Yatalaq, qarın yatalağı və ya tif (yun. tûphos) - yalnız insan orqanizmində rast gəlinən, Salmonella Typhi bakteriyasının yaratdığı infeksion xəstəlik. Qızdırma, baş ağrısı və səpgilərlə müşahidə edilir. Adətən, bu əlamətlər yoluxmadan 1-2 həftə sonra özünü göstərir.
| Qarın yatalağı | |
|---|---|
| |
| XBT-10-KM | A75, A75.9, A75.0, A75.2, A75.1, A75.3 |
| XBT-9-KM | 081.0, 081.9, 080 |
| DiseasesDB | 29240 |
| MedlinePlus | 001363 |
Tif sözü yunanca "tûphos" - "tüstü, duman, dumanlı" mənasını verir. Xəstəliyə yoluxanların ruh halını təsvir etmək üçün belə adlandırılmışdır. Xəstəlik haqqında ilk dəfə olaraq eradan əvvəl yunan alimi, həkimi Hippokrat məlumat verir.
Yayılması
Əvvəllər ümumi - pandemiya şəklində olsa da, hal-hazırda nadir xəstəliklərdən hesab olunur. Xəstəliyin bəzi növləri Cənub-Şərqi Asiyada, Yaponiyada və Avstraliyanın şimalında, bəziləri Afrikada, bəziləri isə tropik və subtropik enliklərdə yayılır.
Yoluxma səbəbi
Xəstəliyə yoluxma səbəbi çirkli su və ya qida qəbul etmək, gigiyena qaydalarına riayət etməməkdir.
Müalicəsi
Praktiki olaraq peyvəndi mövcud deyildir. Xəstəlik olan yerdən və ya xəstəliyi daşıyan insandan uzaq durmaqla və ya təsirini azaltmaqla müalicə edilir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yatalaq haqqında məlumat. Yatalaq nədir? Yatalaq nə deməkdir?
