Orlean — Fransada şəhər, Luar departamentinin inzibati mərkəzi. Əhalisi (1999): 113,126. Mühüm nəqliyyat qovşağı, iri sənaye mərkəzidir.
| Orlean | |||||
|---|---|---|---|---|---|
| Orléans | |||||
| |||||
| |||||
| 47°54′08″ şm. e. 1°54′15″ ş. u.HGYO | |||||
| Ölkə | |||||
| Tarixi və coğrafiyası | |||||
| Sahəsi |
| ||||
| Mərkəzin hündürlüyü | 118 m, 90 m, 124 m, 105 m | ||||
| Saat qurşağı |
| ||||
| Əhalisi | |||||
| Əhalisi |
| ||||
| Rəqəmsal identifikatorlar | |||||
| Poçt indeksi | 45000, 45100 | ||||
| Digər | |||||
| orleans.fr | |||||
![]() Orlean | |||||
Orlean qədimdə Senabum adlanmışdır. E.ə. I əsrdə Yuli Sezar dağıtdırmışdı. III əsrdə Roma imperatoru Avrelianın hakimiyyəti dövründə bərpa edilmiş və V əsrdən onun şərəfinə Avrelianum adlanmağa başlamışdır. 6 əsr-7 əsrin əvvəlində Orlean krallığının mərkəzi olmuş, X əsrdən mühüm qalaya çevrilmiş, XII əsrdə iri ticarət mərkəzi kimi formalaşmışdı. 1309-cu ildə universitetin əsası qoyuldu. Yüzillik müharibə dövründə 7 ay ingilislər tərəfindən mühasirədə olmuş, 1429-cu ilin mayında Janna d'Arkın başçılığı ilə fransız qoşunları azad etmişdi. Fransada dini müharibələr dövründə (XVI əsr) Orlean hugenotların istinadgahlarından biri idi. 1940-cı ilin iyununda alman qoşunları tutmuş, 1944-cü ilin avqustunda müttəfiqlərin birgə silahlı qüvvələri tərəfindən azad edilmişdir.
Həmçinin bax
- Orlean sülaləsi
- Orleançılar
- Yeni Orlean
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Orlean haqqında məlumat. Orlean nədir? Orlean nə deməkdir?

