Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Satira (lat. satira) — müəllifin hadisə və adamlara gülüş və qınaq yaradan münasibətinin daha sərt obrazıdır. Bədii gülüşün bir növüdür.

Satira

  • Ana Səhifə
  • Vikipediya
  • Satira

Satira (lat. satira) — müəllifin hadisə və adamlara gülüş və qınaq yaradan münasibətinin daha sərt obrazıdır. Bədii gülüşün bir növüdür.

Satiranın yumordan fərqi onun açıq tənqid, rəqib və düşmən sözü kimi deyilə bilməsi, öz obyektini ifşa niyyəti daşımasıdır. Satirik obraz sosial məzmun daşıyır, yazıçının siyasi və əxlaqi, dini əqidəsinin əks qütbünü göstərən bir obraz olur. Satirik obraz romanda bir və ya bir neçə surət də, bütün bir hekayə də, dramda personaj da, şeirlə yazılmış əsər də olur.

Satiraya ən gözəl misal S.Ə.Şirvanini " Köpəyə ehsan" şeiri sayıla bilər. Harınlamış bəy öz sevimli itini kənd qəbiristanında basdırır. Kənd camaatı narazılıqla mollaya müraciət edir. Bəy mollanın ağzını yummaq üçün ona bir toğlu göndərir. Tamahkar molla toğlunu görən kimi fikrini dəyişib deyir:

İt demə, ol dəxi bizim birimiz!
Belə ölmüşlərə fəda dirimiz!

Seyid Əzim mollanın öz dili ilə onun əqidəsinin və rəyinin alına və satıla bildiyini göstərir. Satiradan ədəbi və ictimai mübarizələrdə geniş istifadə edilməsi onun ciddi sosial məzmun daşımasına səbəb olmuşdur. Məsələn, XIX–XX əsrlərdə Azərbaycan maarifçiləri mürtəce ruhaniyyəti, feodal dərəbəyiliyini, maarif və məktəbin düşmənlərini, cəhaləti satirik əsərlər – şeir, felyeton, hekayə və s. formada tənqid etmişlər. Ona görə XIX əsr Azərbaycan satirik ədəbiyyatının qızıl dövrü sayılır. Q.B.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir satirik poeziyanın böyük ustaları olmuşlar.

Həmçinin bax

  • Yumor
  • Həcv
  • İroniya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Satira haqqında məlumat. Satira nədir? Satira nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qurbanqulu Berdiməhəmmədov

  • Fevral 27, 2026

    Katafraktlar

  • Fevral 23, 2026

    Yuxarı palata

  • Fevral 27, 2026

    Hüseynqulu Sarabski

  • Fevral 27, 2026

    Svetitsxoveli kafedralı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst