Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əli Qənbərəli oğlu Əlirzayev (31 mart 1945, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı. Azərbaycan Dövlət İqti

Əli Əlirzayev

  • Ana Səhifə
  • Vikipediya
  • Əli Əlirzayev

Əli Qənbərəli oğlu Əlirzayev (31 mart 1945, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı. Azərbaycan Dövlət İqtisad Universitetinin "Sosial sferanın iqtisadiyyatı və idarə olunması" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi.

Əli Əlirzayev
Şəxsi məlumatlar
Doğum adı Əli Qənbərəli oğlu Əlirzayev
Doğum tarixi 31 mart 1945(1945-03-31) (80 yaş)
Doğum yeri
  • Nehrəm, Naxçıvan rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Politexnik İnstitutu (1963–1968)
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad elmləri doktoru

Təltifləri "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 20022002
"Şöhrət" ordeni — 20202020

Mündəricat

Həyatı

Əli Qənbərəli oğlu Əlirzayev 1945-ci ildə 31 martda Naxçıvan MR Babək rayonu Nehrəm kəndində anadan olmuşdur. Uşaqlığı, yeniyetməliyi burada keçən Əli müəllim ailədə 9 bacı-qardaş olmuşlar. 1963-cü ildə indiki Texniki Universitetin riyazi maşınlar və mexanizmlər fakültəsinə qəbul olmuşdur. Universitetdə oxuduğu zamanlarda Bünyad Sərdarov adına zavodda bir gün səhər, bir gün axşam olmaqla işləmiş, 1968-ci ildə universiteti bitirmişdir. 1973-cü ildə Moskva Mərkəzi İqtisadi Riyaziyyat İnstitutunda namizədlik, 1985-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Ailəlidir, 3 övladı var.

Fəaliyyəti

İqtisad elmləri doktoru, professor, əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri, Azərbaycan Dövlət İqtisad Universitetində elmi işlər üzrə prorektor, Naxçıvan Dövlət Universitetində kafedra müdiri vəzifələrində işləmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin professoru və sosial sferanın iqtisadiyyatı və idarəedilməsi kafedrasının müdiridir. 1997–2005-ci illərdə Azərbaycan Milli Məclisinin üzvü, İqtisadi siyasət, eləcə də Büdcə məsələləri komissiyalarının sədr müavini olmuşdur. 500-dən artıq elmi əsərin, o cümlədən çoxsaylı monoqrafiyaların, dərslik və dərs vəsaitinin müəllifidir. 50 aspiranta rəhbərlik edib, 2 elmlər doktoru yetişdirmişdir.

Mükafatları

Əli Əlirzayev 2000-ci ildə "Uğur" mükafatına layiq görülmüşdür. 2002-ci ildə ona əməkdar elm xadimi adı verilmişdir. 2016-cı ilin fevralında Avropa nəşr mətbuat evi mükafat komissiyasının qərarı ilə Milli mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə görə ən yaxşı vətənpərvər tədqiqatçı alim qızıl medalı ilə təltif olunmuşdur.

Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə 2020-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əli Əlirzayev haqqında məlumat. Əli Əlirzayev nədir? Əli Əlirzayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rəşidi xilafəti

  • Fevral 27, 2026

    Boris Nemtsov

  • Fevral 27, 2026

    Ceylanyar xanım

  • Fevral 27, 2026

    Kültəpə (Babək)

  • Fevral 10, 2026

    Teymurilər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst