Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əsgərli Zaman Şükür oğlu — Azərbaycan ədəbiyyatşünası, tənqidçi, publisist, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycan Yazıçılar Birli

Zaman Əsgərli

  • Ana Səhifə
  • Vikipediya
  • Zaman Əsgərli

Əsgərli Zaman Şükür oğlu — Azərbaycan ədəbiyyatşünası, tənqidçi, publisist, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997).

Zaman Əsgərli
Doğum tarixi 17 yanvar 1953
Doğum yeri Kərimbəyli, Salyan rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 2018 (64–65 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Şükür Əsgərli
Elm sahəsi ədəbiyyatşünaslıq
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı baş elmi işçi
İş yeri AMEA Nizami adına Ədəbiyyat İnstitutu
Təhsili ADPİ Filologiya fakültəsi

Həyatı

Zaman Əsgərli 1953-cü il yanvar ayının 17-də Salyan rayonuunun Kərimbəyli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil almışdır (1970–1974).

Salyan rayonundakı Qaraçala qəsəbə orta məktəbində müəllim işləmiş, həqiqi hərbi xidmətdə olmuşdur.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1976–1979). "N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi və onun Azərbaycan ədəbi-ictimai fikrində mövqeyi" mövzusunda namizədlik (1980), "Azərbaycan faciəsinin poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1992). Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifəsində çalışmışdır (1979–2018-ci illərdə).

Eyni zamanda ali və orta ümumtəhsil məktəblərində müəllim, professor, kafedra müdiri, "Vətənpərvər" və "Azərbaycan müəllimi" qəzetləri redaksiyalarında redaktor, şöbə müdiri, ədəbi işçi vəzifələrində işləmişdir. Şair Fikrət Sadığın "Dəniz küçəmizə gəlir" kitabı haqqında yazdığı ilk məqaləsi 1968-ci ildə hələ orta məktəbdə oxuyarkən "İşıq" qəzetində çap olunmuşdur.

Professor Zaman Əsgərli 2018-ci il avqustun 22-də infarktdan vəfat etmiş və doğulduğu Salyan rayonunda dəfn olunmuşdur.

Əsərləri

  1. N.Vəzirovun "Müsibəti-Fəxrəddin faciəsi". Bakı: Elm, 1985, 100 s.
  2. Ədəbiyyat. Orta məktəbin X sinfi üçün dərslik. Bakı: Maarif, 1996, 432 səh. (şərikli).
  3. Nəcəf bəy Vəzirov. Bakı: Şuşa, 1998, 56 səh.
  4. Nağı dayı (publisistik povest). Bakı: Azərbaycan, 1998, 80 səh.
  5. Əziz Mirəhmədov. Bakı: Elm, 2000, 112 səh.
  6. Ədəbiyyat. Orta məktəbin X sinfi üçün dərslik. Bakı: Maarif, 2001, 328 səh. (şərikli).
  7. Mirzəşəfi Vazeh. Bakı: Elm, 2010.
  8. XX əsr Azərbaycan poeziyası (Tərtib, müqəddimə, qeydlər). Bakı, 2005
  9. Əsgərli Z. Poetika: izahlı sözlük. Bakı: Elm, 2014, 262 s.

Filmoqrafiya

  1. Sübhün səfiri (film, 2012)
  2. Kəminə (film, 2018)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zaman əsgərli sözünün mənası, zaman əsgərli haqqında məlumat. zaman əsgərli nədir? zaman əsgərli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kod

  • Mart 01, 2026

    Tərkibbənd

  • Fevral 27, 2026

    Həviq

  • Fevral 27, 2026

    İstanbul vilayəti

  • Mart 06, 2026

    Byork

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst