Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zəhra Adıgözəl qızı Kərimova (1909, Eyvazlı, Zəngəzur qəzası – 1990, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ictimai təminat komissarı (1942–1946

Zəhra Kərimova

  • Ana Səhifə
  • Vikipediya
  • Zəhra Kərimova

Zəhra Adıgözəl qızı Kərimova (1909, Eyvazlı, Zəngəzur qəzası – 1990, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ictimai təminat komissarı (1942–1946) və naziri (1946–1952), Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri (1952–1954), Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibi (1938–1942).

Zəhra Kərimova
Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri
22 sentyabr 1952 – 5 aprel 1954
Əvvəlkiİsmayıl Əsgərov
SonrakıTahirə Tahirova
Azərbaycan SSR ictimai təminat naziri
28 mart 1946 – 6 noyabr 1952
Əvvəlkivəzifənin adı dəyişdirilib
SonrakıZüleyxa Seyidməmmədova
Azərbaycan SSR xalq ictimai təminat komissarı
13 yanvar 1942 – 28 mart 1946
ƏvvəlkiLeyla Babazadə
Sonrakıvəzifənin adı dəyişdirilib
Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibi
1938 – 1942
Şəxsi məlumatlar
Doğum tarixi 1909(1909)
Doğum yeri
  • Eyvazlı, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1990(1990) (80–81 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ

Təltifləri "Lenin" ordeni — 1942 "Şərəf nişanı" ordeni — 1945 "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Həyatı

Zəhra Adıgözəl qızı Kərimova 1909-cu ildə Zəngəzur qəzasının (hazırda Qubadlı rayonunun) Eyvazlı kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının azğınlığı nəticəsində Ağdama köçürlər. Əmək fəaliyyətinə 1920-ci ildə corab artelində başlayır. Gündüzlər işləyib, gecələr oxuyur. Komsomola keçir və 1928-ci ildə Bakıya partiya məktəbində oxumağa gəlir. 1930-cu ildə partiyaya keçir və rayonlara işləməyə göndərilir. Masallı RPŞ-də təşviqatçı, Gəncə RPŞ-də partiya kadrlar şöbəsinin müdiri, 1934-cü ildə Ağcabədi MTS siyasi şöbəsinin müavini işləmişdir.

Zəhra Kərimova 1938-ci ildə Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibi seçilir, 1939–1940-cı illərdə Moskva Ali Partiya Məktəbində oxuyaraq XVIII qurultaya nümayəndə olur. 1942-ci ilin yanvar ayında Azərbaycan SSR xalq ictimai təminat komissarı təyin olunur. 10 ildən artıq nazir olduqdan sonra 1952-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri sədri seçilir.

Zəhra Kərimova nazir işləyə-işləyə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə sənəd verərək oranı fərqlənmə diplomu ilə bitirib. 1954-cü ildə Nazirlər Sovetinə şöbə müdiri təyin edilmişdir. 1942-ci ildə "Lenin" ordeni, 1945-ci ildə isə "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.

1959-cu ildən İttifaq əhəmiyyətli təqaüdçü olmuşdur. 1990-cı ildə vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zəhra Kərimova haqqında məlumat. Zəhra Kərimova nədir? Zəhra Kərimova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vespertilionidae

  • Fevral 27, 2026

    Gettingen Universiteti

  • Fevral 27, 2026

    Yuri Boqolyubski

  • Fevral 27, 2026

    Sipidan şəhristanı

  • Fevral 26, 2026

    Abutalıb Abdullayev

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst