Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zaur Xasay oğlu Məhərrəmov (28 yanvar 1938, Bakı – 23 avqust 2025, Əskişəhər) — Azərbaycan kinooperatoru, rejissor və ssenari müəllifi, Azərbaycan SSR əməkdar i

Zaur Məhərrəmov

  • Ana Səhifə
  • Vikipediya
  • Zaur Məhərrəmov

Zaur Xasay oğlu Məhərrəmov (28 yanvar 1938, Bakı – 23 avqust 2025, Əskişəhər) — Azərbaycan kinooperatoru, rejissor və ssenari müəllifi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1982), Azərbaycan SSR Lenin komsomolu mükafatı (1976).

Zaur Məhərrəmov
Zaur Xasay oğlu Məhərrəmov
Doğum adı Zaur Xasay oğlu Məhərrəmov
Digər adı Zaur Məhərrəm
Doğum tarixi 28 yanvar 1938(1938-01-28)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 23 avqust 2025(2025-08-23) (87 yaşında)
Vəfat yeri
  • Əskişəhər, Əskişəhər ili[d], Türkiyə
Dəfn yeri
  • Əskişəhər Əsri qəbiristanlığı[d]
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Türkiyə Türkiyə
Fəaliyyəti kinooperator, operator, sənədli film rejissoru
Təhsili
  • Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti
Mükafatları Azərbaycan SSR əməkdar incəsənət xadimi Azərbaycan Lenin komsomolu mükafatı
IMDb ID1190185

Mündəricat

Həyatı

Zaur Xasay oğlu Məhərrəmov 1938-ci il yanvarın 28-də Bakıda ziyalı ailəsində anadan olub. Fəaliyyətə 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında assistent kimi başlayaraq, 1957-1963-cü illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperator fakültəsində təhsil alıb və institutu əla qiymətlərlə bitirərək "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi fəaliyyətini davam etdirib. O, 16 bədii filmin quruluşçu operatoru olub və bu əsərlərlə Azərbaycan kinosunun operator məktəbini daha da yüksək zirvələrə qaldırıb.

1963-cü ildən "Azərbaycanfilm" kinostudiyasında çalışır. Bir neçə sənədli filmin rejissorudur.

Tamaşaçıların sevə-sevə baxdıqları "Uşaqlığın son gecəsi", "Dərviş Parisi partladır", "Ad günü", "Uzun ömrün akkordları" və s. bədii filmlərin quruluşçu operatoru Zaur Məhərrəmovdur.

80-ci illərin əvvəllərindən rejissor və ssenarist kimi fəaliyyətini davam etdirərək, öz yaradıcılığını sənədli kinoya həsr edib və 1984-cü ildə "Yaddaş" studiyasını yaradaraq, həmin studiyada ölkəmizə böyük uğurlar gətirən "Bakı balkonları", "Köç", "Üzeyir Hacıbəyov", "Həbib və Gülxanım" və c. filmlərini yaradıb.

Onun müəllifi olduğu filmlər bir çox Beynəlxalq Festivallarda iştirak edərək mükafatlara layiq görülüb. Son olaraq, "Həbib və Gülxanım" filmi 9-cu Nyu-York Türk filmləri festivalına qatılıb və uğur qazanıb.

Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Dövlət Mükafatı Laureatı, professor Zaur Məhərrəmov Professional Kinorejissorlar Gildiyasının üzvü olaraq milli kinematoqrafın ictimai həyatında fəal iştirak edən, hər zaman yaradıcılıq axtarışında olan, kino sənətinin bütün incəliklərinə yiyələnmiş yüksək peşəkar, öz həmkarları və dostları arasında böyük nüfuza və hörmətə malik bir sənətçidir.

Bu gün o, Türkiyənin Anadolu Universitetinin kino və TV bölməsində dərs deyərək, öz bilik və bacarığını qardaş türk xalqının kinosunun inkişafına həsr edərək Türkiyə sinemaçıları ilə Azərbaycan kinematoqrafçıları arasında ünsiyyət yaradılmasında körpü rolunu oynayır. Onun təzə çapdan çıxmış "Kino üzərində düşüncələr" kitabı isə kinematoqrafa olan vurğunluğunun və sədaqətinin daha bir təzahürüdir.

2015-ci ildə Kinorejissorlar Gildiyasının İdarə Heyətinin qərarı ilə "Milli kinonun inkişafına verdiyi töhfələrə görə" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.

23 avqust 2025-ci ildə 87 yaşında Əskişəhərdə vəfat etmişdir.

Mükafatları

  • Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1976
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1 dekabr 1982

Filmoqrafiya

  1. Ad günü (film, 1977)(tammetrajlı bədii film)-quruluşçu operator
  2. Almas İldırım (film, 1991)
  3. Avtoqraf (film, 1986)
  4. Azərbaycan, Azərbaycan (film, 1970)
  5. Azərbaycan haqqında etüd (film, 1969)
  6. Azərbaycanda müsəlmanların həyat tərzi haqqında (film, 1987)
  7. Azərbaycana səyahət (film, 1988)
  8. Baharla birgə (film, 1978)
  9. Bakı eyvanları (film, 1986)
  10. Bakı komissarı Məşədi Əzizbəyov (film, 1975)
  11. Böyük tamaşa (film, 1974)
  12. Burada başlanmışdır (film, 1974)
  13. Cəfər Cabbarlı (film, 1969)
  14. Çoxsahəli pambıq əkini sahələrində balanslaşdırılmış yem bitkiləri (film, 1984)
  15. Çörək (film, 1970)
  16. Daş saat (film, 1975)
  17. Daş yaddaş (film, 1986)
  18. Daşlar danışanda (film, 1976)
  19. Dəniz (film, 1965)
  20. Dərviş Parisi partladır (film, 1976)
  21. Dostluq körpüləri (film, 1980)
  22. Dünya bir pəncərədir (film, 1990)
  23. EKSPO-75 (film, 1975)
  24. Əmbizlərin keşiyində (film, 1988)
  25. Əshabi-Kəhf (film, 2000)
  26. Əzablı yollar (film, 1995)
  27. General Aslanov (film, 1970)
  28. Gənclər festivalı (film, 1969)
  29. Gözlə məni (film, 1980)
  30. Xaraba Gilan (film, 1991)
  31. Xatirələr sahili (film, 1972)
  32. İlk hücum (film, 1985)
  33. İsti halvanın dadı (film, 1987)
  34. İstiqlal yollarında (film, 1990)
  35. Kəndlərin harayı (film, 1987)
  36. Köç (film, 1983)
  37. Qırmızıbayraqlı Azərbaycan (film, 1980)
  38. Qızıl qaz (film, 1972)
  39. Qobustan (film, 1967)
  40. Qocalar, qocalar... (film, 1982)
  41. Mən mahnı qoşuram (film, 1979)
  42. Meydan (film, 1989)
  43. Mirzə Kazım bəy (film, 1983)
  44. Naxışların yaddaşı (film, 1973)
  45. Neft Daşları (film, 1990)
  46. Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976)
  47. "Nina" mətbəəsi (film, 1963)
  48. Nurlu qəbirlər. Qaspralı İsmayıl bəy (film, 1993)
  49. Odla təmasda (film, 1972)
  50. Salam, Azərbaycan! (film, 1966)
  51. Sənsiz (film, 1991)
  52. Soltan quşunun sorağında (film, 1988)
  53. Sovet Azərbaycanı (film, 1982)
  54. Söz əsrlərlə yaşayır (film, 1979)
  55. Su ərizəsi (film, 1964)
  56. Suriyada (film, 1970)
  57. Sübh adasında qürub (film, 1987)
  58. Şəki sarayı (film, 1965)
  59. Şirvanşahlar sarayı (film, 1969)
  60. Tənha narın nağılı (film, 1984)
  61. Uşaqlığın son gecəsi (film, 1968)
  62. Üzeyir Hacıbəyov (film, 1986)
  63. Üzeyir ömrü (film, 1981)
  64. Üzü küləyə (film, 1977)
  65. Yaz harada, biz orada (film, 1984)
  66. Yeniləşmiş diyar (film, 1984)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zaur məhərrəmov sözünün mənası, zaur məhərrəmov haqqında məlumat. zaur məhərrəmov nədir? zaur məhərrəmov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Adaptiv optika

  • Fevral 27, 2026

    Təbii hüquq

  • Fevral 27, 2026

    Blua

  • Fevral 27, 2026

    Oyrat xanlığı

  • Fevral 22, 2026

    14 yanvar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst