Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zümrüd Qulam qızı Axundova (1 mart 1912, Nuxa – 7 dekabr 1961, Bakı) — Azərbaycan pedoqoqu, pedaqoji elmlər namizədi elmi dərəcəsini almış ilk azərbaycanlı qadı

Zümrüd Axundova

  • Ana Səhifə
  • Vikipediya
  • Zümrüd Axundova

Zümrüd Qulam qızı Axundova (1 mart 1912, Nuxa – 7 dekabr 1961, Bakı) — Azərbaycan pedoqoqu, pedaqoji elmlər namizədi elmi dərəcəsini almış ilk azərbaycanlı qadın alim.

Zümrüd Axundova
Zümrüd Qulam qızı Axundova
Doğum tarixi 1 mart 1912
Doğum yeri
  • Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 7 dekabr 1961 (49 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı
  • Məmməd Arif
Uşağı
  • Araz Dadaşzadə
İş yerləri
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti,
  • Azərbaycan Dillər Universiteti,
  • Bakı Dövlət Universiteti
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti,
  • Moskva Dövlət Pedaqoji Universiteti[d]
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Mündəricat

Həyatı

Zümrüd Axundova 1912-ci il martın 1-də Şəkidə anadan olub. Orta təhsilini Bakı Pedaqoji texnikumunda alıb (1927-ci ildə bitirib). Həmin ildən dərs deməyə başlayıb. 15 yaşından 5 saylı məktəbdə müəllimlik edib. 1929-cu ildə Xalq Maarif Komitəsi tərəfindən nümunəvi komsomol məktəbinə keçirilib. Eyni zamanda Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunda oxuyub. 1931-ci ildə İnstitutu bitirib, aspiranturaya qəbul olunub. 1934-cü ildə aspirant kimi təhsilini Moskvada Ali Kommunist Maarifi İnstitutunda davam etdirib. Orada akademik Y.N. Medınskinin rəhbərliyi ilə 1 il çalışdıqdan sonra aspiranturanı bitirib. Bakının müxtəlif ali məktəbləri – Azərbaycan Pedaqoji İnstitutu, Xarici Dillər İnstitutu, Azərbaycan Dövlət Universitetində də pedoqoji fəaliyyətlə məşğul olub.

1943–1948-ci illərdə Qiyabi Pedaqoji İnstitutda pedaqogika kafedrasına rəhbərlik edib. 1948-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Universitetində (ADU) çalışıb. 1951-ci ildə dosent elmi adını alıb.

İlk azərbaycanlı qadın alim

Zümrüd Axundova həyat yoldaşı Məmməd Arif Dadaşzadə ilə

1949-cu ildə "Azərbaycanda qadın təhsili tarixindən. 1900–1914-ci illər" mövzusunda dissertasiya müdafiə edib. Pedaqoji elmlər namizədi elmi dərəcəsini almış ilk azərbaycanlı qadın alimdir. Akademik Y. Medınski Z. Axundovanın tədqiqatı haqqında rəyində yazırdı: "SSRİ-dəki qeyri-rus xalqlarının maarif tarixi məsələlərini öyrənmək tarixi-pedaqoji tədqiqatın ən mühüm vəzifələrindən biridir.

Z.Axundovanın əsəri bu cəhətdən xüsusilə qiymətlidir, çünki o, Azərbaycanda qadın təhsili tarixini ilk dəfə tədqiq etmişdir. Azərbaycan müəllimi qəzeti isə Zümrüd xanımın nailiyyətini belə dəyərləndirmişdir: "Bu, yalnız elm sahəsində müvəffəqiyyətlə çalışan Azərbaycan qadınlarının deyil, bütün Azərbaycan sovet mədəniyyətinin yeni nailiyyətidir".

Fəaliyyəti

Z.Axundova müxtəlif təhsil ocaqlarında məktəblilər, valideynlər qarşısında təlim-tərbiyə mövzularında mühazirələr oxuyub. Gənc Azərbaycan qadınlarının təhsilə cəlb olunmasında böyük rol oynayıb.

İkinci Dünya müharibəsi dövründə ADU qəzetinin redaktoru olub, əhali arasında təşviqat aparıb.

Z.Axundovanın Azərbaycanda uşaq ədəbiyyatının inkişafına dair elmi araşdırmaları da maraq kəsb edir. "Azərbaycan qadını" jurnalı ilə müntəzəm əməkdaşlıq etmişdir.

Təltifləri

Qırmızı Əmək Bayrağı (1946), Şərəf Nişanı (1953) ordenləri, medallarla- "За оборону Кавказа", "За доблестный труд в Великой Отечественной войне" – təltif olunub.

Ailəsi

Zümrüd xanım ailədə də xanım-xatın bir qadın olmuşdur. Onun sayəsində ailəsi kiçik bir elm və mədəniyyət ocağına çevrilmişdir. Burada Azərbaycan ədəbiyyatşünaslığının yaradıcılarından biri – akademik Məmməd Arif Dadaşzadə (1904–1975) kimi görkəmli alim yaşamış, yazıb-yaratmışdır. Zümrüd xanımın oğlu – Araz Dadaşzadə (1936–1990) filologiya elmləri doktoru, Əməkdar Elm Xadimi, Azərbaycan Ensiklopediyasının baş redaktoru olmuşdur. Nəvələri – Aqşin Dadaşzadə — filologiya üzrə fəlsəfə doktoru, Zümrüd Dadaşzadə — sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi tarixi" kafedrasının professoru, Əməkdar İncəsənət Xadimidir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zümrüd Axundova haqqında məlumat. Zümrüd Axundova nədir? Zümrüd Axundova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sinxay inqilabı

  • Fevral 27, 2026

    Segunda División

  • Fevral 23, 2026

    7 may

  • Fevral 27, 2026

    Qramofon

  • Fevral 27, 2026

    Alma (meyvə)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst