Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nadir şah Əfşarın ordusunda istifadə edilən kiçik və yüngül toplar zənburək adlanırdı . Zənburəklərin lülələrinin çapı Nadir şah qoşunlarında istifadə olunan ağ

Zənburəkçilər

  • Ana Səhifə
  • Vikipediya
  • Zənburəkçilər

Zənburəkçilər — Nadir şah Əfşarın ordusunda xidmət edən yüngül artilleriya bölməsi

Haqqında

Nadir şah Əfşarın ordusunda istifadə edilən kiçik və yüngül toplar zənburək adlanırdı . Zənburəklərin lülələrinin çapı Nadir şah qoşunlarında istifadə olunan ağır tüfənglərin çapından azacıq böyük olmaqla, orta topların çapından kiçik idi. Bu toplar lüləsinin əhatəsinə dolandırılmış tuğ və lüləsinin aşağısında olan mil və ox vasitəsilə şamdan adlanan yastığın üzərində bərkidilirdi. Sonra da bu yastıq dəvənin donqarları arasında bərkidilmiş dayaq üzərinə qoyulurdu. Zənburəklər dəvələr vasitəsilə daşınırdı. Onlardan istifadə zamanı dəvələr dizləri üzərinə yatırdılar və dəvələrin üzərindən götürülmədən onlardan atəş açılırdı. Hər dəvə yalnız bir zənburək aparırdı. Bunun üçün xüsusi dəvələr seçilir və həmin dəvələr zənburək daşınması üçün hazırlanırdı. Zənburəkçi dəvənin donqarının arxasında bərkidilmiş palanın üzərində oturaraq adətən sol əli ilə zənburəkin lüləsinin arxasından tutardı. Dəvənin sağ tərəfinə zənburəkin fitili, sol tərəfinə isə barıt və mərmi torbası asılardı. Mərmi torbasına 20-dək mərmi yükləmək olurdu. Atəş açılmasına başlanan zaman zənburəkçi dəvənin qatlanmış ayaqlarından birini açardı ki, atəşin qorxusundan dəvə asanlıqla ayağa qalxa bilməsin. Bundan başqa zənburək lüləsinin yastıq üzərində fırlanması dəvənin yerini dəyişmədən müxtəlif istiqamətlərə atəş açmağa imkan verirdi. Zənburəklərin atəş uzaqlığı çox da böyük deyildi. Bununla belə, atəşlərin yaratdığı gurultu qarşı tərəfdə vahimə yaratmağa kömək edirdi. Zənburəkçilər göy rəngli canlıq, geniş şalvar və uzun boğazı olan çarıq geyinirdilər. Başlarına isə yarıdan yuxarı konus şəklində daralan hündür papaq qoyurdular. Zənburəkçilər dəstəsi Nadir şahın topçu qüvvələrinin mühüm tərkib hissəsini təşkil edirdi və bu topların imkanlarından məharətlə istifadə edilməsi onların əhəmiyyətini xeyli artırırdı. Zənburəklərin silahlanmaya qəbul edilməsi də səfəvilər dövrünə aiddir. Tədqiqatçıların qənaətinə görə, hələ Şah Abbas dövründə bu toplardan istifadə edilməyə başlanmış və onun ilk strukturları yaradılmışdı. Amma səfəvilər qoşunlarında bu topların malik olduğu bütün imkanları reallaşdırmaq mümkün olmamışdı. Nadir şahın qoşunlarının tərkibində isə zənburəklərdən daha geniş və daha səmərəli istifadə olunması onların gərəkliliyini təsdiqlədi . Bunun nəticəsi kimi, müstəqil zənburəkçi strukturları formalaşdırıldı. Həmin strukturların təşkili də Nadir şahın öz qoşunlarının formalaşdırılmasına gətirdiyi yeniliklərdən biri idi.

Zənburəkçilər zənburəkçibaşına tabe olurdular. Nadir şahın qoşunlarında belə bir vəzifə mövcud idi. Zənburəkçilər başlarına yuxarıdan yarısı arxaya doğru ensizləşən papaqlar qoyurdular. Şah ordusunda Mehdi bəy Xorasani kimi məşhur zənburəkçibaşı faəliyyət göstərmişdi. O sonradan şahın fərmanı ilə Şrivan hakimi təyin olunmuşdu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zənburəkçilər haqqında məlumat. Zənburəkçilər nədir? Zənburəkçilər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Manna yarması

  • Fevral 27, 2026

    Meydan Larousse

  • Fevral 27, 2026

    Simens körpüləri

  • Fevral 27, 2026

    Müqəddəs

  • Fevral 12, 2026

    Oksigen

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst