Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rustavi (gürc. რუსთავი) — Gürcüstan Respublikasında Aşağı Kartli diyarının (tarixi Borçalı mahalı) mərkəz şəhəri. 1948-ci ildə şəhər kimi restrukturizasiya edil

Rustavi

  • Ana Səhifə
  • Vikipediya
  • Rustavi

Rustavi (gürc. რუსთავი) — Gürcüstan Respublikasında Aşağı Kartli diyarının (tarixi Borçalı mahalı) mərkəz şəhəri. 1948-ci ildə şəhər kimi restrukturizasiya edilmiş Rustavinin tarixi adı Bostanşəhər olmuşdur.

Rustavi
რუსთავი
Bayraq Gerb
Bayraq Gerb
41°32′37″ şm. e. 45°00′42″ ş. u.HGYO
Ölkə
  •  Gürcüstan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1948
Sahəsi
  • 60 km²
Mərkəzin hündürlüyü 350 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 132.333 nəf. (2023)
Rəsmi dili
  • gürcü dili,
  • Abxaz dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 341
Poçt indeksi 3700–3799
Digər
rustavi.gov.ge
Xəritəni göstər/gizlə
Rustavi xəritədə
Rustavi
Rustavi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

1944-cü ildə hazırda Rustavi şəhəri adlanan ərazidə metallurgiya zavodu inşa edilməyə başlandı. Zavodun inşası başa çatdıqdan sonra 1948-ci ildə bu yaşayış məntəqəsinə şəhər statusu verildi.

Coğrafi mövqe

Respublika tabeli şəhər olan Rustavi Kür çayının sahilində, paytaxt Tiflisdən 25 km. cənub-şərqdə Qarayazı düzündə yerləşir. Coğrafi koordinatları 41° 33' şimal enliyi, 45° 2' şərq uzunluğudur. Rustavi (Bostandərə) şəhərinin sahəsi 61 km² - dir .

Əhali

Rustavi şəhərinin əhalisi
15.1.1959 sa. 15.1.1970 sa. 17.1.1979 sa. 12.1.1989 sa. 17.1.2002 sa. 1.1.2012 sa.
62 39598 210129 084158 661116 384122 500

2002-ci il Gürcüstanda keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən Rustavi şəhərinin əhalisinin sayı 116.384 nəfər təşkil etmişdir. Ailələrin orta say tərkibi 3,4 nəfərdir. 4-nəfərlik ailələr say baxımdan cəmi ailələrin 28%-ni təşkil edir. Əhalinin 87,8%-i gürcülər, 3,1%-i ruslardır. Hal-hazırda Rustavi şəhərində buranın tarixən ən böyük etnik qrupu olan 4993 nəfər (şəhər əhalisinin 4,3%-i) azərbaycanlı yaşayır. Digər mənbələrdə isə rustavidə yaşayan azərbaycanlıların sayı 14.000 nəfər kimi göstərilir. Statistikaya görə 2006-cı ildə şəhərin əhalisinin sayı 118,2 minə çatmışdır. Rustavi əhalisinin sayına görə Tiflis və Kutaisidən sonra Gürcüstanda 3-cü yeri tutur.

İqtisadiyyatı

Rustavi Gürcüstanın iri ağır sənaye mərkəzi hesab olunur. 1991-ci ildə Gürcüstan dövlət müstəqilliyini elan etdikdən sonra dərin iqtisadi tənəzzül ilə əlaqədar olaraq burada fəaliyyət göstərmiş 118 sənaye müəssisəsindən hal-hazırda cəmisi 3-ü işləyir. Metallurgiya və kimya sənayesi, o cümlədən gübrə və sement istehsalı inkişaf etmişdir. 2010-cu ildə Rustavidə uzun müddət bağlı qalan boru istehsal edən metallurgiya zavodu yenidən fəaliyyətə başlayıb. Yeni istehsal obyektinə 152 milyon dollar sərmayə yatırılıb və Cənubi Qafqaz fəaliyyət göstərən yeganə bu tipli zavoddur.

Mədəniyyəti

Şəhərdə hal-hazırda 25 orta, 2 orta ixtisas, Gürcüstan Texniki Universitetinin və Tbilisi Dövlət Universitetinin filialları, eləcə də 1994-cü ildə əsası qoyulmuş "Rustavi 2" teleşirkəti fəaliyyət göstərir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rustavi haqqında məlumat. Rustavi nədir? Rustavi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Afrika kəli

  • Fevral 28, 2026

    125 (ədəd)

  • Fevral 27, 2026

    Mötərizə

  • Fevral 24, 2026

    Afrika İttifaqı

  • Fevral 27, 2026

    Maqnum Foto

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst