Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Orxan Zeynallı ft. Nargis Majidli – İllər Sonra (Xor Kapellası İlə) | Live - mahnısını mp3 formatında pulsuz yükləyin. Sürətli tam yükləmə seçimi.

Orxan Zeynallı ft. Nargis Majidli – İllər Sonra (Xor Kapellası İlə) | Live Mp3 Yüklə

Orxan Zeynallı ft. Nargis Majidli – İllər Sonra (Xor Kapellası İlə) | Live Mp3 Yüklə

Orkhan Zeynalli-nın Nargis Majidli ilə birgə konsertdə \İllər Sonra\ (Xor Kapellası İlə) parçasının canlı ifası.

Orxan Zeynalli-ya YouTube-da abunə ol: https://mikpro.az/ozey...

Musiqi: Clavis
Söz: Orkhan Zeynalli
Aranjiman: Ali İbrahimzadə

Orkhan Zeynalli sosial şəbəkələrdə:
Facebook: https://mikpro.az/ozey...
Instagram: https://mikpro.az/ozey...
Genius: https://mikpro.az/ozey...

Orkhan Zeynalli rəqəmsal platformalarda:
Keçid: https://mikpro.az/ozey...

Sözlər:

\x5bBənd 1\x5d
Səni başqa sahildə görmək ürəyimi incitdi illər sonra
Xoşbəxtliyin iki şəkli - biri dağ idi, biri yol
Nağıl kimiydi evimizə qayıtmaq illər sonra
Nağılı açdım ki, valideynimin biri var idi, biri yox

Getmək-gəlmək qalmaq beyində əbədi dilemma
Son dəfə qərar verirsən, çıxır yenə də bir əmma
Xeyir dəftərində istədim şəhərə qayıb qoymaq
Mən sadəcə istədim hansısa şəhərə aid olmaq

İllər keçir, böyüyür bədən, artır rəqəm, ürəksə
Sanki daha çox sevgi tuturdu balaca vaxtı
Evim dəniz, illər günəş, dəniz sahilinə isə
Ürəyimə çəkdiyi dağdan atam çay olub yarıcan axdı
Nə qədər varıqsa, var bizlə bir yaşayanlar
Pillə-pillə tərtib edəcək yaddaşı anlar
Nə qədər varam musiqinin dəyişən axışı olacaq
Gedəndə anam mesaj yazdı “hər şey yaxşı olacaq”

\x5bNəqərat\x5d
Düşdü dənlər saçlarıma illər sonra
Soyuq insan bağlarında güllər solar
Yaşa dolmaq yaşla dolan gözlər kimi
Gedir üzlər, qalır izlər illər sonra

\x5bBənd 2\x5d
Zaman oğurlayır ruhu evimizdən
Yerində tikir otel
Böyük ailəlik çay süfrəsində indi iki latte
Məndən qabaq görsən atama de
Bircə dəqiqəlik zəng vursun, ona əlvida deyim

Bu şəhərin hər küçəsində, hər parkında xatirə
Bütün izlər sanki uşaqlığımın yerini deyir
Neçə yaxın tükəndi ki, doğmalaşdım yad ilə?
Köhnə mahnılarım eyni olsa da
Hisslər eyni deyil

Neçə ac ruha çörək verdim dərdlərimdən üyüdüb
Bu şəhərdə, görən, neçə fərd dərdlərimlə böyüdü?
İntihar edən gəmilər lövbərin atır dərinə
Kəsib atmalı olduqlarımı da
Həyat kəsib atır yerimə

Xoşbəxtliyi tapmaq çətin, olmadan güclü varlı
Necə ki, tikilə bilməz heç bir ev üç divarlı
Bütün savablarımı puç edə biləcək günah sənsən
Mənim evim yoxdur, çünki dördüncü divar sənsən

\x5bNəqərat\x5d
Düşdü dənlər saçlarıma illər sonra
Soyuq insan bağlarında güllər solar
Yaşa dolmaq yaşla dolan gözlər kimi
Gedir üzlər, qalır izlər illər sonra

Düşdü dənlər saçlarıma illər sonra
Soyuq insan bağlarında güllər solar
Yaşa dolmaq yaşla dolan gözlər kimi
Gedir üzlər, qalır izlər illər sonra

İllər sonra
Soyuq insan bağlarında güllər solar
Yaşa dolmaq yaşla dolan gözlər kimi
Gedir üzlər, qalır izlər illər sonra


Bu videonun bütün hüquqları \mikpro\ tərəfindən qorunur. © 2025

Etiketlər:

#OrkhanZeynalli #İllərSonra #mikpro


Müəllif: nina.az

Nəşr tarixi:

orxan zeynalli ft nargis majidli iller sonra xor kapellasi ile live mp3 yukle, orxan zeynallı ft. nargis majidli – i̇llər sonra (xor kapellası i̇lə) | live, mp3, musiqi, mahni, yukle, pulsuz, mahni yukle, mp3 yukle, mp3 musiqi, musiqi yukle, bass, bass, hit, xit, pop, trap, mahnı yüklə, mp3 yüklə

Üst