Üşr (ərəb. ondabir) – orta əsrlərdə müsəlman dövlətlərində mövcud olmuş natural vergi. Şəriətə əsasən kənd təsərrüfatı, heyvandarlıq, balıqçılıq, neft məhsulları, duz və i.a. istehsalı məhsullarının 1/10-i həcmində toplanılırdı. Azərbaycanda dəhyek, salariyə, ondabir və i.a. adlarla da məlum olmuşdur. U. XIX yüzilliyin ikinci yarısında aradan çıxmışdır. Ü. Əlcəzairdə 1918-ci, Türkiyədə 1925-ci, Tunisdə 1935-ci ildə ləğv edilmişdir. O, Səudiyyə Ərəbistanı və bir sıra başqa müsəlman ölkələrində indi də mövcuddur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Üşr haqqında məlumat. Üşr nədir? Üşr nə deməkdir?