Ziya Salman oğlu Hacızadə (29 aprel 1934, Baş Göynük, Nuxa rayonu – 29 sentyabr 2004, Bakı) — Azərbaycan alimi, geologiya-mineralogiya elmləri namizədi.
| Ziya Hacızadə | |
|---|---|
| Ziya Salman oğlu Hacızadə | |
| Doğum tarixi | |
| Doğum yeri |
|
| Vəfat tarixi | |
| Vəfat yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
| Vətəndaşlığı | |
| İş yerləri |
|
| Təhsili |
|
Həyatı
Ziya Hacızadə 29 aprel 1934-cü ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. O, 1951-ci ildə Bakı şəhər 1 saylı orta məktəbi bitirmiş, ardınca isə Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. Hacızadə buradan 1956-cı ildə məzun olmuşdur. O, məzun olduqdan sonra Neft Daşlarına işə göndərilmiş, 1962-ci ilə qədər orada operator, mühəndis və böyük mühəndis vəzifələrində çalışmışdır. Hacızadə 1967-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunda "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" kafedrasında əyani aspiranturanı bitirmiş və "Neftlilik-qazlılıqla əlaqədar olaraq Abşeron vilayəti qərb kənar zonasında qırməkanaltı lay dəstəsinin hidrogeoloji və hidrokimyəvi xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Ziya Hacızadə namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" kafedrasında mühəndis, elmi işçi vəzifələrində çalışmışdır. O, 1968–1972-ci və 1980–1981-ci illərdə Əlcəzairdə, Əhməd Buqarə adına Bumerdes Universitetində fransız dilində geoloji fənlərdən dərs demişdir. Hacızadə 1972-ci ildən isə Azərbaycan Dövlət Neft Akademiyasının "Neft-qaz mədən geologiyası" kafedrasında dosent vəzifəsində çalışmışdır. O həmçinin, uzun müddət geoloji-kəşfıyyat fakültəsinin dekan müavini və dekanı olmuşdur.
Ziya Hacızadə 29 sentyabr 2004-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Elmi fəaliyyəti
Ziya Hacızadə bir sıra dərslik, dərs vəsaiti və metodik göstərişlərin müəllifidir. 1981-ci ildə onun 27,8 ç.v. həcmində "Neft-qaz axtarışı və neft-mədən geologiyası" dərsliyi "Maarif" nəşriyyatında çap edilmişdir. 1966-cı ildə "Hidrogeologiya" (3,5 ç.v.), 1979-cu ildə "Neft-qaz yataqlarının hidrogeologiyasının əsas məsələlərinə dair" (5 ç.v.), "SSRİ-nin əsas neftli-qazlı artezian hövzələrinin hidrogeologiyası" (2,75 ç.v.) dərs vəsaitləri Az.NKİ-nin nəşriyyatında çap olunmuşdur. Bunlardan əlavə o, neft və qaz ehtiyatlarının hesablanması, struktur geologiya fənləri üzrə bir sıra metodik göstəriş və laboratoriya tapşırıqlarının müəllifidir.
Bir sıra elmi konfranslarda hidrogeologiya üzrə məruzələr etmişdir. Onun 50-dən artıq elmi məqaləsi vardır ki, onlardan üçü Əlcəzairdə çap edilmişdir. Ziya Hacızadə 1991-ci ildə SSRİ Geologiya Nazirliyi tərəfindən "Yer dərinliklərinin kəşfı əlaçısı" nişanı ilə təltif edilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ziya hacızadə sözünün mənası, ziya hacızadə haqqında məlumat. ziya hacızadə nədir? ziya hacızadə nə deməkdir?