Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dramatik struktur, film və ya tamaşa kimi dramatik bir əsərin strukturudur. Bir çox alimlər tarix boyu dramatik strukturu təhlil etmişdirlər. Bu təhlillər ilk d

Dramatik struktur

  • Ana Səhifə
  • Vikipediya
  • Dramatik struktur

Dramatik struktur, film və ya tamaşa kimi dramatik bir əsərin strukturudur. Bir çox alimlər tarix boyu dramatik strukturu təhlil etmişdirlər. Bu təhlillər ilk dəfə Aristotel tərəfindən “Poetika” əsərindən başlamışdır. Bu isə eramızdan əvvəl 335-ci ilə müvafiq gəlir.

Mündəricat

Tarix

Qədim yunan filosofu Aristotel “Poetika” əsərində “Bütün başlanğıcı, ortası və sonu olan bir şeydir” fikrini irəli sürmüşdür. Roma dramatik tənqidçisi Horatius Ars Poetika əsərində 5 hissəli strukturu müdafiə etdiyi qədər Aristotelin bu üç hissəli baxış fikrinə razı deyildi. Horatius əsərində yazırdı: “Tamaşa 5 fəsildən nə uzun, nə də qısa olmamalıdır.”

5 hissəli strukturdan imtina edildikdən sonra İntibah dramaturqları onu yenidən diriltmişdirlər. 1863-cü ildə Henrik İbsen kimi dramaturqlar 5 hissəli strukturdan imtina edərək 3 və 4 hissəli strukturu sınaqdan keçirmişdirlər. Alman dramaturqu və yazıçısı Qustav Freytaq “Die Technik des Dramas” əsərində 5 hissəli dramatik struktura dair qəti tədqiqat aparmışdır. Bu tədqiqat Freytaq Piramidası kimi tanınmağa başlamışdır. Freytaq piramidasındakı hekayə 5 hissədən ibarət idi. Bunlar; ekspozisiya, zavyazka (artan gərginlik, düyün) kuliminasiya (və ya hadisələrin zirvə nöqtəsi də deyilir), razvyazka (düyünün açılması, enən gərginlik, finala doğru gedən yol) hissələrindən ibarət idi.

Freytaqın analizi

Freytaq piramidası

Freytaqa görə, dram 5 hissəyə və ya epizoda bölünürdü. Bəziləri bunu dramatik qövs adlandırırlar. Bu hissələr; ekspozisiya, zavyazka (artan gərginlik) kuliminasiya (düyün və ya hadisələrin zirvə nöqtəsi də deyilir), razvyazka (düyünün açılması, enən gərginlik, finala doğru gedən yol) hissələridir.

Freytaqın haqqında danışılan bu beş hissəli dramatik struktur təhlili teatr tamaşalarına əsaslanaraq hazırlanmışdır. Lakin bu struktur, hekayə və romanlara da müvafiqləşdirilmişdir. Bu müvafiqləşdirilmə bəzən özündə dəyişiklikləri də ehtiva edirdi. Ancaq piramidadan istifadə etmək o qədər də asan deyildi. Xüsusən də Alfred Uhrinin 25 hissədən ibarət “Driving Miss Daisy” tamaşası kimi müasir tamaşaların konkret olaraq görünən hissələr (pərdələr) yoxdur.

Ekspozisiya

Ekspozisiya və ya giriş hissəsi hekayəni tam başa düşmək üçün lazımi məlumatların verildiyi hissədir. Bu hissədə tamaşaçılar hadisələrin yeri və vaxtı ilə müştərək olaraq filmin qəhrəmanları və onların vəziyyəti ilə də tanış olurlar. Bu epizodda süjet xəttindəki hadisələr ilə baş qəhrəmanlar arasındakı dramatik konflikt çox zəifdir. Buna baxmayaraq, tamaşaçılar filmin hansı janrda olduğunu təxmin edə bilirlər (dram, komediya və s.). Ekspozisiya bölməsinin ən səciyyəvi cəhəti odur ki, o, qüvvələr arasındakı mübarizənin bir çox analiz növlərini özündə ehtiva edir. Lakin ekspozisiya bölməsində bu analizlərdən birinin yer alması strukturla bağlı ən böyük problemdir.

Zavyazka

Zavyazka və ya düyün və yaxud da hadisələrin inkişafı epizodu ssenaridə mövcud qüvvələr arasında mövcud olan tarazlığın pozulması, daxili və xarici ziddiyyətlərin dərinləşməsi və güclənməsi ilə baş verir. Ssenarinin ekspozisiya hissəsində əsası qoyulan dramatik konflikt bu hissədə sürətlə inkişaf etməyə başlayır. Bu epizodda kimin kimin tərəfində olduğu və nə üçün mübarizə apardığı meydana çıxır. Dramatik konflikt tamamilə ifşa olunur. Epizodun ən mühüm xüsusiyyətlərindən biri də əsərin bu hissəsində müəllifin qəhrəmanlara qarşı olan münasibətini ortaya qoymasıdır. Beləliklə, tamaşaçılar da özlərini kiminlə eyniləşdirəcəklərini müəyyənləşdirirlər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dramatik struktur haqqında məlumat. Dramatik struktur nədir? Dramatik struktur nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Aydın Quliyev

  • Fevral 27, 2026

    Nahid Hacızadə

  • Fevral 27, 2026

    Naycel Hotorn

  • Fevral 17, 2026

    Demokratiya

  • Fevral 26, 2026

    Los-Anceles (dairə)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst