Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qobind Sinqh (22 dekabr 1666, Patna, Böyük Moğol imperiyası – 7 oktyabr 1708) — Siqhlərin onuncu və son qurusudur. (ਗੁਰੂ ਗੋਬਿੰਦ ਸਿੰਘ. 1666–1708). Quru Teqh Baha

Qobind Sinqh

  • Ana Səhifə
  • Vikipediya
  • Qobind Sinqh

Qobind Sinqh (22 dekabr 1666, Patna, Böyük Moğol imperiyası – 7 oktyabr 1708) — Siqhlərin onuncu və son qurusudur. (ਗੁਰੂ ਗੋਬਿੰਦ ਸਿੰਘ. 1666–1708). Quru Teqh Bahadurun oğludur.

Qobind Sinqh
pənc. ਗੁਰੂ ਗੋਬਿੰਦ ਸਿੰਘ
Siqh qurusu
11 noyabr 1675 – 7 oktyabr 1708
ƏvvəlkiTeqh Bahadur
Şəxsi məlumatlar
Doğum tarixi 22 dekabr 1666(1666-12-22)
Doğum yeri
  • Patna, Böyük Moğol imperiyası
Vəfat tarixi 7 oktyabr 1708(1708-10-07) (41 yaşında)
Fəaliyyəti Quru, şair, filosof
Atası Teqh Bahadur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Qobind Sinqh 1675–1708-ci illərdə sikhlərin guru­su olmuşdur. Guru Qobind təkcə bacarıqlı döyüşçü (oxdan məharətlə istifadə edir və əla oxatan idi) deyil, həm də bir çox dilləri — o cümlədən fars, sanskrit, brac bhasha, ərəb və pəncab dillərini hələ gənclik illərində öyrənmiş dahi şair idi. O, sikhlər üçün müqəddəs sayılan çoxsaylı ilahiləri brac dilində, Markandeya-Puranadan götürülmüş xeyirlə şərin döyüşünü təsvir edən “Çandi di Var” poemasını isə pəncab dilində yazmışdır. Fars və sanskrit dillərində klassik ədəbiyyatı, eləcə də astronomiya, coğrafiya və digər elmləri dərindən bilirdi. Qobind Sinqh sikhlərin “Adi Qrant” kitabını yaddaşına əsaslanaraq yenidən tərtib etmişdir.

Qobind doqquzuncu guru Teqx Bahadurun yeganə oğlu idi. Atasının — islamı qəbul etməkdən imtina etdiyi üçün Böyük Moğol Övrəngzib əmri ilə edam edilməsindən sonra, Qobind cəmi 9 yaşında ikən onun yerinə guru oldu. Atasının şəhidliyindən sonra Qobind Sinqh bəyan etdi ki, tiranların qorxuda bilməyəcəyi, həyatın bütün sahələrində zülmə qarşı duracaq və ədaləti, sülhü, ümumbəşəri bərabərliyi bərpa etməyə çalışan bir xalq yaradacaq.

Başlanğıc, “sülh” dövründə — Moğollarla açıq toqquşmaların baş vermədiyi müddətdə — Qobind Himalaylarda yerləşən Sirmur knyazlığında yaşayırdı. Burada o, zorakılıqsızlıq (ahimsa) anlayışına yeni yanaşmanın teoloji əsaslarını və sikh əxlaq kodeksini formalaşdırdı. Şəhərin müdafiəsi üçün böyük bir qala tikdirdi və orada hərbi qarnizon yerləşdirdi. Sikh icmasının artan gücü yerli racaları narahat etdi və onlar şəhərə hücum etdilər, lakin bu hücumlar dəf edildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qobind Sinqh haqqında məlumat. Qobind Sinqh nədir? Qobind Sinqh nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    İudaizm

  • Fevral 27, 2026

    Göygöl (göl)

  • Fevral 27, 2026

    Məmməd Orucov

  • Fevral 23, 2026

    Mühəndislik

  • Fevral 27, 2026

    75 (ədəd)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst