Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yuxarı Seyidəhmədli — Azərbaycan Respublikasının Füzuli rayonunun Yuxarı Seyidəhmədli kənd inzibati ərazi dairəsində kənd.

Yuxarı Seyidəhmədli

  • Ana Səhifə
  • Vikipediya
  • Yuxarı Seyidəhmədli

Yuxarı Seyidəhmədli — Azərbaycan Respublikasının Füzuli rayonunun Yuxarı Seyidəhmədli kənd inzibati ərazi dairəsində kənd.

Yuxarı Seyidəhmədli
39°34′48″ şm. e. 47°15′39″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Füzuli rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 19
Xəritəni göstər/gizlə
Yuxarı Seyidəhmədli xəritədə
Yuxarı Seyidəhmədli
Yuxarı Seyidəhmədli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu Kəndlə vaxti ilə eyni kənd sovetliyində olan Şükürbəyli kəndi "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Füzuli rayonunun Kərimbəyli bələdiyyəsinin ərazisinə daxil edilib.

Mündəricat

Tarixi

Birinci Qarabağ müharibəsi zamanı işəaldan əvvəl bu Kənd təxminən 400–450 evdən ibarət idi. Kənddə klub, idarə binası, kitabxana, tibb məntəqəsi və tam orta məktəb var idi. Qonşu kəndlərdən uşaqlar (Aşağı Seyidəhmədli, Qorqan, Aşağı Aybasanlı, Merdinli, Alxanlı) Yuxarı seyinəhmədli kənd məktəbinə oxumağa gələrdilər.

Kəndlə rayon arasında hər gün avtobus işləyərdi. Həmin avtobus Şükürbəyli kəndindən gəlib Aşağı Seyidəhmədli və Yuxarı Seyidəhmədli kəndlərindən keçib Füzuliyə gedərdi. Kəndin müxtəlif yerlərində artezian quyuları var idi.

Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.

2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.

Yuxarı Seyidəhmədli kəndinın yaranması təxminən XVll-XVlll ci əsrlərə təsadüf edir. Bu kənddə insanlar özlərinə ev tikmək üçün bünövrə qazdıqda bəzi yerlərdə torpağın altında yaşı 3–4 min illərlə ölçülən sağsı qab-qacaq qırıntılarına və bəzi qazma vaxtları isə qiymətli sikkələrə rast gəlinirdi. Kənd əhalisi hansı soydan gəldiyini araşdırma zamanı və digər qonşu kəndləri də araşdırıldıqda əsasən kökü, indiki İran İslam Respublikasının ərazisinə Şərqi Azərbaycan vilayətinə gedib çıxır. Yaşayış yerinin qədimi adı əvvəllər oranın camaatını heyvandarlıqla məşğul olduqları və yaylaqlara-qışlaqlara getdikləri üçün (Yuxarı Seyidəhmədli (Yuxarı Qışlaq) və Aşağı Seyidəhmədli isə(Aşağı Qışlaq) adın daşımışdır. Sonralar isə bölgənin ən hörmətli və tanınmış din adamı olan Övliya Seyyid Əhməd ağanın adı ilə Seyidəhməd obası və daha sonralar isə Yuxarı və Aşağı Seyidəhmədli kəndlərii kimi tanınmışdır.

Toponimikası

Quruçayın sol sahilində yerləşir və Yarım Düzənlikdədir. Oykonimin birinci komponenti kəndin yerləşdiyi coğrafi mövqeyi, ikinci komponent isə burada məskunlaşmış Seyidəhmədli nəslinin adını əks etdirir.

Coğrafiyası və İqlimi

Yuxarı Seyidəhmədli kəndi Quruçayın sol sahilindən təxminən 2 km aralıda yerləşirdi və rayonun iri kəndlərindən biri idi. Yuxarı Seydəhmədli kəndinin torpaqları digər qonşu kəndlərin torpaqları ilə, şimaldan Merdinli, qərbdən Mahmudlu, cənub-qərbdən Aşağı Aybasanlı, cənubdan Qorqan, şərqdən isə Aşağı Seyidəhmədli kəndləri ilə əhatə olunmuşdur və sovxoz, kolxoz dövründə əkin və otlaq sahələrinin bir hissəsinin bu kəndlərə verilməsi ilə nəticələnmişdir.

1960-cı illərdə Yuxarı Seydəhmədli kəndinin 4 tərəfi pambıq, 1970–80-ci illərdə isə üzüm əkin sahəsi olduğundan, camaatın şəxsi mal-qarasını otarmaq və saxlamaq üçün imkanları daralmışdır. O üzdən kənd camaatı heyvanları "Qarasuyun qırağı", "40 hektar" "Samalyot" dərəsi adlanan ərazilərə aparardı.

Füzuli rayon Yuxarı Seyidəhmədli kəndi 1993-cü ildə təxminən 450–500 təsərrüfatdan və 3000-ə yaxın əhalisi olub.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, üzümçülük, maldarlıq və heyvandarlıq olub.

Həmçinin bax

  • Aşağı Seyidəhmədli

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yuxarı Seyidəhmədli haqqında məlumat. Yuxarı Seyidəhmədli nədir? Yuxarı Seyidəhmədli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şahbulaq məscidi

  • Fevral 27, 2026

    Marneuli

  • Fevral 27, 2026

    Bakı-Tbilisi-Ceyhan

  • Fevral 27, 2026

    Domisian

  • Fevral 27, 2026

    Çerepovets

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst