal vəzifədən alınmışdır.

Oğlunun səltənəti əsnasında dövlətin ona təyin etdiyi maaşı və digər gəlirlərini yoxsulları doyurmağa və ölkəni abadlaşdırmağa sərf etmişdir. Üstəlik borc səbəbilə həbsə düşənlərin borcunu ödəyərək onları azadlığa buraxmış, kimsəsiz və yetim qızları evləndirmişdir. Himayəsində olan Navəkmisal xanımı və Nükət-səza xanımı oğlu Sultan Əbdülməcidlə evləndirmişdir.

Validə Bəzmialəm Sultan ölkənin müxtəlif yerlərində bir çox əsər və vəqflər qurmuş, bunların davamlılığı üçün gəlir gətirən bir çox mülk və əmlaklarını dab u vəqflərə təsis etmişdir. Gördüyü xeyriyyə işlərindən önəmli olanları aşağıdakılardır:

  • İstanbulda Qürəba xəstəxanası, məscidi və çeşməsi (4 aprel 1845)
  • Məkkədə Qürəba xəstəxanası (Validə sultanın vəfatıyla inşası yarım qalsa da, Sultan Əbdülhəmid tərəfindən tamamlanmışdır)
  • İstanbul, Divanyolunda Darül-maarif (Validə məktəbi) və Bəzmialəm Sübyan Məktəbi (20 aprel 1850)
  • İstanbul, Beykozda Bəzmialəm Validə Məktəbi
  • İstanbul, Ədirnəqapıda Bəzmialəm Sübyan Məktəbi (1844)
  • İstanbulda Dolmabağça məscidi (1853)
  • İstanbulda Qalata körpüsü (1844)
  • İstanbul, Beşiktaşda Validə sultan çeşməsi (1839) və Bəzmialəm çeşməsi (1846)
  • İstanbul, Silivriqapıda Bəzmialəm çeşməsi (1841) və Abdullah ağa çeşməsi (1841)
  • İstanbul, Fatehdə Üçlər çeşməsi (1843), Bəzmialəm çeşməsi (1843), Çuxur çeşmə (1851)
  • İstanbul, Sarıyerdə Bəzmialəm çeşməsi (1852)
  • İstanbul, Əyyubsultanda Bəzmialəm çeşməsi
  • İstanbul, Bəyoğlunda Bəzmialəm çeşməsi (1841)
  • İstanbul, Qalatada Bərəkətzadə çeşməsi (1844)
  • Mədinədə Validə sultan səbili
  • Mədinədə Bəzmialəm səbili (1851)
  • Kərbəlada Bəzmialəm səbili (1847)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bəzmialəm Sultan haqqında məlumat. Bəzmialəm Sultan nədir? Bəzmialəm Sultan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sahara

  • Fevral 27, 2026

    Xudaverdi Cəbiyev

  • Fevral 27, 2026

    Samvel Babayan

  • Fevral 27, 2026

    İsmaililik

  • Fevral 27, 2026

    İspaniya Kuboku

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst