Retroqradın daha bir mənzərəsi: uzun müddət görüşməyən iki insanın xəyali məktublaşması. Şəhəri tərk etmiş birinin uzaqdan hal-əhvalı.
Oğlan qıza sadə, pafossuz həyatından danışır. Azadlığın hər cür statusdan üstün olduğunu deyir — göstərmək yox, yaşamaq azadlığı.
Burada böyük mesaj axtarmayaq. Bu, unudulmuş “albom mahnısı” ruhudur. Yaradıcı insanlar belə mahnılarda dincələr, sonra yenidən öz ağır yollarına davam edərlər.
**
Mahnının sözləri:
Sahillər gəmilərini gözlər
İllər məni geriyə səslər
Hardasan, gözəlim, hardasan?
Qışmı qəlbin, ya bahardasan?
Bir axşam taksidən payıza
Əl-ələ qaçarıq sənlə uzağa, harasa
Bu dünyada tapa bilmədik biz özümüzə ev
Darısqal buralar, bizə darısqal
Ürəyimizi sıxırdı şəhərin
Necə olarları, nə edərləri
Xatirələri qatladıq, səliqəli çantamıza atdıq
Və çıxardıq yaddan
Orda hamı mini king, mikro imperator
Biz isə azadıq dənizlərdə, biz piratıq
Bizim azadlığımız onların qorxulu yuxusu
Yuxularına biz haram qatırıq
Rahatlığı biz sərgüzəştlərə satırıq
Titanik batır, biz qalxırıq aysberqin üstünə
Kömək gələnə kimi qalın şubalara bürünürük
Ulduzlara baxırıq
Sahillər gəmilərini gözlər
İllər məni geriyə səslər
Hardasan, gözəlim, hardasan?
Qışmı qəlbin, ya bahardasan?
Bir axşam taksidən payıza
Fikirlərimiz uçar uzağa, harasa
Retroqradın küçələri dolu
Yalan dəyərlər ilə
Hara baxsan, hamı yarasa
Dalanların arası ilə
Ayaqların hələ də o şəhəri gəzərmi?
Xəzrilər əsərmi?
Xatirələrim yarımçıq əsər
Amma eşitmişəm, Bakını tərk edir Xəzər
Sahillər gəmilərini gözlər
İllər məni geriyə səslər
Hardasan, gözəlim, hardasan?
Qışmı qəlbin, ya bahardasan?
Sahillər gəmilərini gözlər
İllər məni geriyə səslər
Hardasan, gözəlim, hardasan?
Qışmı qəlbin, ya bahardasan?
***
Birinci Dərəcəyə Qoşul — İntibah səndən başlayır!
https://qaraqan.org/bi...
Instagram
/ qaraqanmusic
Spotify
https://open.spotify.c...
X
/ qvrvqvn
İş birliyi və layihələrlə bağlı təkliflərinizi buraya göndərin
https://qaraqan.org/elaqe
Rəsmi saytımız:
https://qaraqan.org
Müəllif: nina.az
Nəşr tarixi:
qaraqan sahiller gemilerini gozler mp3 yukle, qaraqan — sahillər (gəmilərini gözlər), mp3, musiqi, mahni, yukle, pulsuz, mahni yukle, mp3 yukle, mp3 musiqi, musiqi yukle, bass, bass, hit, xit, pop, trap, mahnı yüklə, mp3 yüklə