Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Orkhan Zeynalli ft. Nazryn — Atalar və Oğullar | 2019 - mahnısını mp3 formatında pulsuz yükləyin. Sürətli tam yükləmə seçimi.

Orkhan Zeynalli ft. Nazryn — Atalar və Oğullar | 2019 Mp3 Yüklə

Orkhan Zeynalli ft. Nazryn — Atalar və Oğullar | 2019 Mp3 Yüklə

Orkhan Zeynalli-nın Nazryn ilə birgə ifa etdiyi “Atalar və Oğullar” treki artıq onlayndır.
Orkhan Zeynalli-ya Youtube-da abunə ol: https://mikpro.az/ozey...

\Pərdə\ və \İkinci Pərdə\ filmlərinin rejissoru Emil Quliyevin \Sonuncu Pərdə\ adlı filminin rəsmi soundtrack-i.

Musiqi: Clavis
Nəqərat: Nazryn
Miksinq və masterinq: Drek (Synaps)
Operator: Rasul Malik (Nyu York)
Operator: Muhammad Osman (Bakı)
Montaj: Bəhruz Qurbanlı/Muhammad Osman

Əlavə dəstək üçün təşəkkürlər: Cavid, Təbriz, Emin

Orkhan Zeynalli sosial şəbəkələrdə:
Facebook: https://mikpro.az/ozey...
Instagram: https://mikpro.az/ozey...
Genius: https://mikpro.az/ozey...

Orkhan Zeynalli rəqəmsal platformalarda:
Keçid: https://mikpro.az/ozey...

Sözlər:

\x5bBənd 1\x5d \x5bOrkhan Zeynalli\x5d
Salam, oğul, çoxdandır görüşmürük
Çayın soyumamış götür, nə verim şəkər yoxsa qənd?
Buranın havası yəqin bir az ağır sənə
Bir-iki gün də qal, sonra düzün de, şəhər yoxsa kənd?

Burada keçib uşaqlığın, yaxşı-pis böyütdüm səni
Səmimi de, dadmısan heç burada zəhər yoxsa qəm?
Bir qarış çörək, ən əsası halal zəhmətlə
Hər bir qonşu, qohum adımı çəkir hörmətlə

Sənin atan olmaq - ayağıma uzun yorğan elə bil
İnan, çox qaldım şərəf, pul, seçim arasında
Bəlkə düz deyirdin, bəlkə doğrudan elədi
Yəqin mənəm günahkar ki, oğlum yetim anasından

Bu əllər bilmir - nədir oğurluq, nədir namərd hərəkəti
Amma səni hər ehtiyac içində görəndə qanadım əyilir
Qiblə adlandırdığım qazancların yox bərəkəti
Sanki o kişinin şəkli ilə bir getdi manatın dəyəri

Sabahı düşün, oğul necə bir nəsil yetişər
Bu günkü gəncliyin xəmirini pul yoğursa?
Cəmiyyət xətrinə ailə, qohumlar xətrinə övlad
Atalar aciz qalacaq, bir gün oğullar qul doğulsa

\x5bNəqərat\x5d \x5bNazryn\x5d
Sənin əlin əlimdədir, sənə hissim dərindədir
Amma burax əlimi, buradan tək gedirəm, ata

Sənin əlin əlimdədir, sənə olan hissim dərindədir
Amma burax əlimi, buradan tək gedirəm, ata

Bağışla, mən böyüdüm...

Sənin əlin əlimdədir, sənə hissim dərindədir
Amma burax əlimi, buradan tək gedirəm, ata

Sənin əlin əlimdədir, sənə olan hissim dərindədir
Amma burax əlimi, buradan tək gedirəm, ata

Bağışla, mən böyüdüm...

\x5bBənd 2\x5d \x5bOrkhan Zeynalli\x5d
Salam, ata, görməyəli heç dəyişmədin
Çayım qoy soyusun, isti günlər xatirəsinə
Başa düş, rahatlığa fərq etmir şəhər yoxsa kənd
Həyatın şirinliyinə təsir etmir şəkər yoxsa qənd

Böyütdün, razıyam, amma öyrətmədin məğzi ki
Bu dünyada gözdən sala bilər hamını bir səhv
Öyrətmədin əsas qanunu, əsas dərsi ki
Bu həyatda ya sən, ya səni, ya da hamını kimsə

Halal zəhmət, pul niyə? - Cənnətə getmək üçün
Başqaları yığır altına, cənnətini tikmək üçün
Vitrində oyuncağa baxan övladın yanında sıxılmaq
Ədalət boş şeydir, yoxsa yanında sıfırlar

Bu dörd divardan kənardakı hörmət gərəksizdir
Əgər bu dörd divarın içində həyat yerlə-yeksan
Düzün de çirkli pulla xəstə anamı xilas etmək?
Yoxsa təmiz pulla dəfn edib ona vermək ehsan?

Bəlkə də demək asan, bilirəm sənə də çətindir
Niyə isə yaxşı insan olmağı sənətə çevirdin
Həyatın sahibi olmaq, içim alışıb onla indi
Eybi yox, deməsinlər gedəndən sonra \Heyif, yaxşı oğlan idi...\

\x5bNəqərat\x5d \x5bNazryn\x5d
Sənin əlin əlimdədir, sənə hissim dərindədir
Amma burax əlimi, buradan tək gedirəm, ata

Sənin əlin əlimdədir, sənə olan hissim dərindədir
Amma burax əlimi, buradan tək gedirəm, ata

Bağışla, mən böyüdüm...

Sənin əlin əlimdədir, sənə hissim dərindədir
Amma burax əlimi, buradan tək gedirəm, ata

Sənin əlin əlimdədir, sənə olan hissim dərindədir
Amma burax əlimi, buradan tək gedirəm, ata

Bağışla, mən böyüdüm...


Orkhan Zeynalli tərəfindən Nazryn-in iştirakı ilə ifa olunan “Atalar və Oğullar” parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları \mikpro” MMC tərəfindən qorunur. © 2020

Etiketlər:

#OrkhanZeynalli #AtalarvəOğullar #mikpro


Müəllif: nina.az

Nəşr tarixi:

orkhan zeynalli ft nazryn atalar ve ogullar 2019 mp3 yukle, orkhan zeynalli ft. nazryn — atalar və oğullar | 2019, mp3, musiqi, mahni, yukle, pulsuz, mahni yukle, mp3 yukle, mp3 musiqi, musiqi yukle, bass, bass, hit, xit, pop, trap, mahnı yüklə, mp3 yüklə

Üst