Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cığatay və ya çağatay dili, həmçinin Sovet mənbələrində əski özbək dili (özb. Эски ўзбек тили; Eski oʻzbek tili, rus. староузбекский) adı altında, Çin mənbələri

Çağatay dili

  • Ana Səhifə
  • Vikipediya
  • Çağatay dili

Cığatay və ya çağatay dili, həmçinin Sovet mənbələrində əski özbək dili (özb. Эски ўзбек тили; Eski oʻzbek tili, rus. староузбекский) adı altında, Çin mənbələrində isə qədim uyğur dili kimi qeyd olunur — XX əsrdə ölmüş halına gələn, Mərkəzi Asiyada işlənilən ədəbi dil. O, müasir türk dillərinin qarluq qruppunu təşkil edən özbək və uyğur dillərin sələfidir. Cığatay ədəbiyyatının ən tanınmış nümayəndəsi Əlişir Nəvaidir.

Cığatay dili
Orijinal adı چغتای
جغتای
Rəsmi status Cığatay xanlığı
Moğolustan
Teymurilər dövləti
Böyük Moğol İmperiyası
Danışanların ümumi sayı
  • 0 nəf.
Status ölü dil
Ölü dil təxminən 1921
Təsnifatı
Kateqoriya Avrasiya dilləri
türk dilləri
ortaq türk dili
qarluq dilləri
Cığatay dili
Yazı Nəstəliq xətti
Dil kodları
QOST 7.75–97 чаг 781
ISO 639-1 —
ISO 639-2 chg
ISO 639-3 chg
Ethnologue chg
IETF chg
Glottolog chag1247

Mündəricat

Adı

Cığatay sözü Çingiz xanın oğlu Cığatay xana qalmış Cığatay xanlığından gəlir.

Çağatay sözü həmçinin qırımçaqlar tərəfindən XIX əsrin sonuna qədər öz dilləri üçün istifadə olunurdu, günümüzdə isə, Əfqanıstanda danışılan türkmən dilinin teke dialekti üçün işlənilir.

1924-cü ildə Özbəkistan Sovet Sosialist Respublikasının yaradılmasının hazırlaması üçün, Cığatay dilinin adını rəsmi olaraq "əski özbək dili" adına dəyişiblər. Çində isə onu bəzən qədim uyğur dili adlanırlar. Tarixən, həmçinin türki və sart sözləri də işlənilirdi.

Tarixi

Ekmann (1959) Çağatay dilini üç dövrə bölürdü: klassik-qabaq, klassik və post-klassik. Köpürlü (1981) isə beş dövrə: başlanğıc dövrü, birinci klassik dövr, ikinci klassik dövr, üçüncü klassik dövr və məhsulsuz tənəzzül dövrü.

Ədəbiyyat

Çağatay dilində yazan ən tanınmış şair Əlişir Nəvaidir. Onun 1499 qurtardığı mühakimət ül-lüğəteyn əsəri türki (cığatay) dilinin fars dili ilə müqayisə edib, türki dilinin üstünlüyünü göstərir. Cığatay dilində yazılan başqa bir tanınmış nəsr əsəri, türk ədəbiyyatında ən erkən tanınmış memuarı olan Zəhirəddin Məhəmməd Baburun (1483-1530) Baburnamə əsəridir.

XVII əsrdə cığatay dilində yazılan görkəmli əsərlər Əbülqazi Bahadır xanın Şəcərəyi tərakimə (1659) və Şəcərəyi türk (1663) əsərləri idi. XVIII əsrin ikinci yarısında isə türkmən şairi Məhtimqulu türkmən ədəbiyyatını türmən dilinin xüsusiyyətləri iştədərək cığatay dilində yazmağa başlayıb.

XIX əsrdə Xivədə Şirməhəmməd Munis və onun qohumu Məhəmmədrza Agahi kimi görkəmli cığatay dilli şairlər var idi. II Məhəmmədrəhim xan da cığatayca qəzəl yazırdı. Musa Səyraminin 1903-cü ildə qutardığı Tārīkh-i amniyya adlı əsəri və onun 1908-ci ildə Tārīkh-i ḥamīdi adı altında buraxılmış yeni versiyası 1862–1877 illərin arası baş verən Dunqan üsyanı haqqında ən yaxşı mənbələrdən biri olaraq sayılır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çağatay dili haqqında məlumat. Çağatay dili nədir? Çağatay dili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Antalya körfəzi

  • Fevral 27, 2026

    Meymənət Zülqədər

  • Fevral 27, 2026

    Magistr

  • Fevral 27, 2026

    Zaur Cavanşir

  • Fevral 27, 2026

    Şampan-Arden

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst