
Hər gecə saat 11:22-də Retroqradın radiostansiyalarında növbə dəyişikliyi başlayır. Məhz bu anı gözləyən İkinci Dərəcə adlı partizan radiosu gizli şəkildə dalğaya qoşulur. Sevgi mahnılarının arasına çox qısa, lakin kəskin həqiqət parçaları daxil edilir.
Amma bu yayım elə yüksək tezlikdə (963 Hz) baş verir ki, təfəkkürü inkişaf etməmiş dinləyicilər onu eşidə bilmir. Səs onların şüuruna çatmır, sanki heç mövcud deyil. Bu səbəbdən nə Retroqradın yuxulu sakinləri, nə də Canavarçanın canavarları bu elanları duya bilirlər. Yalnız düşüncəsi açılmış, mənən ayıq insanlar həmin səsi seçib eşidə bilir.
Gizli radio öz məqsədini aydın qoyur: Retroqradın həqiqi simasını insanlara göstərmək. Onları mənəvi tənəzzüldən çıxmağa – şəhəri əhatə edən Meşəyə doğru yönəltməyə çalışırlar.
Ancaq iş ondadır ki, şəhərlə Meşə arasında keçilməsi çətin bir uçurum var. Hazırlığı olmayan insanlar bu uçurumu aşa bilmir. Buna görə seçilmiş döyüşçülər Retroqrada göndərilir. Onlar aydınlanmış insanları bir-bir tapıb şəhərdən çıxarır, Meşəyə aparırlar.
Və unutmayaq: Retroqrad bizim təfəkkürümüzün bir hissəsidir, mental sərhədlərimizin formalaşdırdığı məkandır. Burada baş verən mübarizə də fiziki deyil – mənəvi, ruhsal bir döyüşdür. Mənəvi Tənəzzüldən - İntibaha gedən yol Retroqrad küçələrindən keçir.
***
Mahnının sözləri:
İki şəhər tanıyıram, biri ac, biri tox
Biri lal, biri kor
Biri var, biri yox
Biri padşah kimi, biri qul, biri prol
Sərhəd nədi, bilmir
Biri anqırır, biri dinmir
Qorxur soruşa biri kimdir
Qapıları Retroqradın iki cəftəli ev-ev
Soyuq, çünki maaş gecikir iki həftədir, de, de
At qazana, qaynat qonşunun başını ye, ye, ye, ye, ye, ye, ye
Yalanlar
Dolu bir şəhər
Adamlar
Və adam yeyənlər
Yalanlar
Dolu bir şəhər
Adamlar
Və adam yeyənlər
İki şəhər tanıyıram
Biri ac, yalavac
Bir söz desə artıq olacaq, sümükdən yelləncək
Dar ağacına
Çıxır insan hərracına hər gün
Necə tarac olur, olsun qayçılar dilini
Dibdən əlacı nə?
İkinci şəhər – divlər, cinlər, yaramazlar şəhəri
Selfish selfie-lər, qızıl unitazlar şəhəri
O qədər yeyəcək gözü görməmişin, verəcək dalı piy
Satacaq dalını, alacaq evini
Gəl bizim dalğaya
Bizim dalğamız əksinədir
Qarğa dili ilə dalğaların
Səsi nə deyir?
Dalğaların səsi
Yox, yox, yox
Dalğaların səsi
Yəni, dalğaların səsi
Yalanlar
Dolu bir şəhər
Adamlar
Və adam yeyənlər
Yalanlar
Dolu bir şəhər
Adamlar
Və adam yeyənlər
Əziz Retroqrad sakinləri
Radiodalğamızdakı nasazlığa görə üzr istəyirik
Və keçirik axşam repertuarına
Laləz...
***
Birinci Dərəcəyə Qoşul — İntibah səndən başlayır!
https://qaraqan.org/bi...
Instagram
/ qaraqanmusic
Spotify
https://open.spotify.c...
X
/ qvrvqvn
İş birliyi və layihələrlə bağlı təkliflərinizi buraya göndərin
https://qaraqan.org/elaqe
Rəsmi saytımız:
https://qaraqan.org
Müəllif: nina.az
Nəşr tarixi:
qaraqan dalgalarin sesi mp3 yukle, qaraqan — dalğaların səsi, mp3, musiqi, mahni, yukle, pulsuz, mahni yukle, mp3 yukle, mp3 musiqi, musiqi yukle, bass, bass, hit, xit, pop, trap, mahnı yüklə, mp3 yüklə