Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yusif Mənsur oğlu Şeyxov (d. 2 fevral 1951) — Azərbaycan ssenaristi, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000), Azərbaycan Respublikası Mədəniyyət və Turizm

Yusif Şeyxov

  • Ana Səhifə
  • Vikipediya
  • Yusif Şeyxov

Yusif Mənsur oğlu Şeyxov (d. 2 fevral 1951) — Azərbaycan ssenaristi, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri. 2018-ci 2021-ci illərdə Dövlət Film Fondunda baş mütəxəssis vəzifəsində çalışmışdır.

Yusif Şeyxov
Yusif Mənsur oğlu Şeyxov
Doğum tarixi 2 fevral 1951 (75 yaş)
Doğum yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Azərbaycan Azərbaycan SSR
Fəaliyyəti Ssenarist
Fəaliyyət illəri 1964-indiyədək
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Mündəricat

Həyatı

Yusif Şeyxov 1951-ci il fevralın 2-də Bakıda anadan olub. Burada 23 saylı orta məktəbi bitirib. İki il (1969-1970) Neft-Kimya İnstitutunda, 1970-1975-ci illərdə İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb.

Fəaliyyəti

Yusif Şeyxov 13 yaşında məşhur olarkən Sehrli xalat filmində pioner Eldar rolunda çəkilib. Sonradan "Azərbaycanfilm" kinostudiyasında, 1979-1985-ci illərdə isə Dövlət Kinematoqrafiya Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 1985-1989-cu illərdə "Azərkinoprokat" idarəsinin müdiri işləyib. 1990-2001-ci illərdə "Azərkinovideo" birliyində baş direktor müavini vəzifəsində çalışıb. Kinoya bağlılıq uşaqlıq yaşlarından – "Mən rəqs edəcəyəm" filmində epizodik rolda, "Sehrli xalat" filmində baş rollardan birinə çəkildikdən sonra yaranıb. Bir neçə sənədli ("Qobustan", "Portret. Tokay Məmmədov", "Dua" və b.), animasiya ("Qızıl", "İt sərgisi") fiminin, eləcə də "Arxada qalmış gələcək" bədii filminin ssenari müəllifidir. "Mozalan" kinojurnalı üçün süjetlər yazıb: "Tövbə", "Halal" və s.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya

Aktyor kimi

  1. Sehrli xalat (film, 1964)(tammetrajlı bədii film)

Rejissor assistenti kimi

  1. Vulkana doğru (film, 1977-1978) (3-seriyalı bədii televiziya filmi)
  2. Dantenin yubileyi (film, 1978)(tammetrajlı bədii film)
  3. Yarımçıq qalmış mahnı (film, 1979)(tammetrajlı bədii film)

Rejissor və ssenari müəllifi kimi

  1. Unudulmuş dəhliz (film, 2021) (tammetrajlı sənədli film)

Ssenari müəllifi kimi

  1. Arxada qalmış gələcək (film, 2004)(tammetrajlı bədii film)
  2. Anarın anları (film, 2008)
  3. Dua (film, 2008) (sənədli)
  4. Hədiyyə (film, 2016)(qısametrajlı bədii film)
  5. İt sərgisi (film, 2010) (animasiya filmi)
  6. Qızıl (film, 2007) (animasiya)
  7. Nizami (film, 2012)
  8. Sübhdən başlanan həyat (film, 2015)
  9. Vəli Axundov. XXI əsrdən baxanda (film, 2016) (sənədli)

Redaktor kimi

  1. Cavid ömrü (film, 2007)(tammetrajlı bədii film)
  2. Axınla aşağı (film, 2014)(tammetrajlı bədii film)
  3. 4.1 şəhər motivləri (film, 2015) (kinoalmanax)
  4. Yarımçıq xatirələr (film, 2015)(tammetrajlı bədii film)

Xarici keçid

  • 118 yaşlı Azərbaycan kinosu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yusif şeyxov sözünün mənası, yusif şeyxov haqqında məlumat. yusif şeyxov nədir? yusif şeyxov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Aişə Qəzzafi

  • Fevral 27, 2026

    Vəhşi diviziya

  • Fevral 27, 2026

    İnsulin

  • Mart 06, 2026

    AK-105

  • Fevral 27, 2026

    Təpə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst