Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Andranik Ozanyan (erm. Անդրանիկ Թորոսի Օզանյան; 25 fevral 1865, Şebinkarahisar[d], Girəsun ili – 31 avqust 1927, Fresno, Kaliforniya) — Ermənistanın milli qəhrə

Andranik Ozanyan

  • Ana Səhifə
  • Vikipediya
  • Andranik Ozanyan

Andranik Ozanyan (erm. Անդրանիկ Թորոսի Օզանյան; 25 fevral 1865, Şebinkarahisar[d], Girəsun ili – 31 avqust 1927, Fresno, Kaliforniya) — Ermənistanın milli qəhrəmanı. 1918-ci ildə əsasən Qarabağ və Zəngəzurda azərbaycanlıların yaşadıqları kəndlərin dağıdılmasında və əhalisinin qırğınında Andranikin başçılıq etdiyi dəstə böyük rol oynamışdır.

Andranik Ozanyan
erm. Անդրանիկ Թորոսի Օզանյան
Şəxsi məlumatlar
Doğum tarixi 25 fevral 1865(1865-02-25)
Doğum yeri
  • Şebinkarahisar[d], Girəsun ili, Türkiyə
Vəfat tarixi 31 avqust 1927(1927-08-31) (62 yaşında)
Vəfat yeri
  • Fresno, Fresno qraflığı, Kaliforniya, ABŞ
Dəfn yeri
  • Per-Laşez qəbiristanlığı
  • Yerablur
  • Ararat Massis erməni qəbiristanlığı
Vətəndaşlığı
  •  Osmanlı imperiyası
  •  Rusiya imperiyası
  •  Ermənistan Demokratik Respublikası
  •  ABŞ
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Xidmət illəri 1888-ci ildən
Rütbəsi
  • general
  • general-mayor
Döyüşlər
  • Birinci Balkan müharibəsi,
  • Azərbaycan-Ermənistan müharibəsi,
  • Birinci Dünya müharibəsi,
  • Qafqaz cəbhəsi,
  • İkinci Balkan müharibəsi
Təltifləri 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Georgi" xaçı 4-cü dərəcəli "Müqəddəs Georgi" xaçı War Cross "Fəxri legion" ordeninin cəngavər dərəcəsi Order of Bravery "Müqəddəs Georgi" medalı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

İlk illər

Osmanlı imperiyasında anadan olub. Bir müddət "Hnçak" partiyasının, sonra isə "Daşnaksütunun" üzvü olub. 1880-ci illərdə Andranik Osmanlı dövlətinə xəyanət etdiyi üçün cəza kimi onun qulağını kəsirlər, bundan sonra ona xalq arasında "birqulaqlı Andranik" deyirlər. Andranik Türkiyədə fəaliyyət göstərən erməni silahlı dəstələri üçün silah qaçaqmalçılığı ilə məşğul olur. 1890-cı illərdə Türk ordusuna qarşı döyüşlərdə iştirak edir. 1904-cü ildə türk ordusu erməni üsyanını yatırdıqdan sonra Andranik Türkiyədən qaçır. Bir müddət Qafqazda olur, sonra isə Avropaya yollanır. 1907-ci ildə Bolqarıstanda, Daşnaksütunun IV qurultayında iştirak edir.

Balkan müharibəsi

1912-ci ildə müharibə başlayanda, Qareqin Njde ilə birlikdə ermənilərdən ibarət könüllü dəstə yaradır. Burada erməni silahlı dəstələri yerli türk əhalisinə qarşı kütləvi qırğınlar törətməklə məşğul idi. Bu döyüşlərdə iştrakına görə Andranik Ozanyan Bolqarıstanın ali dövlət təltifi olan, "İgidliyə qörə qızıl xaç" ordeni ilə təltif olunur. Bundan əlavə onu digər mükafatlarla da təltif edirlər, həmçinin Andranik Bolqarıstan vətəndaşlığına qəbul olunur.[mənbə göstərilməlidir]

Birinci Dünya müharibəsi

1914-cü ilin avqustunda Andranik Rusiyanın Qafqaz ordusunun komandanı general Aleksandr Malışayevski ilə görüşür və rus ordusuna öz xidmətlərini təklif edir. Rus ordusu Andranikə erməni hərbi dəstələrini formalaşdırmağı tapşırır. Türk ordusuna qarşı hərbi əməliyyatlarda iştrakına görə rus və fransız ordusunun komandanlığı tərəfindən bir sıra orden və medallarla təltif edilir.

1916-cı ildə çar ordusunun komandanlığı ilə yaranan problemlərə görə cəbhəni tərk edir. Andranikin Türkiyənin şərqində olduğu bütün müddət ərzində, onun başçılıq etdiyi silahlı erməni dəstələri buradakı türk və kürd əhalisinin kütləvi qətlləri ilə məşğul olurdular.

1917-ci ildən sonra

1917-ci il fevral inqilabından sonra Qafqazdakı rus ordusu tədricən dağılmağa başlayır. Yaranmış vəziyyətdən istifadə edən ermənilər, öz silahlı dəstələrini gücləndirir, çar ordusundan qalmış silah və sursatı mənimsəyirdilər. Bu zaman başsız qalmış Rusiyanın Qafqaz ordusunun komandanlığı Andranikə general-mayor rütbəsi verir, lakin qeyd etmək lazımdır ki, yaranmış vəziyyətdə komandanlığın verdiyi rütbələr daha çox rəmzi əhəmiyyət kəsb edirdi. Andranik 1918-ci ildə Ermənistanla Türkiyə arasında imzalanmış müqaviləni tanımaqdan imtina edir. Bu dəfə Andranik bolşeviklərlə əməkdaşlıq etməyə başlayır, o, 1918-ci ilin iyulunda Stepan Şaumyana teleqram qöndərir, teleqramda Andranik bildirir ki, "Naxçıvan qəzası özünü Sovet Rusiyasının bir hissəsi sayır və o özü dəstəsi ilə birlikdə bolşeviklərin tabeliyinə keçməyə hazırdır". Lakin iyulun 19-u türk ordusu Naxçıvanı və Culfanı tutur, Andranik Zəngəzura qaçır. Zəngəzurda Andranikin rəhbərlik etdiyi silahlı dəstələr Azərbaycan kəndlərini dağıtmaqla məşğul idilər. Bu kəndlərin əhalisi kütləvi şəkildə öldürülür, diri-diri yandırılır, qılıncdan keçirilirdi. Andranikin quldurlarının vəhşiliyi barədə erməni tarixçisi A. Lalayan bunları yazır:

"Andranikin başçılıq etdiyi daşnak dəstələri, türk kəndlilərinin uşaqların, qadınların və qocaların qətli zamanı "böyük şücaət" göstərirdilər. Daşnak dəstələri tərəfindən tutulmuş müsəlman kəndlərində, sağ adamlar qalmırdı, onlar insan qalıqları ilə dolu, xarabalığa çevrilirdi"

.

Andranikin silahlı dəstələri 1918-ci ildə Naxçıvan qəzasının Yaycı kəndinə hücum edərək 2500 nəfəri qətlə yetirir, meyitlərini isə Araz çayına atır. 1918-ci ilin sonlarında Andranikin dəstələri Qarabağda bir çox azərbaycan kəndlərinə hücum edərək kütləvi qətllər törədir, kəndləri talan edir. Rəsmi məlumatlara görə bu dövrdə 115 azərbaycan kəndi dağıdılmış, 10 mindən artıq əhalisi qətlə yetirilmiş, əmlakları talan edilmişdir.

1919-cu ilin aprelində Andranik Eçmiadzinə gəlir, burada o dəstəsinin böyük hissəsini sərbəst buraxır, bir hissəsini isə özü ilə mühacirətə aparır. Birinci Dünya müharibəsindən sonra Türkiyə hökuməti Andranikin hərbi cinayətkar kimi beynəlxalq axtarışını elan edir. Andranik muhacirətdə Fransada, sonra isə ABŞ-də yaşayır. ABŞ-də Kaliforniya ştatının Fresno şəhərində vəfat edir.

28 may 2011-ci ildə Rusiyanın Soçi şəhərinin yaxınlığındakı Volkonka qəsəbəsində Andranik Ozonyananın abidəsi açılmalı idi. Tədbirdə Krasnodar diyarından 5–6 minə qədər erməninin gələcəyi gözlənilirdi. Ancaq yerli hakimiyyət orqanları tədbirə etiraz etdilər. Bildirildi ki, ermənilər abidəni sökməlidirlər, yoxsa yerli hakimiyyət onu dağıtmalı olacaqdır.

Həmçinin bax

  • Erməni terrorizmi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Andranik Ozanyan haqqında məlumat. Andranik Ozanyan nədir? Andranik Ozanyan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 11, 2026

    Dəniz

  • Fevral 23, 2026

    Fanerozoy

  • Fevral 23, 2026

    Rəqəm

  • Fevral 10, 2026

    Aralıq dənizi

  • Fevral 23, 2026

    Everest

Trend Mahnılar
  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst