Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bolnisi bələdiyyəsi[mənbə göstərilməlidir] , Bolus bələdiyyəsi — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Bolnis

Bolnisi bələdiyyəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Bolnisi bələdiyyəsi

Bolnisi bələdiyyəsi[mənbə göstərilməlidir] , Bolus bələdiyyəsi — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Bolnisi şəhəridir.

Bolnisi bələdiyyəsi
gürc. ბოლნისის მუნიციპალიტეტი
Bayraq Gerb
Bayraq Gerb

41°26′58″ şm. e. 44°32′31″ ş. u.HGYO


Ölkə Gürcüstan
Daxildir Aşağı Kartli diyarı
İnzibati mərkəz

Bolnisi

Çörük Qəmərli
Tarixi və coğrafiyası
Yaradılıb 1930
Sahəsi 804 km²
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 54 590 nəfər (2015)
Etnik tərkib Azərbaycanlılar, Gürcülər və s.
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 51
Poçt indeksi 1100
İnternet domeni .ge
Rəsmi sayt
Bolnisi bələdiyyəsi xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarix

1929-cu ildə Gürcüstan SSR-nin Borçalı qəzası ləğv edildikdən sonra 1930-cu ildə onun ərazisninin bir qismində Bolnisi rayonu təşkil edilmişdir, 1930-1943-cü illərdə "Lüksemburq rayonu" adlandırılmış, 1943-cü ildən 2006-cı ilədək isə Bolnisi rayonu, 2006-cı ildən etibarən isə Bolnisi bələdiyyəsi adlanmaqdadır. 1963-cü ildə Dmanisi və Marneuli rayonları ləğv edilərək əraziləri Bolnisi rayonunun tərkibinə verilsə də, 1966-cı ildə təkrarən Dmanisi və Marneuli rayonları təşkil edildi və Bolnisi rayonunun (2006-cı ildən "bələdiyyə") sərhədləri indiki şəklini aldı.

Gürcüstan 1991-ci ildə müstəqilliyini əldə edər-etməz əsasını hələ XX əsrin 40-50-ci illərində qoyduqları türk mənşəli qədim toponimlərin dəyişdirilərək gürcüləşdirilməsinə başlanıldı. Addəyişmə prosesi Bolnisi (Çörük-Qəmərli) rayonundan başladı. Qoçulu Çapala, Cəfərli Samtredio, Mığırlı Vanati, İmirhəsən Savaneti, Aşağı Qoşakilsə Kvemo Arkvani, Muğanlı Farizi, Kolagir Surtava, Daşlıqullar Muxrani, Həsənxocalı Xidisquri, Əsmələr Mskneti, Karatikan kəndi isə Sabereti. Arıxlı Naxiduri və s. adlandırıldı. Bir neçə ay ərzində əhalisi tamamilə Azərbaycan türklərindən ibarət 35 kəndin adı dəyişdirildi. Bolnisi şəhərinin 90% əhalisinin təşkil edən azərbaycanlılar zorla doğma yurdlarından çıxarıldı.

Coğrafiya

Rayon Gürcüstanın cənub-şərqində Maşavera və onun qolları olan Xaçınnıçay, Sağsağanlıçay və Dələver çaylarının hövzəsində yerləşir. Aşağı Kartli mxaresinin mərkəzi olan Rustavi şəhərindən 65 km qərbdə, paytaxt Tiflisdən isə 63 km cənub-qərbdə yerləşir. Ərazisi əsasən dağətəyi və alçaq dağlıq zonada yerləşməklə əhəmiyyətli bir hissəsi meşələrlə örtülüdür. Ən uca nöqtəsi 2141 metrə çatan Lök dağıdır. Rayonda havanın orta illik temperaturu 12 °C, o cümlədən yanvarda 0.0-0.3 °C, iyulda 23.6 °C, mütləq maksimum temperatur 40 °C, mütləq minimum temperatur -25 °C, illik yağıntı 400–500 mm təşkil edir. Rayonun ümumi sahəsi təşkil edildiyi tarixdən günümüzdək cüzi dəyişikliyə məruz qalmışdır. Beləki 1 may 1960-cı ilə olan məlumata əsasən rayon 804.7 km² sahəyə sahib olmuşdur. Hazırda isə rayonun ümumi ərazisi 804 km²-dir.

İqtisadiyyat

Bolnisi Gürcüstanın aqrar rayonu hesab edilir. Rayonun iqtisadiyyatı əsasən Kazreti qəsəbəsi yaxınlığında yerləşən Madneuli filiz və qızıl yatağına əsaslanır. Gürcüstan Statistika Departamentinin məlumatlarına əsasən 2006-cı ildə ölkədə yığılmış yaşıl noxudun 48%-i, yerkökünün 15.8%-i, lobya və kartofun 7.9%-i, tərəvəzin 3%-i, oduncaq tədarükünün 2.6%-i, yumurta və yun istehsalının müvafiq olaraq 6.2%-i və 2.9%-i, diri mal-qaranın isə 1.3%-i Bolnisi rayonunu payına düşmüşdür.

Yerli özünüidarə

İnzibati-ərazi bölgüsü

Hal-hazırda bələdiyyədə (2006-cı ilədək "rayon") 1 şəhər, 2 qəsəbə və 45 kənd vardır. Bütün kəndlər toplam 11 icma sakrebulosuna daxildir. Kəndlərin 37-sində etnik azərbaycanlılar, 6-sında gürcülər, 2-sində isə ermənilər üstünlük təşkil edir. Rayonun inzibati ərazisinə daxil olan kəndlərdən 2-si (Faxralı və Bolus Kəpənəkçisi) əhalisinin sayına görə respublikanın ilk onluğuna aid olan ən iri kəndlər sırasına daxildir.

Əhali

1 yanvar 2014-cü il tarixinə olan rəsmi təxminə əsasən rayon əhalisi 78.9 min nəfərdir. Əhalinin sıxlığı 1 km²-ə üçün 98.1 nəfərdir. Sosial vəziyyətin çətinliyi səbəbindən yüksək emiqrasiya nəticəsində rayonun əhalisi 1989-cu ildən 2014-cü ilə ötən 25 il ərzində 2.6 min nəfər (3.19 %) azalmışdır.

Bolnisi bələdiyyəsinin (2006-cı ilədək "rayon"unun) əhalisi
1.1.2003 r.t. 1.1.2004 r.t. 1.1.2005 r.t. 1.1.2006 r.t. 1.1.2007 r.t. 1.1.2008 r.t. 1.1.2009 r.t. 1.1.2010 r.t. 1.1.2011 r.t. 1.1.2012 r.t. 1.1.2013 r.t. 1.1.2014 r.t.
73 70073 30074 00075 10075 60076 97776 70077 80078 30078 70078 60078 900

Etnik tərkib

15-30 oktyabr 1941-ci ildə almanların Qazaxıstana sürgün edilməsi və onların yerinə etnik gürcülərin yerləşdirilməsi, eləcə də əhalisinin sıxlığının orta Gürcüstan səviyyəsindən (1 km²-də 63 nəfər) 1.5 dəfə çox olmasına baxmayaraq 1990-cı illərdə Gürcüstanın Svanetiya, İmeretiya və Acarıstan kimi bölgələrindən milliyətcə svanlar, gürcülər (kartvellər) və acarların buraya köçürülməsi prosesinin davam etdirilməsi bələdiyyənin etnik mənzərəsini xeyli dəyişmişdir. 17-24 yanvar 2002-ci ildə aparılmış rəsmi siyahıyaalmanın nəticələrinə əsasən bələdiyyə (2006-cı ilədək "rayon") əhalisinin 65.98%-ini azərbaycanlılar, qalan 26.82%-ini gürcülər, 5.81%-ini ermənilər, 0.59%-ini urumlar, 0.56%-ini ruslar, 0.24%-ini isə digər xaqların nümayəndələri təşkil edir.

Bolnisi bələdiyyəsi (rayonu) əhalisinin milli tərkibi
Etnik qrup 1939 sa. % 1959 sa. % 1979 sa. % 1989 sa. % 2002 sa. %
Cəmi34 181100.0045 019100.0068 694100.0081 547100.0074 301100.00
azərbaycanlı20 70360.5728 54563.4145 91466.8453 80865.9849 02665.98
gürcü2 5747.537 80317.3312 03217.5217 68821.6919 92626.82
erməni4 74013.876 30214.006 3969.315 5456.804 3165.81
urum1300.389572.132 0312.962 3452.884380.59
rus8322.438371.861 3772.001 2101.484140.56
osetin190.061470.334990.735160.63800.11
abxaz............40.01......350.05
ukraynalı1290.381430.321420.211600.2140.02
alman4 87414.26........................
kürd və yezidi40.0180.02......30.00......
yəhudi170.0570.02240.03............
digər1590.462700.582750.42720.33520.06

2002-ci il siyahıyaalınmasına əsasən 45 kənddə məskun əhalinin 85.00%-ini azərbaycanlılar, 9.60%-ini gürcülər, 5.00%-ini ermənilər, 0.20%-ini ruslar, 0.10%-ini urumlar, 0.10%-ini isə digərləri təşkil edirdi. 90-cı illərin əvvəllərində Bolnisi və Kazreti şəhərlərində aparılmış etnik təmizləmə əməliyyatları ilə əlaqədar olaraq 2002-ci ildə rayonun kənd əhalisinin 85%-i azərbaycanlılardan ibarət olduğu halda, şəhər əhalisi üzrə bu göstərici cəmisi 4.20%-ə düşmüşdür.

