Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kibbutz (ivr. ‏קִבּוּץ / קיבוץ‏‎; hərfi tərcüməsi: "toplanma, qruplaşma"; cəm forması - kibbutzim ivr. ‏קִבּוּצִים / קיבוצים‏‎) — İsraildə kollektiv icma növü.

Kibbutz

  • Ana Səhifə
  • Vikipediya
  • Kibbutz

Kibbutz (ivr. ‏קִבּוּץ / קיבוץ‏‎; hərfi tərcüməsi: "toplanma, qruplaşma"; cəm forması - kibbutzim ivr. ‏קִבּוּצִים / קיבוצים‏‎) — İsraildə kollektiv icma növü.

Kfar Masaryk kibbutzu

2010-cu ildə İsraildə 270 Kibbutz var idi. Onların fabrikaları İsrailin sənaye hasilatının 9%-i və ya 8 milliard ABŞ dolları, fermaları isə kənd təsərrüfatı hasilatının 40%-i və ya 1,7 milliard ABŞ dolları təşkil edirdi. Bir kibbutzun üzvlərin sayı 40-dan 1000-ə qədər ola bilər. Onların çoxunda ortalama 300-400 arası yetkin üzvləri və tam əhalisi 500-600 arası olur.

Mündəricat

Tarix

İkinci aliyanın işçiləri Miqdal tarlalarında günorta yeyirlər (1912)

İlk Kibutzlar Fələstinə köçən Bilu hərəkatının üzvləri tərəfindən yaradılıb. Onların ən birincisi 1909-cu ildə təsis olunan Deqniya Alef idi. Kibbutz hərəkatının yaradıcıların bəziləri qədim Sparta ideallardan ilhamlanırdılar. Birinci kibbutz üçün pul Yəhudi milli fondu tərəfindən ayırılıb. O, Təbəriyyə gölünün cənubunda yerləşir. Bundan sonra da yardılan bir sıra kibbutz həmin gölün ətrafında və İzreel vadisində təsis olunub.

20-ci, 30-cu və 40-cı illərdə, kibbutzlar böyüyürdü. 1922-ci ildə Fələstin kibbutzlarında 700 adam yaşayırdı. 1927-ci ildə, bu rəqəm artıq 2000-ə çatıb. İkinci Dünya müharibəsi başlayanda, Britaniya Mandatının altında olan Fələstindəki mövcud olan 79 kibbutzda 24105 və ya, ordaki yəhudilərin 5%-i yaşayırdı.

80-ci illərin ortasında kibbutz böhranı başlayıb. Bununla üzləşən bir sıra kibbutz islahatlar aparmağa başlayıb. O cümlədə, kibbutz üzvlərinə göstərilən xidmətlərinin özəlləşdirməsi, maaşların fərqləndirməsi, evlərin və mülkiyyətin özəl sahibliyi. Halbuki, kommunal yaşayış üslubu saxlanılıb.

İdeologiya

Kibbutz hərəkatı sosializm ilə sionizmi birləşdirən utopist icmalar kimi başlayıb. Birinci aliyah (Fələstinə göçən yəhudilər axınları) nümayəndələrin çoxluğu dini idi. İnkinci aliyah isə daha sekulyar yəhudiləri gətirib. Birinci aliyahdan fərqli olaraq, ikinci və üçüncü aliyahda daha çox sosializm tərəfindən təsirlənən yəhudilər olub. Onlar özünlə sosialist sionizmin və ya leyborist sionizmin fikirlərini gətiriblər. Leyborist sionistlər gələcək İsrailin kibbutzlar, moşavlar və şəhər yəhudilərin proliteriatın təsisçiləri idilər.

İqtisadiyyat

Merom Qolan kibbutzunun Bental dağından görünüşü

2012-ci ildə Kibbutzların 15%-i kənd təsərrüfatı ilə məşğul idi.

Sənaye ilə məşğul olan Kibbutzların bir nümunəsi Sasa kibbutzudur. 2010 ildə onun 200 üzvü var idi və o, bir il ərzində hərbi plastik istehsalı ilə 850 ABŞ dollarlıq gəlirinə nail olub. Ketura kibbutzu isə İsraildə günəş texnologiyasında aparıcıdır və həmçinin, ekoturizmnən məşğuldur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kibbutz haqqında məlumat. Kibbutz nədir? Kibbutz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Veneto

  • Fevral 28, 2026

    Yalançı

  • Fevral 27, 2026

    İvan Maslennikov

  • Fevral 27, 2026

    İliya Abuladze

  • Fevral 23, 2026

    İmam Əli

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst