Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qaraqan və Cəsur Nemətov — Əksinə - mahnısını mp3 formatında pulsuz yükləyin. Sürətli tam yükləmə seçimi.

Qaraqan və Cəsur Nemətov — Əksinə Mp3 Yüklə


Retroqradda konsertdir. Hamı “Laləzar”ı dinləməyə gəlib. Arada isə mənasız mahnılar oxunur, bir-biri ilə əlaqəsi olmayan sözlər səslənir. Amma kütlə əl çalır — çünki mütləq növbəti mahnı “Gəl və Bax” olacaq. Bu mənasız, anlaşılmaz “Bari-Mövsüm”lər, “Əksinə”lər yəqin ki, sadəcə boşluğu doldurmaq üçündür.

Bu kütlənin içində Leyli adlı bir qız da var. Təsadüfən gəlib — dostundan eşidib ki, belə bir konsert var. Amma Leyli onlar kimi deyil. O, özündən asılı olmayaraq həmin mənasız mahnıların gizli mənasını anlayır. İstəməsə belə, sətiraltı deyilən sözləri eşidir. Leyliyə aydın olur ki, bütün bu baş verənlər sadəcə bir konsert deyil. Bu, seçilmiş insanlar üçün bir ipucudur. Səhnə və işıqlar isə yalnız gözə pərdə asmaq üçündür. Leyli aydınlanır, Leyli həqiqi Əksinə olan Retroqradı görməyə başlayır.

Bütün bu Laləzarlar isə həmən o Leylilərə ulaşmaq üçündür. Dərəcə çirkli cəmiyyəti dəyişmək fikrində deyil. Dərəcə tonlarla çirkin içində o qızıl dənələrini toplayır.

***

Bütün sualları özüm cavabladım
Qadağan edilənləri varağladım
Həqiqətlərini soraqladım
Bağlı darvazalarını araladım
Açar oyuğundan mən içəri baxdım
Göründü yalanın yamaqları
Qanlı caynaqları gizlədir zər-zinət
Yalandan saraylar boş xəzinə
İlanların hiyləgər izinə
Düşüb dedim, bəlkə dünya dönür

Əksinə!
Bizə deyilənlərin hamısı tərsinə
Mən inanmıram bircəsinə
Bizə deyilənlərin hamısı tərsinə
Əksinə, tərsinə, tərsinə
Tərsinə!

Düşmənlərimin adını əzbərlədim
Qorxularımı elədim hədəflərim
Yolumdan geri dönmərəm
Qatilləri yerdə görmədən, yeah
Alışdım, mən bir də sönmərəm, yeah
Qorx desələr mənə gülərəm, yeah
Sus desələr söylərəm
Düz desələr dönərəm
Sən də nə desələr elə 180
Tam əksi, hamısı propaqanda təsiri
Hətta Papa, Qandi, Travis,
Hətta Netflix, Grammys, Elvis
Gucci, Balenciaga, Prada – yorğanlardır, Babil yatır
Yarasanın yuxusu
Başayaqdır burda, dünya dönür

Əksinə!
Bizə deyilənlərin hamısı tərsinə
Mən inanmıram bircəsinə
Bizə deyilənlərin hamısı tərsinə
Əksinə, tərsinə, tərsinə
Tərsinə!

İti uclarını sözün hamarladım
Ruha çevrilənin ruhuna bağlandım
Qaranlığı görüb aydınlandım
Həqiqəti anlamaq yaraladı
Azad elədi o məni, qanadlandım
Artıq özümə inanıram
Çətin sizə inanım

Dünya dönür əksinə, əksinə
Deyilənlər tərsinə, tərsinə
Dünya dönür əksinə, əksinə
Əksinə, əksinə, tərsinə, əksinə
Dünya dönür əksinə, əksinə
Deyilənlər tərsinə, tərsinə
Dünya dönür əksinə, əksinə
Tərsinə, əksinə, əksinə
Əksinə, əksinə, əksinə, əksinə, əksinə, əksinə, əksinə, əksinə, əksinə, əksinə, əksinə, əksinə, əksinə, əksinə, əksinə

***

Cəsur Nemətov
YouTube: ‪@jasuryuxu‬
Instagram:   / jasuryuxu  
Spotify: http://open.spotify.co...

***

Birinci Dərəcəyə Qoşul — İntibah səndən başlayır!
https://qaraqan.org/bi...

Instagram
  / qaraqanmusic  

Spotify
https://open.spotify.c...

X
  / qvrvqvn  

İş birliyi və layihələrlə bağlı təkliflərinizi buraya göndərin
https://qaraqan.org/elaqe

Rəsmi saytımız:
https://qaraqan.org


Müəllif: nina.az

Nəşr tarixi:

qaraqan ve cesur nemetov eksine mp3 yukle, qaraqan və cəsur nemətov — əksinə, mp3, musiqi, mahni, yukle, pulsuz, mahni yukle, mp3 yukle, mp3 musiqi, musiqi yukle, bass, bass, hit, xit, pop, trap, mahnı yüklə, mp3 yüklə

Üst