Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aerodinamika — fizikanın bölməsi. Əsasən havanın hərəkətini öyrənir. Aerodinamikada səs sürətinə (340 m/san) qədərki hərəkətlər öyrənilir. Aerodinamika uçuş apa

Aerodinamika

  • Ana Səhifə
  • Vikipediya
  • Aerodinamika

Aerodinamika — fizikanın bölməsi. Əsasən havanın hərəkətini öyrənir. Aerodinamikada səs sürətinə (340 m/san) qədərki hərəkətlər öyrənilir. Aerodinamika uçuş aparatlarının və müxtəlif bir neçə elmlərdə tətbiq olunur. Aerodinamika müstəqil elm kimi XX əsrin əvvəllərində aviasiyanın tələbi ilə yaranmışdır.

Böyük olmayan sürətlərdə havanı sıxılmayan fərz etmək olar. İdeal maye nəzəriyyəsinə görə maye təbəqələri arasında və cisimlə maye arasında sürtünmə qüvvəsi nəzərə alınmır. Bunun nəticəsində məlum Dalamber-Eyler paradoksu (havanın hərəkət edən cismə müqaviməti sıfırdır) yaranır. Buna baxmayaraq bəzi tətbiqi aerodinamika məsələlərinin həllində ideal maye nəzəriyyəsindən istifadə edilir (qanadın qaldırıcı qüvvəsinin təyini və s.).

Mündəricat

Aerodinamik enmə

Aerodinamik enmə — göy cisminin səthinə oturmazdan əvvəl aerodinamik müqavimət və qaldırıcı qüvvədən istifadə etməklə kosmik aparatın atmosferdə enmə zamanı uçuşu.

Aerodinamik idarəetmə qurğuları

Aerodinamik idarəetmə qurğuları- uçuş aparatını idarə edən hissələr. Buraya yüksəklik və istiqamət sükanları, eleron, elevon, interseptor, flaperon idarə olunan stablizatolar, destablizatorlar və kil daxildir. Helikopteri idarə etmək üçün aparıcı vint və stəkan vintindən, bəzi uçuş aparatlarında qaz stəkanı və ya şırnaqlı idarəetmə sükanından istifadə olunur.

Aerodinamik keyfiyyət

Aerodinamik keyfiyyət - qaldırıcı qüvvənin hh aparatının(UA) on müqavimət qüvvəsinə olan nisbəti. Trayektoriya müstəvisində və bu müstəvidən kənarda kosmik aparatın manevretmə qabiliyyətini təyin edən uçuş xarakteristikaları bilavasitə A.k.-in funksiyalarıdır. İdarə edilməklə qayıdan UA-lan А.к.-ug görə şərti olaraq aşağıdakı qruplara bölmək olar: ballistik aparatlar; kiçik A.k. aparatlar (simmetrik və qeyri-simmetrik); orta A.k.aparatlar (daşıyıcı korpusla); qanadlı aparatlar. "Vostok", "Vosxod" kosmik gəmiləri ballistik tipli UA-dir. "Soyuz", "Cemini" va "Apollon" az keyfiyyətli simmetrik aparatlara aiddir. Onların A.k.-i 0,3; 0,3; 0,28–0,4-dir. Bu cür uçuş aparatlarından kosmik gəmini (məs:"Speys şattl") bir yerdən başqa yerə daşımaq üçün, kosmonavtlapı və yükləri isə orbital stansiyalara aparmaq, oradan Yerə qaytarmaq üçün istifadə edilir.

Aerodinamik səth

Aerodinamik səth- uçuş zamanı hava mühiti ilə qarşılıqlı təsirdə olan səthi (qanadı, quyruq 9 ŞP-tilan); aparatın hərəkətinə təsir göstərən qüvvələr bu səthdə yaranır. Məsələn: qanad aerodinamik qaldırıcı qüvvə yaradır, quyruq çıxıntıları uçuş aparatının dayanıqlığını və idərə olunmasını təmin edir.

Aerodinamik yüklər

Aerodinamik yüklər — Uçuş (məsələn: raket) və ya enmə aparatının atmosferdə hərəkəti zamanı aerodinamik qüvvənin təsiri ilə onun konstruksiya elementlərinə düşən yüklər. Raketin aktiv sahədə uçuşu müddətində A.y. sürətin artması müəyyən maksimum həddə çatır (adətən 10–12 km hündürlükdə) və raket atmosferin sıx qatlarından çıxdıqdan sonra, demək olar ki, sıfra qədər azalır. Enmə aparatı üçün A.y.-in maksimum qiyməti 10 km yüksəklikdə aparatın atmosferin sıx qatlarına girdiyi zaman yaranir.

Həmçinin bax

  • Aeronaviqasiya məlumatlarının toplusu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aerodinamika haqqında məlumat. Aerodinamika nədir? Aerodinamika nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Patriarxat

  • Fevral 27, 2026

    Hənbəlilər

  • Fevral 24, 2026

    30 sentyabr

  • Fevral 27, 2026

    Təşkilat

  • Fevral 26, 2026

    Zülfü Adıgözəlov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst