Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

2025-ci ildə "Azərbaycan DNT" layihəsinin bazasında yer alan genetik nəticələrə əsasən, Tovuz rayonundan olan Zülqədərovlar nəslinin bəy qoluna mənsub və ata xə

Zülqədərovlar

  • Ana Səhifə
  • Vikipediya
  • Zülqədərovlar

Zülqədərovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.

Zülqədərovlar
Titul Bəy
Əcdadı Zülqədər
Təbəəliyi Gəncə xanlığı, Rusiya İmperiyası Rusiya imperiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Genetik mənşə

2025-ci ildə "Azərbaycan DNT" layihəsinin bazasında yer alan genetik nəticələrə əsasən, Tovuz rayonundan olan Zülqədərovlar nəslinin bəy qoluna mənsub və ata xətti üzrə birbaşa oğul törəməsindən götürülmüş nümunənin Y-DNT nəticəsinin O haploqrupunun MF15000 alt subkladına aid olduğu müəyyən edilmişdir. Mövcud genetik və filogenetik məlumatlara görə, O-MF15000 altqolu Azərbaycanda müşahidə olunan türkmənşəli paternal xətlərdən biri kimi qiymətləndirilir. "Discovery" və "YFull" DNT interpretasiya platformalarında aparılan müqayisələr göstərir ki, bu subkladın daşıyıcıları əsasən Çinin müxtəlif bölgələrində yaşayan mancurlar, bir sıra monqol tayfaları, Koreyanın tarixi zadəgan ailələri, eləcə də Yaponiyaya köç etmiş qollar arasında qeydə alınmışdır. Analiz edilmiş nümunə fərdi xarakter daşıyır və N57660 elmi kit nömrəsi ilə layihənin məlumat bazasına daxil edilmişdir. Elmi tədqiqatlara əsasən, O-MF15000 subkladının formalaşma yaşı təxminən 4500–5000 il olaraq qiymətləndirilir. Bu mutasiyanın aşkarlandığı nümunələrin coğrafi yayılma arealı əsasən Çin, Monqolustan və Yaponiya ətrafındakı bölgələri əhatə edir. Genetik əlaqələrin daha dəqiq müəyyən edilməsi və filogenetik boşluqların aradan qaldırılması üçün xüsusilə Zülqədər tayfasına mənsub şəxslər arasında, həmçinin Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan nümunələr üzrə testlərin artırılmasının zəruri olduğu qeyd olunur.

Zülqədərovların 34.278 desyatin torpağı olub. Həmin torpaqlarda dəfələrlə silahlı kəndli üsyanları baş verib. Qatır Məmmədin rəhbərliyi ilə kəndli hərəkatı Zülqədərovların torpaqlarını da bürüyüb və 1918-ci il yanvarın 5–6-da baş verən üsyan zamanı nəslin başçısı kimi tanınan məşhur Allahyar bəy Zülqədərov öldürülüb. Arxiv sənədləri əsasında hesablanıb ki, 1918-ci ilin 5–6 yanvar günlərində Allahyar bəyin üç qardaşı, oğlu Məmməd bəy, kiçik qızı Şahbanu xanım və arvadı Seyidnisə xanım da daxil olmaqla Zülqədərovlar nəslindən 20 nəfər qətlə yetirilib.

Soyun tanınmış nümayəndələri

  • Lütvəli bəy Zülqədərov — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Göyçay qəzasının rəisi, Gəncə üsyanının iştirakçısı.
  • Kamran bəy Zülqədərov — general.
  • Allahyar bəy Zülqədərov — bəy,mülkədar.
  • Qara bəy Qarabəyov — Allahyar bəy Zülqədərov bacısı oğlu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zülqədərovlar haqqında məlumat. Zülqədərovlar nədir? Zülqədərovlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bayatı-Qacar

  • Fevral 27, 2026

    Qazma

  • Fevral 27, 2026

    Maqmatik süxurlar

  • Fevral 25, 2026

    Midraş

  • Fevral 26, 2026

    Azərbaycan nağılları

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst