Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Jan Batist Poklen və ya sadəcə Molyer (fr. Jean Baptiste Poquelin, dit Molière; 15 yanvar 1622[…], Paris – 17 fevral 1673[…], Paris) - böyük fransız komediya ya

Molyer

  • Ana Səhifə
  • Vikipediya
  • Molyer

Jan Batist Poklen və ya sadəcə Molyer (fr. Jean Baptiste Poquelin, dit Molière; 15 yanvar 1622[…], Paris – 17 fevral 1673[…], Paris) - böyük fransız komediya yazarı, Fransa və Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi.

Molyer
fr. Molière
Doğum adı Jean-Baptiste Poquelin
Təxəllüsü Molière
Doğum tarixi 15 yanvar 1622(1622-01-15)[…]
Doğum yeri
  • Paris, Fransa krallığı
Vəfat tarixi 17 fevral 1673(1673-02-17)[…] (51 yaşında)
Vəfat yeri
  • Paris, Fransa krallığı
Vəfat səbəbi vərəm
Dəfn yeri
  • Per-Laşez qəbiristanlığı
Milliyyəti fransız
Təhsili
  • Böyük Lüdovik Liseyi[d]
Fəaliyyəti dramaturq
Fəaliyyət illəri klassisizm
Əsərlərinin dili fransız dili
İstiqamət klassisizm
Janr komediya
Tanınmış əsərləri
  • Skapenin kələkləri,
  • Xəsis
İmza
Vikimənbənin loqosu Molyer Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Fransız dramaturqu, aktyor, teatr xadimi Jan Batist Molyer 1622-ci ildə Parisdə saray xidmətçisi Jan Poklenin ailəsində doğulmuşdur. 1639-cu ildə Klermon kollecini bitirmişdir. Dünyagörüşünə fransız materialist filosofu P.Qassendinin təlimi güclü təsir göstərmişdir. Gənc yaşlarında həyatını teatrla bağlamış, 1643-cü ildə "Parlaq teatr" truppasını yaratmışdır. Lakin Parisdə müvəffəqiyyət qazanmayan truppa 12 il (1645-1658) əyalət şəhərlərini gəzib dolaşmış, yalnız 1659-cu ildə xoşbəxt bir təsadüf nəticəsində paytaxta qayıda bilmişdir. Bu müddət ərzində Molyer xalq həyatını dərindən öyrənmiş, gələcək əsərləri üçün zəngin material toplamışdır. Yaradıcılığa truppası üçün xalq farsları səpgisində yazdığı şən əhval-ruhiyyəli komediyalarla ("Barbulyanın qısqanclığı", "Uçan təbib") başlamışdır.

Dünya dramaturgiyasının şah əsərləri sayılan "Tartüf", "Kişilərə ibrət dərsi", "Qadınlara ibrət dərsi", "İstəksiz nikah", "Zorən təbib", "Mizantrop" və s. komediyalarının bir çoxu Azərbaycanda da səhnəyə qoyulmuşdur. Bir sıra əsərləri ekranlaşdırılmışdır. Bu komediyalarda feodal-dvoryan təbəqələri kəskin satira atəşinə tutulur.

"Xəsis", "Skapenin kələkləri", "Jorj Danden və yaxud aldadılmış ər", "Sqanarel", "Tartüf", "Don Juan və yaxud daş qonaq" və bir çox digər əsərləri onun şah əsərləridir.

Aktyorluq və ədəbi yaradıcılığın vəhdəti prinsipinə axıradək sadiq qalan Molyer səhnədə xəstə halda Arqan rolunu ifa etdiyi "Zorən xəstə" komediyasının tamaşasından bir neçə saat sonra şiddətli öskürmə nəticəsində venalarının partlamasından vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Molyer haqqında məlumat. Molyer nədir? Molyer nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Türk dili

  • Fevral 27, 2026

    Madhya-Pradeş

  • Fevral 27, 2026

    Raquza (əyalət)

  • Fevral 27, 2026

    Məzar

  • Fevral 27, 2026

    Maşın öyrənməsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst