L-Mirin \Demişdim Sənə\ treki artıq onlayndır.
L-Mirə YouTube-da abunə ol: https://mikpro.az/lmiryt
Rəqəmsal platformalarda dinlə: https://bfan.link/chengel
Musiqi: Amal’
Söz: L-Mir
Aranjiman: Amal
Miks və masterinq: Ramrade
Kover: Pərviz Babayev
L-Miri sosial şəbəkələrdə izlə:
Facebook: https://mikpro.az/lmirfb
Instagram: https://mikpro.az/lmirig
X: https://mikpro.az/lmirtw
Genius: https://mikpro.az/lmirgn
L-Miri rəqəmsal platformalarda dinlə:
Keçid: https://mikpro.az/lmir...
Sözlər:
\x5bNəqərat\x5d
Yolunu get, amma unutma, nə demişdim sənə
(Demişdim sənə, demişdim sənə)
“Fame” artdıqca artacaq fitnə, demişdim sənə
(Demişdim sənə, demişdim sənə)
Yolunu get, amma unutma, nə demişdim sənə
(Demişdim sənə, demişdim sənə)
Pul artdıqca artacaq fitnə, demişdim sənə
(Demişdim sənə, demişdim sənə)
\x5bBənd 1\x5d
Mən bu yoldayam dünyaya göz açandan
İtirib öz qüvvəsini, denən, söz haçandan
Oturub gözləyərkən bu təbin gəlişin
Musiqi dəyişib, musiqi çox pis dəyişib
Uzaqlaşmışam repdən, illərdir
“Old school” kimi artıq heç nə yellətmir
Vaxtı ilə sözümdən ötrü bizə çox qulaq asan olub
Ürəyi təmiz olan axtarmır hər şeyin asan yolun
Bütün hekayələr, sözsüz ki, bitmir eyni
Mən o insanam ki, haqqında deyirlər: “Bilir, neynəyir”
Seçirəm xəlvəti, hər qərarım qəti
Hər dəfə girərkən “будка”a demişəm həqiqəti
Qulaq asan deyir: “Mən yaşamışam eynisin”
İnan ki, qınamaram, eşitsəm dəyişib “playlist”in
Yada salıb özün üçün arada qulaq asarsan
Amma, amma daha əvvəlki kimi olmarsan
\x5bNəqərat\x5d
Yolunu get, amma unutma, nə demişdim sənə
(Demişdim sənə, demişdim sənə)
“Fame” artdıqca artacaq fitnə, demişdim sənə
(Demişdim sənə, demişdim sənə)
Yolunu get, amma unutma, nə demişdim sənə
(Demişdim sənə, demişdim sənə)
Pul artdıqca artacaq fitnə, demişdim sənə
(Demişdim sənə, demişdim sənə)
\x5bBənd 2\x5d
2025 bitir, vaxt elə uçur, çaşır adam
Elə bil yaş artdıqca səs-küydən uzaqlaşır adam
Əvvəllər hamı ilə yaxınlıq edirdinsə
Bu gün yalnız 1-2 nəfərlə dərdini paylaşır adam
Bunu dedim, hamı fikirləşdi: “Elmir də qocaldı, getdi”
Bəxtəvər “green card” udub, yolu açıldı, getdi
Mən çalışdım, elə yazım, dəyəri sözümün olsun
“Respect” zor şeydir, amma mənə lazımdır, ev özümün olsun
Deyirlər, atacaq, gördünsə, asılıb divardan tüfəng
Elə məndə də heç nə baş vermir təsadüfən
Fikirləşirdim ki, köçməklə taleyimi aldatdım
Bir də xəbər gəldi ki, canım Laçın qayıtdı
Darıxma, biz sənlə görmüşük artıq ən pik vaxtlar
İndi adımı sıfırdan başlayanlar sırasında axtar
Əməllə təsdiq etməlisən hər dediyini sözünlə
Pis yoldan çəkilən heç nə götürmür özü ilə
\x5bNəqərat\x5d
Yolunu get, amma unutma, nə demişdim sənə
(Demişdim sənə, demişdim sənə)
“Fame” artdıqca artacaq fitnə, demişdim sənə
(Demişdim sənə, demişdim sənə)
Yolunu get, amma unutma, nə demişdim sənə
(Demişdim sənə, demişdim sənə)
Pul artdıqca artacaq fitnə, demişdim sənə
(Demişdim sənə, demişdim sənə)
L-Mir tərəfindən ifa olunan \Demişdim Sənə\ parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları \mikpro\ tərəfindən qorunur. © 2025
Etiketlər:
#LMir #DemişdimSənə #mikpro
Müəllif: nina.az
Nəşr tarixi:
l mir demisdim sene resmi audio mp3 yukle, l-mir – demişdim sənə (rəsmi audio), mp3, musiqi, mahni, yukle, pulsuz, mahni yukle, mp3 yukle, mp3 musiqi, musiqi yukle, bass, bass, hit, xit, pop, trap, mahnı yüklə, mp3 yüklə