17-24 yanvar 2002-ci il siyahıyaalınmasına əsasən Bolnisi rayonu (bələdiyyəsi) kəndlərinin əhalisi və etnik tərkibi
Gürcücə rəsmi adı Azərbaycanca əsil adı Toplam əhali:
hər iki cins
Toplam əhali:
kişilər
Toplam əhali:
qadınlar
Azərbaycanlılar Gürcülər Ermənilər
cəmicəmi56 65128 06528 58685.00%9.60%5.00%
ტალავერი (talaveri)Faxralı6 8913 2553 63699%
ქვემო ბოლნისი (kvemo bolnisi)Kəpənəkçi6 7663 3873 379100%
ნახიდური (naxiduri)Arıxlı4 8762 4072 469100%
დარბაზი (darbazi)Darboğaz3 7431 8931 85098%
მამხუტი (mamxuti)Saraçlı2 8411 3911 450100%
ბოლნისი (bolnisi)Xaçın2 3331 1031 23090%
ცურტავი (tsurtavi)Kolagir2 3191 1801 13998%
ძველი ქვეში (dzveli kveşi)Zol-Göyəç2 1831 1181 06598%
სავანეთი (savaneti)İmirhəsən1 71783588298%
ჭაპალა (çapala)Qoçulu1 623788835100%
რატევანი (Ratevani)...1 58278280096%
ფარიზი (parizi)Bala Muğanlı1 20560060598%
მუშევანი (muşevani)Dəllər1 194607587100%
აკაურთა (akaurta)Ayorta1 17458558985%
ქვემო არქევანი (kvemo arkevani)Aşağı Qoşakilsə1 05351453999%
ბალიჭი (baliçi)Balıc1 02349253196%
მუხრანა (muxrana)Daşdıqullar893445448100%
ხიდისყური (xidisquri)Hasanxocalı84643740999%
ჯავშანიანი (cavşaniani)Abdallı82943039999%
რაჭისუბანი (Raçisubani)...79536742898%
ძეძვნარიანი (dzedzvnariani)Aragöl77937940098%
ფოცხვერიანი (potsxveriani)Babakişilər72434737798%
გეტა (geta)Aşağı Güləver69833935999%
შუა ბოლნისი (şua bolnisi)İncəoğlu618331287100%
ტანძია (tanzia)Tağılı61329032399%
ზემო არქევანი (zemo arkevani)Yuxarı Qoşakilsə60427333196%
სამტრედო (samtredo)Cəfərli54126227997%
ვანათი (vanati)Mığırlı53027825296%
წიფორი (tsipori)Yuxarı Güləver52225926397%
ბალახაური (balaxauri)Sisqala502261241100%
ზვარეთი (zvareti)Sarallar50124825399%
ფოლადაური (poladauri)Çatax49535214363%18%16%
კიანეთი (Kianeti)49224924396%
ხატისსოფელი (Xatissopeli)48023924198%
ქვეში (Kveşi)44023120992%
სამწევრისი (samtsevrisi)Şəmşiöyü36118417790%
ხახალაჯვარი (xaxalacvari)Dəmirli35917218798%
ბერთაკარი (bertakari)Beytəkər289147142100%
მწყნეთი (mtsqneti)Əsmələr286144142100%
იწრია (itsria)Qaradaşlı249131118100%
ხატავეთი (xataveti)Molla Əhmədli19287105100%
ჭრეში (çreşi)Kipircik181879497%
სენები (senebi)Sənəb157817696%
საბერეთი (sabereti)Qaratikan1125656100%
პატარა დარბაზი (patara darbazi)Bala Darbaz402218100%

Dil

Din

Nəqliyyat

Mədəniyyət

Hazırda rayonda 57 dövlət ümumtəhsil məktəbi, 1 orta ixtisas məktəbi, 33 kitabxana, 1 teatr, 1 muzey, 3 qəzet, 1 jurnal və 2 teleşirkət fəaliyyət göstərir.

Sosial sfera

KİV

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bolnisi bələdiyyəsi haqqında məlumat. Bolnisi bələdiyyəsi nədir? Bolnisi bələdiyyəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Konstitutsiya

  • Fevral 27, 2026

    Əhməd Xani

  • Fevral 27, 2026

    Hacıalmuradlı

  • Fevral 27, 2026

    İsmayıl Hacıbəyov

  • Fevral 27, 2026

    Seykan tuneli

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst