Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Barxudarlı — Azərbaycan Respublikasının Qazax rayonunun Barxudarlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 4 eksklav ərazisind

Barxudarlı

  • Ana Səhifə
  • Vikipediya
  • Barxudarlı

Barxudarlı — Azərbaycan Respublikasının Qazax rayonunun Barxudarlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 4 eksklav ərazisindən biridir.

Barxudarlı
40°59′36″ şm. e. 45°13′31″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Əsası qoyulub XVI əsr
Sahəsi
  • 10,1 km²
Mərkəzin hündürlüyü 637 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Barxudarlı xəritədə
Barxudarlı
Barxudarlı

Mündəricat

Tarixi

29–30 iyun 1990-cı il tarixlərində Barxudarlı kəndi Ermənistan SSR ərazisindən erməni silahlıları tərəfindən atəşə tutulmuşdur. Kənddə yerləşdirilmiş sovet qoşunları buna reaksiya verməmişdir.

Kənd 4 gün mühasirədə qaldıqdan sonra 27 aprel 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

Toponimikası

"Barxudar" şəxs adından və "-lı" şəkilçisindən əmələ gəlmiş toponim hesab olunur. Barxudar (Bərxudar) Bəy Ənis XVI əsrin ikinci yarısı, XVII əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur top tökmə ustası olmuşdur. Səfəvilər dövlətində ona "Topçubaşı" ləqəbi və vəzifəsi verilmişdir. XVII əsrin əvvəllərində Səfəvi-Osmanlı müharibələri dövründə Təbriz, İrəvan, Gəncə və başqa şəhərlərin mühafizəsində istifadə edilən iri qaladağıdan toplar Barxudarın başçılığı ilə hazırlanmışdı. Oykonim həmin hadisələrin nəticəsi kimi də meydana çıxa bilər. Bəzi tədqiqatçıların fikrincə, kəndi "barxudarlı" nəslinə mənsub ailələr saldığına görə belə adlanmışdır.

Coğrafiyası və iqlimi

Kənd dağətəyi ərazidədir.

Əhalisi

  • 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 421 nəfər əhali yaşayır. Onlardan 203 nəfəri kişilər, 218 nəfəri qadınlardan ibarətdir.

Tanınmış şəxsləri

  • Hacıkərimov Şirin Qasım oğlu — Azərbaycan Respublikası Ali Soveti və Milli Məclisinin deputatı, DİN və MTN-də yüksək vəzifələrdə xidmət etmişdir, polkovnik;
  • Musayev İsgəndər Musa oğlu — uzun illər kənd məktəbinin direktoru olmuşdur, riyaziyyatçı;
  • Musayev Nazim İsgəndər oğlu (1947) — SSRİ İdman ustası, Rusiya Federasiyası Kurçatov AES-də məsul vəzifələrdə çalışmışdır;
  • Musayev Musa İsgəndər oğlu (1955–2018) — kənd təsərrüfatı elmləri namizədi, tanınmış güləşçi, SSRİ İdman Ustası, Azərbaycan Milli Aviasiya Akademiyasının professoru, İdman kafedrasının müdiri;
  • Musayeva Mənsurə İsgəndər qızı — elmlər namizədi, Azərbaycan Milli Aviasiya Akademiyasının dosenti.
  • Yunusov Xanlar Həmzə oğlu — Professional məşqçi, Azərbaycan SSR - nin və SSSR -in yunan-roma üzrə çempionu. Dünya çempionu Həmzə Yunusovun məşqçisi və atası.
  • Yunusov Həmzə Xanlar oğlu — Yunan-Roma güləşçisi, Alpaqut üzrə 2 qat dünya çempiyonu, MMA və Grappling üzrə beynalxalq turnirlərin qalibi.

İsmayilov Mahal Mahmud oğlu 1949 cu ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur. Sərbəst güləş üzrə SSRİ idman ustasdır. Uzun müddət Böyük-Kəsik dəmir yolu stansiyasının rəisi vəzifəsində işləyib və digər qurumlarda da rəis və direktor vəzifəsində işləyib, Barxudarlı kəndinin müdafiyəsində düşmənlərə qarşı aktiv mücadilə aparmışdır.

İsmayılov Məcid Mahmud oğlu (1925–1998) — Böyük vətən müharibəsində iştirak etmiş çoxlu orden və medallarla təltif edilmişdir. Müharibədən sonra Qazax rayon icrayə komytəsində ümumi şöbə müdiri vəzifəsində işləmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Barxudarlı haqqında məlumat. Barxudarlı nədir? Barxudarlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 13, 2026

    Suriya bayrağı

  • Fevral 24, 2026

    Avropa Parlamenti

  • Fevral 25, 2026

    CorelDRAW

  • Fevral 27, 2026

    İkigöyərtəli

  • Fevral 27, 2026

    Savanna

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst