Zərifə Teymur qızı Salahova (2 fevral 1932, Bakı) — Azərbaycan ictimai xadimi, Miniatür kitab muzeyinin təsisçisi və rəhbəri.
| Zərifə Salahova | |
|---|---|
| |
| Doğum tarixi | 2 fevral 1932 (94 yaş) |
| Doğum yeri | |
| Fəaliyyəti | kurator[d], museum founder[d] |
| Mükafatları | |
Həyatı
Zərifə Teymur qızı Salahova 1932-ci il fevralın 2-də Bakı şəhərində doğulub. 1952-ci illərdə Sabir adına Pedaqoji məktəbi bitirib. 1952–1956-cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1966–1967-ci illərdə Sov. İKP MK yanında Ali Partiya Məktəbinin dinləyicisi olub. 1956–1958-ci illərdə orta məktəbdə ibtidai sinif pedaqoqu, rus dili və ədəbiyyatı müəllimi işləyib. 1958–1962-ci illərdə "Minqeçaurskiy raboçiy" və "Kommunist Sumqaita" qəzetlərinin əməkdaşı olub.
1962–1966-cı illərdə Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin təlimatçısı, mühazirəçisi, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində işləyib. 1970–1981-ci illərdə Azərbaycan KP MK-nin təşkilat-partiya işi şöbəsinin partiya informasiya sektorunun müdiri olub. 1981–1993-cü illərdə Azərbaycan SSR Kitab Həvəskarları Könüllü Cəmiyyətinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsini tutub.
İctimai-siyası fəaliyyəti
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edir.
1993-cü ildən "Kitab" Cəmiyyəti İdarə Heyətinin sədridir. 2002-ci ildən Azərbaycan Qadınları Bakı Assosiasiyasının sədridir. Onun yaratdığı Miniatür kitab muzeyi 2 aprel 2002-ci ildə öz fəaliyyətinə başlamışdır.
2005 və 2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkəti Müşahidə Şurasının üzvü təyin edilib.
Mükafatları
1 fevral 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda kitab mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
2012-ci ildə Belarus Prezidentinin Fərmanına əsasən Belarus Respublikasının dövlət mükafatı – "Fransisk Skarina" medalına layiq görülmüşdür.
1 fevral 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda ictimai və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.
Həmçinin bax
- Dünya şöhrətli rəssam Tahir Salahovun bacısıdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zərifə Salahova haqqında məlumat. Zərifə Salahova nədir? Zərifə Salahova nə deməkdir?
