Zamanlı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Mormor kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Arabaçı kənd Sovetinin Zamanlı kəndi Mormor kənd Sovetinin tərkibinə verilmişdir.
| Zamanlı | |
|---|---|
| |
| 40°39′01″ şm. e. 45°26′03″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.346 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ2112 |
![]() Zamanlı | |
Toponimikası
Kəndin keçmiş adı Sərkar olmuşdur. Yerli məlumata görə, kəndi vaxtilə Qızılalı oğlu Zaman salmış və kənd də onun adı ilə adlandırılmışdır. Kəndin əhalisi əsasən xəlfəli tayfasına mənsub ailələrdən ibarətdir. Oykonim Zaman (şəxs adı) və -lı komponentlərindən düzəlib.
Tarixi
Zamanlı kəndinin tarixi albanların bu ərazilərdə yaşadığı IV-V əsrlərə gedib çıxır.
2010-cu il sentyabrın 11-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgərləri tərəfindən bu kəndin ərazisində təxribat törətməyə çalışan Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Manvel Sarıbekyan tutulmuşdur. Daha sonrakı araşdırmalar nəticəsindən məlum olmuşdur ki, Manvel Sarıbekyan Azərbaycan tərəfinə kənd məktəbini partlatmaq üçün keçib.
Coğrafiyası və iqlimi
Kənd Murğruz silsiləsinin yamacında yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 649 nəfər əhali yaşayır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zamanlı (Gədəbəy) haqqında məlumat. Zamanlı (Gədəbəy) nədir? Zamanlı (Gədəbəy) nə deməkdir?

